"Azərbaycanda uğurlu dövlət gender siyasəti həyata keçirilir" - DEPUTAT

"Azərbaycanda uğurlu dövlət gender siyasəti həyata keçirilir" - DEPUTAT"Azərbaycanda gender bərabərliyinin təmin edilməsi dövlət siyasətinin prioritetidir və 2006-cı ildən qüvvədə olan "Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında" Qanunla tənzimlənir. Qanun cinsi mənsubiyyətə görə ayrı-seçkiliyin bütün formalarını aradan qaldırmağı, siyasi, iqtisadi və sosial sahələrdə bərabər imkanlar yaratmağı hədəfləyir. Bu sahədə hüquqi baza, institusional mexanizmlər və maarifləndirmə tədbirləri vasitəsilə irəliləyişlər əldə olunur".

Bu sözləri Sonxeber.az-a Milli Məclisin deputatı Cavanşir Paşazadə danışıb.

O, açıqlamasında qeyd edib ki, Azərbaycan dövlətinin bu sahədə həyata keçirdiyi siyasət, yaradılan institusional mexanizmlər və qanunvericilik bazası bir çox inkişaf etmiş dövlətləri qabaqlayır:

"Azərbaycanda uğurlu dövlət gender siyasəti həyata keçirilir. Gender məsələlərinin ümummilli lider Heydər Əliyevin hər zaman diqqət mərkəzində olduğunu xatırladan S. Qəhrəmanova vurğulayıb ki, ulu öndər Heydər Əliyevin hakimiyyətinin bütün dövrlərində qadınlara göstərilən diqqət və qayğının artdığının şahidi olmuşuq. Onun sözlərinə görə, Ulu Öndər tərəfindən müəyyənləşdirilən bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Bu illər ərzində gender bərabərliyinin təmin olunması istiqamətində dövlət tərəfindən çox mühüm işlər görülmüş, əhəmiyyətli uğurlar əldə edilmişdir. Azərbaycan dövlətinin bu sahədə həyata keçirdiyi siyasət, yaradılan institusional mexanizmlər və qanunvericilik bazası bir çox inkişaf etmiş dövlətləri qabaqlayır. Ümumiyyətlə, tarixdə bərabərliyin təmin olunmasında və qadınların hüquqlarının müdafiə mexanizminin yaradılmasında Azərbaycan bir çox aparıcı dövlətlərlə yanaşı dayanır. Bu, bir tərəfdən qadın fəallığı sahəsində çoxəsrlik tarixə söykənən zəngin ənənələrlə bağlıdırsa, digər tərəfdən həyata keçirilən dövlət qadın siyasətindən irəli gəlir.

1995-ci ildə keçirilmiş IV Ümumdünya Qadın Konfransı Azərbaycanda qadın hərəkatının dönüş nöqtəsi kimi qiymətləndirilə bilər. O vaxt ölkəmizdə qadın problemləri ilə məşğul olan dövlət qurumu yox idi. Elə buna görə də Ümummilli Lider Heydər Əliyev "IV Ümumdünya Qadın Konfransına hazırlıqla əlaqədar Azərbaycan qadınlarının Milli Komitəsinin yaradılması haqqında" 15 sentyabr 1994-cü il tarixdə fərman imzalamışdı. Ulu Öndər yaxşı bilirdi ki, XX əsrin sonlarında Ermənistanın hərbi təcavüzü ilə üzləşən, ərazisinin 20 faizi işğal altında olan, müharibənin ağrı-acılarını yaşayan, bir milyon qaçqın və məcburi köçkünü olan Azərbaycan qadınlarının bu konfransda iştirakı olduqca böyük əhəmiyyət kəsb edir. Ümummilli Lider xalqa müraciət edərək demişdir: "Milyondan artıq qaçqını və məcburi köçkünü olan Azərbaycan üçün bu gün ən ümdə vəzifə Ermənistan Respublikasının hərbi təcavüz nəticəsində doğma evindən-ocağından məhrum olan qaçqın qadın və uşaqların problemlərini həll etməkdən ibarətdir". Məhz Azərbaycan qadınları bu yüksək tribunadan ermənilər tərəfindən Qarabağın işğal edildiyini, 1 milyondan çox qaçqın və məcburi köçkünün 453 mindən çoxunu qadınların və 309 mindən çoxunu uşaqların təşkil etdiyini, əsir, girov və itkin düşən qadın və uşaqların taleyi, əsirlikdə zorakılığa və işgəncələrə məruz qalanların məsələsini səsləndirmiş, strateji istiqamət kimi bu məsələlərin bəyannamədə əks olunmasını təklif etmişlər.

Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsində qadınlarla kişilər arasında bərabərlik prinsipi təsbit edilib və ayrı-seçkiliyin yolverilməzliyi bəyan edilib. Bərabərlik hüququnu pozma Cinayət Məcəlləsində cinayət əməli kimi müəyyən edilib. Ulu Öndər Heydər Əliyev tərəfindən Azərbaycan qadınlarının rolunun artırılmasına dair 1998-ci il sərəncamı və ölkədə dövlət qadın siyasətinin həyata keçirilməsinə dair 2000-ci il fərmanı gender bərabərliyinə nail olmaq üçün vacib normativ-hüquqi baza oldu.

2006-cı ildə "Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında" Qanunun qəbul olunması gender bərabərliyinin təmin edilməsi istiqamətində institusional mexanizmlərin formalaşdırılmasına mühüm töhfə verdi. 2006-cı ildə Azərbaycan Prezidentinin fərmanı ilə ləğv edilmiş Qadın Problemləri üzrə Dövlət Komitəsinin bazasında daha çox səlahiyyətlərə malik olan yeni dövlət strukturu - Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi təsis edildi. Komitə ölkədə gender bərabərliyinin təmin edilməsinə nəzarət edən dövlət qurumudur. Bütün dövlət qurumlarında və digər təsisatlarda gender məsələləri üzrə məsul şəxslər fəaliyyət göstərirlər.

Hazırda bütün yerli icra hakimiyyətlərində müvafiq orqanların nümayəndələrindən ibarət gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupları yaradılmışdır. Monitorinq qrupları baş vermiş zorakılıq hallarını araşdırır, qurbanın müdafiəsi və müvafiq yardımlarla təmin edilməsi üzrə funksiyaları həyata keçirir. Ölkədə 10 qadın resurs mərkəzi, 200-dən çox QHT fəaliyyət göstərir. Siyasi partiyalarda qadınların aktiv iştirakı müşahidə olunur. Bu sahədə əsas nailiyyətlərdən biri də Azərbaycan Respublikası Milli Məclisində Ailə, qadın və uşaq məsələləri üzrə komitənin yaradılması olmuşdur.

Ötən müddət ərzində gender siyasətinin həyata keçirilməsini özündə ehtiva edən bir çox hüquqi-normativ aktlar, sənədlər, fəaliyyət planları və dövlət proqramları qəbul edilmişdir. Qəbul olunan və yeni hazırlanan qanun və normativ-hüquqi aktlar gender ekspertizasından keçirilir. Bu, çox vacibdir, çünki gender bərabərliyinin təmin edilməsi istiqamətində bir çox boşluqlar müəyyən olunur. BMT-nin "2000-2015-ci illəri əhatə edən Minilliyin İnkişaf Məqsədləri"ndə 3-cü məqsəd "Cinslərarası bərabərliyin təmin olunması və qadın hüquqlarının genişləndirilməsi" kimi müəyyən edilmişdir.

Bəyannaməyə qoşulmuş ölkəmizdə kompleks tədbirlərin həyata keçirilməsi məqsədilə "2003-2005-ci illər üçün Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramı", eləcə də "2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı" hazırlanaraq təsdiq edilmiş və icra olunmuşdur. Birinci proqramda məşğulluq, təhsil, zorakılıq, qaçqın və məcburi köçkünlər, yeniyetmə qızlar və qərar qəbuletmə prosesi istiqamətləri üzrə fəaliyyətlər nəzərdə tutulmuşdur. İkinci proqramda isə gender bərabərliyinin dəstəklənməsi strateji məqsədlərdən biri kimi müəyyən edilmişdi".

Deputat onu da vurğuladı ki, gender bərabərliyinin təmin edilməsi və qadınların səlahiyyətlərinin genişləndirilməsi ölkə siyasətinin mühüm prioritetlərini təşkil edir:

"Bu, bütün sahə və istiqamətləri əhatə edir. Qadınların iştirakçılığının artırılması üçün imkanların genişləndirilməsi, məşğulluq, sağlamlıq, təhsil və sosial siyasət sahələrində gender bərabərliyinin inkişaf etdirilməsi məqsədilə mühüm işlər görülmüşdür.

Qadın hüquqlarının müdafiəsi, məişətdə qadınlara qarşı zorakılığın qarşısının alınması baxımından 22 iyun 2010-cu ildə qəbul edilmiş "Məişət zorakılığının qarşısının alınması haqqında" Azərbaycan Respublikası Qanununun mühüm əhəmiyyəti var. Nikah yaşının qadın və kişilər üçün bərabərləşdirilməsi və nikahdan əvvəl tibbi müayinənin icbari olması ilə bağlı Cinayət Məcəlləsinə dəyişikliklər edilmişdir. "Azərbaycan 2020: Gələcəyə baxış" İnkişaf Konsepsiyasına əsasən hazırda Gender bərabərliyi üzrə Milli Fəaliyyət Planının layihəsi hazırlanır. "Uşaqların doğulmazdan əvvəl cins seçiminin qarşısının alınmasına dair 2020-2025-ci illər üçün tədbirlər" və "Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020-2023-cü illər üçün Milli Fəaliyyət Planı"nın qəbul olunması da ölkədə gender bərabərliyinin təmin olunmasına töhfə verəcəkdir.

