Azərbaycanda istehlak bazarı I rübdə 5 %-ə yaxın böyüyüb
Bu ilin yanvar-mart aylarında Azərbaycanda istehlakçıların tələbatlarının ödənilməsi məqsədilə satılmış malların və göstərilmiş xidmətlərin dəyəri 20,4 milyard manat olub.
"Report" bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 4,6 % çoxdur.
Hesabat dövründə ümumi dəyərin 78,1 %-ni pərakəndə ticarət dövriyyəsi, 18,8 %-ni əhaliyə göstərilmiş ödənişli xidmətlərin dəyəri, 3,1 %-ni isə ictimai iaşə dövriyyəsi təşkil edib.
Qeyri-dövlət sektorunda fəaliyyət göstərən təsərrüfat subyektlərinin satdığı malların və göstərdiyi xidmətlərin dəyəri ötən ilin birinci rübünə nisbətən 4,3 % artaraq 19,5 milyard manat olub, onun 43,8 %-i fərdi sahibkarların fəaliyyəti sayəsində formalaşıb.
Yanvar-mart aylarında bir istehlakçı orta hesabla ayda 662,1 manat və yaxud illik müqayisədə nominal ifadədə 59,8 manat çox vəsait xərcləyib.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycan Türkiyədən metal idxalına çəkdiyi xərci 18 %-dən çox artırıb
Bu ilin yanvar-fevral aylarında Azərbaycan Türkiyədən 20,365 milyon ABŞ dolları dəyərində qara və əlvan metal idxal edib. "Report" Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 18,4 % çoxdur. Təkcə fevral ayında Türkiyə Azərbaycana 10,9
15 martHəmin məhsul ölkədə dəyərindən dəfələrlə baha satılır
"Rəsmi məlumata görə, bu ilin yanvar ayında Azərbaycana xaricdən 652 min ABŞ dolları dəyərində 480 min ədəd qızılgül gətirilib. Bir ədəd qızıl gülün ölkəyə çatdırılmasının orta qiyməti 2 manat 20 qəpik olub". Bunu iqtisadçı Natiq Cəfərli bildirib. Onun sözlərinə görə, yanvar ayında ən çox qızı
4 aprelAzərbaycanda icbari sığorta bazarı 29 %-dən çox kiçilib
Bu ilin yanvar-fevral aylarında Azərbaycanda icbari sığorta növlərinin hesabına 43,126 milyon manat sığorta haqqı toplanılıb. "Report" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 29,4 % azdır. Hesabat dövründə icbari sığorta növləri üzrə ödənişləri
5 aprelAzərbaycanın sənaye müəssisələrinin kərə yağı ehtiyatı 3 dəfə artıb
Bu ilin yanvar-fevral aylarında Azərbaycanda 3 min 882,9 ton kərə yağı istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 10 % azdır. Martın 1-nə sənaye müəssisələrinin anbarlarında 67,3 ton kərə yağı ehtiyatı yaranıb
28 martQızıl və gümüşü olanlara ŞAD XƏBƏR
Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin qiyməti artıb. birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin iyun fyuçerslərinin qiyməti 1,41% artaraq 4 471.20 ABŞ dollarına bərabər olub. COMEX-d
29 martQuzu əti kəskin ucuzlaşıb: Səbəb nədir?
Bu günlərdə quzu əti kəskin ucuzlaşıb. Qaynarinfo xəbər verir ki, bir neçə ay əvvəl 30-32 manata satılan quzu ətinin qiymətində azalma müşahidə olunub. Beyləqan rayonundakı ət bazarından verilən məlumata görə, hazırda çəkisi 8-12 kiloqram arasında olan quzu ətinin bir kilosu 22 manata təklif olunur
18 martŞahin Bağırovdan iki rəis təyinatı
Dövlət Gömrük Komitəsinin Kürdəmir gömrük postunda yeni təyinat olub. Qaynarinfo-nun məlumatına görə, komitə sədri gömrük xidməti general-leytenantı Şahin Bağırovun müvafiq əmri ilə Zaur Quliyev sözügedən postun rəisi vəzifəsinə gətirilib. Şahin Bağırovun digər əmri ilə bir neçə ay əvvəl Biləsuvar Gömrü
15 aprel