Tramp İrana ultimatum verdi: "Bəsdir"
ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, Birləşmiş Ştatlar istənilən halda İranla sülh sazişinin bağlanmasına nail olacaq.
Oxu.Az bildirir ki, bu barədə "ABC News" telekanalının aparıcısı Conatan Karl məlumat verib.
"Bu, hər necə olursa-olsun, yaxşı yolla və ya pis yolla baş tutacaq", - deyə C.Karl "X" platformasında Ağ Evin rəhbərindən sitat gətirib.
Öz növbəsində, D.Tramp "Truth Social" şəbəkəsində Tehranın razılaşmadan imtina edəcəyi təqdirdə İrandakı bütün elektrik stansiyalarını və körpüləri məhv edəcəyi barədə təhdidini yenidən səsləndirib.
"Yaxşı oğlan olmaq artıq bəsdir. Onlar tez təslim olacaqlar, asanlıqla təslim olacaqlar. Biz çox ədalətli və ağlabatan razılaşma təklif edirik və ümid edirəm ki, bununla razılaşacaqlar, çünki əks halda Birləşmiş Ştatlar ordusu İrandakı hər bir elektrik stansiyasını və istisnasız olaraq bütün körpüləri məhv edəcək", - deyə prezidentin paylaşımında bildirilir.
D.Tramp həmçinin iddia edib ki, bunu etmək onun üçün "şərəf olacaq" və bu, son 47 il ərzində digər ABŞ administrasiyaları tərəfindən edilməli idi.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1789 Tarix: 19 aprel 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Konqoda Eboladan ölənlərin sayı 500-ə yaxınlaşır
Konqo Demokratik Respublikasında (KDR) Ebola qızdırmasından laboratoriya şəraitində təsdiqlənmiş ölüm hallarının sayı artaraq 492-yə çatıb. TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə ölkənin Rabitə və KİV İşləri üzrə Nazirliyi gündəlik bülletenində məlumat yayıb. Ötən sutka ərzində daha 1
5 iyulZelenski: Ukrayna dənizdə dronlarla müdafiə xətti yaradacaq
Ukrayna Qara dənizdə dronların tətbiqi ilə müdafiə xətti yaradacaq. "Report" Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Odessaya səfəri zamanı bildirib. "Müdafiə xətti Odessanı və bütün regionu hava hücumlarından qorumalı olacaq",
5 iyulTramp ŞİKAYƏTLƏNDİ: işinin çoxluğu üzməyə və kitab oxumağa mane olur
ABŞ prezidenti Donald Tramp bildirib ki, sıx iş qrafiki Ağ ev ərazisində üzgüçülük və qolf oynamaq da daxil olmaqla, asudə vaxtının qalmasına səbəb olur. "Uzun müddətdir çimərlik geyimi geyinmirəm - çox məşğulam", - -ın xarici mediaya istinadən məlumatına görə, o qeyd edib. Tramp oxumağa vaxt
5 iyulKXDR-də yeni esminesin silah sınaqları keçirilib
Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen In "Kan Qon" esminesindən strateji qanadlı raketlərin buraxılışını izləyib. "Report" Koreya Mərkəzi Teleqraf Agentliyinə (KMTA) istinadən xəbər verir ki, sınaqlar zamanı gəminin əsas silah sistemləri, o cümlədən göyərt
5 iyulOkeanın dibində yeni bir ada yaranır
Papua Yeni Qvineya sahilləri yaxınlığında peyklər tərəfindən qeydə alınan vulkanik aktivlik okeanın dibində yeni adanın formalaşa biləcəyini göstərir. Alimlər bölgədəki istilik anomaliyalarını və püskürmə prosesini izləyərək bu nadir təbiət hadisəsini araşdırırlar. Qaynarinfo xəbər verir ki, Papua Yen
6 iyulTürkiyə ilə Kanada əməkdaşlığı genişləndirmək niyyətindədir
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Kanada Baş naziri Mark Karni ilə telefon danışığı aparıb. "Report" xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb. Bildirilib ki, telefon danışığı zamanı Türkiyə-Kanada ikitərəfli münasibətləri, eləcə də regional və qloba
5 iyul