Marneulidə xüsusi əməliyyat: Azərbaycanlı gəncin qətli ilə bağlı 11 nəfər saxlanıldı
Gürcüstanın Kvemo Kartli Polis İdarəsi və Xüsusi Tapşırıqlar Departamentinin əməkdaşları yalan ifadə vermək və qrup halında törədilmiş xuliqanlıq ittihamı ilə 11 nəfəri saxlayıblar.
Oxu.Az "TV Pirveli" telekanalına istinadən xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, daha bir şəxsə isə sağlamlığa qəsdən ağır xəsarət yetirmə faktı üzrə qiyabi şəkildə ittiham irəli sürülüb.
Məlum olub ki, həyata keçirilən xüsusi əməliyyat bu il aprelin 2-də qətlə yetirilən 20 yaşlı azərbaycanlı Ümid Bayramovun toy günündən bir gün əvvəl - ciyər axşamı törənində baş vermiş bıçaqlanma hadisəsi ilə bağlı olub.
Televiziyanın məlumatına əsasən, saxlanılan şəxslər hadisə ilə bağlı yalan ifadələr verib və istintaq prosesinə mane olublar. İş üzrə əsas sübutlardan biri kimi video görüntülər göstərilir. Kadrlara əsasən, toyda olan gənclər arasında əvvəlcə sözlü mübahisə yaranıb, bu, daha sonra fiziki qarşıdurmaya çevrilib və Marneulinin mərkəzində davam edib. İstintaq versiyasına görə, qarşıdurmanın iştirakçılarından biri soyuq silahla təxminən 30 yaşlı kişini yaralayıb və hadisə yerindən qaçıb. Onun hələ də saxlanılmadığı bildirilir.
İstintaq Cinayət Məcəlləsinin 117-ci, 239-cu və 370-ci maddələri ilə aparılır ki, bu da 7 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 593 Tarix: 22 aprel 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Dünyada şiddətli yağışlarla bağlı - Xəbərdarlıq
Qlobal istiləşmənin təsiri ilə Yer atmosferindəki su buxarının miqdarı rekord həddə çatıb. Mütəxəssislər bunun güclü yağışlar, tropik siklonlar və yüksək temperaturla bağlı riskləri artıra biləcəyini bildirirlər. "Qafqazinfo" xəbər verir ki, Avropa İqlim Dəyişikliyi Xidmətinin məlumatına görə
18 sentyabrVance İranla münaqişənin birinci mərhələsinin başa çatdığını elan etdi
ABŞ-ın vitse-prezidenti J.D. Vance "New York Post" qəzetinə verdiyi müsahibədə bildirib ki, ABŞ və İran arasındakı münaqişə bir neçə ay ərzində "tamamilə yeni bir mərhələyə" qədəm qoyacaq. xəbər verir ki, onun sözlərinə görə, Vaşinqton münaqişənin birinci mərhələsinin bitdiyini düşünü
16 sentyabrBöyük Britaniyanın müvəqqəti işlər vəkili Rusiya XİN-ə çağırılıb
Böyük Britaniyanın Rusiyadakı müvəqqəti işlər vəkili Deyni Dolakiyanı Rusiya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb. Bu barədə Rusiya XİN-in məlumatına istinadən xəbər verir. Nazirlikdə diplomata London tərəfindən Ukraynaya PUA və digər silah sistemləri tədarükünün artırılması ilə əlaqədar etiraz bildirilib
18 sentyabrMariya Zaxarova: "Rusiya və Gürcüstan xalqları bir-biri üçün darıxıb"
Rusiya və Gürcüstan xalqları artıq bir-biri üçün darıxıb və viza rejiminin ləğv edilməsi çoxdan gözlənilən bir addım idi. xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova TASS agentliyinə verdiyi müsahibəsində bildirib. "Düşünürəm ki, Gürcüstan nümayəndə heyətin
19 sentyabrPaşinyan rus dili kurslarına gedir
Ermənistanın baş naziri Nikol Paşinyan İdarəetmə Akademiyasında təhsil alaraq rus dilini öyrəndiyini bildirib. Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Paşinyan hökumətin iclası zamanı məlumat verib. Ermənistanın əmək və sosial məsələlər naziri Arsen Torosyanın dövlət idarəçiliyində çalışa
17 sentyabrTrampın impiçment tələbi ilə bağlı sənəd qəbul olunmadı
ABŞ Konqresinin Nümayəndələr Palatası ölkə Prezidenti Donald Trampa qarşı impiçment prosedurunun başlanmasını tələb edən qətnaməni qəbul etməyib. xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Məlumata görə, hazırkı dövlət başçısının təmsil olunduğu Respublikaçılar Partiyasının nəzarətində olan Nümayəndələ
16 sentyabr