Hazırda qadınlar kişilərlə bərabər ölkənin ictimai həyatında, iqtisadiyyat, mədəniyyət, elm, incəsənət və digər sahələrdə uğurla fəaliyyət göstərirlər. Ümumilikdə, gender bərabərliyinin təşviqi daimi prosesdir və onun davamlı aparılması vacibdir".

Vüsalə İbrahimli

P.S. Yazı Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması" mövzusuna uyğun olaraq dərc edilir.
"Azərbaycanda uğurlu dövlət gender siyasəti həyata keçirilir" - DEPUTAT


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 739   Tarix: 22 aprel 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Paytaxtımız bu dəfə TDT müsəlman din xadimlərini qəbul etdi

Paytaxt Bakımız son illərdə yalnız mühüm siyasi və iqtisadi tədbirlərin deyil, həm də Türk dünyasının, İslam aləminin və bütövlükdə müxtəlif sivilizasiyaların dialoqunun mühüm mərkəzlərindən birinə çevrilib. Sentyabrın 15-də Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatının müsəlman dini idarə rəhbərlər

16 sentyabr
.

Bu gün regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır

Sentyabr ayında Bakıda Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində növbəti tədbirlər keçirilib. Əvvəlcə paytaxtımız Türk Dövlətləri Təşkilatına üzv ölkələrin müsəlman dini idarə rəhbərlərinin VII görüşünə ev sahibliyi edib, Ağdam Cümə məscidində isə böyük şair, mütəfəkkir Seyid Yəhya Bakuviyə həsr olunmu

18 sentyabr
.

İlham Əliyev: "Azərbaycanla Türkiyənin birgə fəaliyyəti bölgəmizdə və dünyada sabitliyi daha da gücləndirir"

"Azərbaycan-Türkiyə bu gün dünyada və bölgəmizdə vahid bir məkan kimi çox önəmli amildir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən deyib. "Bizim birgə fəaliyyətimiz bölgəmizdə və dünyad

17 sentyabr
.

Ölkəmizin sülh və həmrəylik çağırışı

‎Azərbaycan tarixinin bütün dövrlərində dialoq, qarşılıqlı hörmət və multikultural dəyərlərin ünvanı olub və əsrlər boyu sülhü əsas prinsip seçib. Ölkəmizin tarixində etnik və dini zəmində qarşıdurmaların, məzhəb ayrı seçkiliyinin ictimai münasibətlərin müəyyənedici amilinə çevrilməməsi xalqımızın fərql

16 sentyabr
.

Türk dünyasının yeni strateji erası

Son illər beynəlxalq münasibətlər sistemində sürətlə cərəyan edən geosiyasi dəyişikliklər, qlobal münaqişələrin coğrafiyasının genişlənməsi və beynəlxalq hüquq mexanizmlərinin təsirsizliyi fonunda region dövlətlərinin təhlükəsizliyinin və sabitliyinin təmin edilməsi prioritet məsələyə çevrilmişdir. Bel

18 sentyabr
.

Xankəndi, Xocalı, Xocəvənd və Ağdərə inkişafının yeni dövrünə qədəm qoyur

2024-cü il sentyabrın 19-da Azərbaycan-Ermənistan və Rusiya arasında imzalanan üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək Azərbaycan ərazilərində

17 sentyabr
.

Prezident İlham Əliyev Şamaxıda "Nəsimi Bağları" kompleksi ilə tanış olub - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda "Nəsimi Bağları" kompleksi ilə tanış olublar. AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov dövlətimizin başçısına və birinci xanım

17 sentyabr
.

Prezident açılışdan sonra sükan arxasına keçdi - Video

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev bu gün paytaxtın Qaradağ rayonunda "Qobustan" Günəş Elektrik Stansiyasının açılışında iştirak edib. "Qafqazinfo" AzTV-yə istinadən dövlət başçısının açılış mərasimindən maraqlı görüntülərini təqdim edir:

16 sentyabr
.

Bu gün ölkəmiz tarixinin ən şanlı mərhələsini yaşayır

2023-cü il sentyabrın 19-da Azərbaycan tarixində yeni bir qəhrəmanlıq səhifəsi yazıldı. Qarabağda hələ də mövcud olan Ermənistan silahlı qüvvələrinin və separatçı dəstələrin törətdiyi təxribatlar Azərbaycanın səbir kasasını daşırmışdı. Məhz bu mərhələdə Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyətl

17 sentyabr