"2 ailəm də xəyanətə görə DAĞILDI"
Müğənni Aysun İsmayılova şəxsi həyatı ilə bağlı açıqlamaları ilə gündəmə gəlib.
Milli.Az-ın məlumatına görə, sənətçi dağılan evliliklərindən danışaraq, münasibətlərdə xəyanəti qəbul etmədiyini vurğulayıb. O, bildirib ki, kişi başqa qadına toxunduğu anda münasibət onun üçün bitmiş sayılır və belə vəziyyətdə geri dönüşü mümkün hesab etmir.
Aysun qeyd edib ki, hər iki ailəsi məhz xəyanət səbəbindən dağılıb və bu kimi hallarda heç vaxt münasibətdə qalmayıb. Müğənni həmçinin etiraf edib ki, indiyədək həyatında yanlış seçimlər edib.
Sənətçi əlavə edib ki, hazırda övladı olduğu üçün gələcəkdə quracağı münasibətə daha ciddi yanaşacaq. Onun sözlərinə görə, evlənəcəyi şəxsin ən vacib xüsusiyyətlərindən biri övladına yaxşı ata ola bilməsidir:
"Kişi başqa bir qadına toxunarsa, mənim üçün hər şey bitər. Mənə qədər özü bilər. Hər iki ailəm də xəyanətə görə dağılıb. Xəyanət gördüyüm yerdə qalmıram. Mən ailə qadınıyam, amma artıq tək deyiləm, bir qızım var. Hər zaman yanlış insanı seçmişəm. Yenidən ailə qursam, çox ölçüb-biçməliyəm, çünki artıq səhv etmək istəmirəm. Evlənəcəyim şəxsin övladıma yaxşı ata ola bilməsi əsas şərtdir. Yoxsa sadəcə biri ilə ailə qurmaq xatirinə evlənmək düzgün deyil",
Bu açıqlamalar sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Zabitə Alıyevanın toyu oldu (FOTO)
Xanəndə Zabitə Alıyevanın toy mərasimi keçirilib. Qaynarinfo xəbər verir ki, məclisdən görüntülər sosial şəbəkələrdə sənət adamları tərəfindən paylaşılıb. Toy mərasimində Zabitə Alıyevanın yaxınları ilə yanaşı, şou-biznes nümayəndələri də iştirak edib
15 sentyabrXalq artistinin 1 yaşlı nəvəsi - Foto
Xalq artisti Simarə İmanova nəvəsi Hüseynəli ilə bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, müğənni nəvəsi ilə fotosunu yayımlayaraq Gədəbəydə istirahət etdiyini bildirib. Qeyd edək ki, Hüseynəli ifaçının oğlu Məhəmmədin övladıdır
2 sentyabr"Artıq başqa Sevdayam, anayam"
Müğənni Sevda Yahyayeva oktyabrın 17-də Azərbaycan Dövlət Filarmoniyasında planlaşdırılan konsertinə hazırlaşır. Axşam.az xəbər verir ki, sənətçi konsertlə bağlı videoaçıqlamasında gecənin yalnız musiqidən ibarət olmayacağını bildirib. "Bu konsert təkcə mahnıların ifasından ibarət bir gecə olmayacaq
11 sentyabrKamil Zeynallının BAŞINA İŞ GƏLDİ: Onun üçün dua etdi - VİDEO
Fitnes məşqçisi Kamil Zeynallı istirahət üçün Tailand səfərinə çıxıb. xəbər verir ki, o, sosial media hesabında buddist rahiblə çəkdirdiyi maraqlı görüntüləri paylaşıb. Görüntülərdə rahib əvvəlcə idmançının qoluna rəngli ip bağlayaraq onun üçün dua edir. Daha sonra isə əlindəki nazik, süpürgəyə bənzə
5 sentyabrMəşhur müğənni konsertdə səhnəni tərk etdi, dava düşdü - VİDEO
Türkiyəli məşhur müğənni Kurtuluş Kuşun Malatyada verdiyi konsert gözlənilməz hadisə səbəbindən yarımçıq qalıb. xarici mediaya istinadla xəbər verir ki, müğənninin səhnə ilə tamaşaçılar arasındakı məsafənin azaldılması ilə bağlı tələbi yerinə yetirilməyib. Bundan sonra Kuş səhnəni tərk edib və konser
4 sentyabrCem Yılmazdan ÜZÜCÜ XƏBƏR
Məşhur komediya ustası Cem Yılmaz keçirdiyi ürək spazmı səbəbindən xəstəxanaya yerləşdirilərək müalicə altına alınıb. xəbər verir ki, bu barədə "Habertürk" məlumat yayıb. Çanaqqalanın Ayvacık rayonundakı evində dincələn Yılmazın səhhəti pisləşib və o, xəstəxanaya aparılıb. Sinə ağrısı şikayət
29 avqust"Kurtlar Vadisi Pusu" ilə bağlı da istintaq başladılıb - VİDEO
Türkiyənin keçmiş MİT müşaviri Kaşif Kozinoğlunun həbsxanada şübhəli ölümü ilə bağlı araşdırma çərçivəsində "Kurtlar Vadisi Pusu" serialı da istintaq obyektinə çevrilib. İstanbul Respublika Baş Prokurorluğu serialdakı bəzi səhnə və simvolların mümkün əlaqələrini araşdırır. xarici mediaya istinadl
17 sentyabr