Afrika İttifaqı yaraqlıların Malinin paytaxtına və bölgələrinə hücumlarını pisləyib

Afrika İttifaqı yaraqlıların Malinin paytaxtına və bölgələrinə hücumlarını pisləyibAfrika İttifaqı yaraqlıların Malinin paytaxtı Bamakoya və ölkənin bir sıra digər bölgələrinə hücumlarını qətiyyətlə pisləyib.

"Report"un məlumatına görə, bu barədə Afrika İttifaqı Komissiyasının sədri Mahmud Əli Yusufun bəyanatında bildirilib.

Onun sözlərinə görə, Afrika İttifaqı Malidəki hücumlar barədə məlumatları dərin narahatlıqla izləyir və mülki əhalini ciddi təhlükəyə atan hərəkətləri qətiyyətlə pisləyir.

Yusuf həmçinin təşkilatın Malidə sülhün, təhlükəsizliyin, effektiv idarəetmənin və sabitliyin təmin edilməsinə sarsılmaz sadiqliyini bir daha təsdiqləyib.

Şənbə səhəri paytaxt Bamako da daxil olmaqla ölkənin bir neçə bölgəsində hökumət qoşunlarının mövqelərinə koordinasiyalı hücumların təşkil edildiyi qeyd olunur. Döyüşlər beynəlxalq hava limanının yaxınlığında, paytaxtın mərkəzindən 17 kilometr aralıda yerləşən Katidəki ən böyük ordu bazasında, eləcə də Qao, Kidal və Sevare şəhərlərində baş verib.

Mali Silahlı Qüvvələrinin Baş Qərargahı hökumət qüvvələrinin hücumçuları məhv etmək üçün əməliyyatlar apardığını bildirib.

Hücumlara görə məsuliyyəti üsyançı "Azavad Azadlıq Cəbhəsi" qruplaşması üzərinə götürüb.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 266   Tarix: 26 aprel 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

ABŞ-də atışma baş verib: Xəsarət alanlar var

Nyu-York şəhərində ABŞ-nin Müstəqillik Günü qeyd olunarkən baş verən atışma nəticəsində ikisi uşaq olmaqla, beş nəfər yaralanıb. bildirir ki, bu barədə "New York Post" qəzeti öz mənbələrinə istinadən məlumat yayıb. Nəşrin məlumatına görə, hadisə şəhərin Bruklin rayonunun Koni-Aylend bölgəsind

5 iyul
.

"Al Hadath": ABŞ-İran danışıqları iyulun 11-də bərpa olunacaq

ABŞ və İranın nümayəndələri arasında danışıqların növbəti raundu iyulun 11-də Pakistanda keçiriləcək. "Report" xəbər verir ki, bu barədə mənbələrə istinadən "Al Hadath" telekanalı məlumat yayıb. Onların məlumatına görə, məsləhətləşmələrdə İrana qarşı sanksiyaların ləğvi, İslam Respublikasını

5 iyul
.

Tramp Avropanın miqrasiya siyasətini tənqid edib

ABŞ Prezidenti Donald Tramp bildirib ki, Avropa ölkələri öz miqrasiya siyasətləri səbəbindən üçüncü dünya dövlətlərinə çevrilmək riski ilə üz-üzədir. "Report" xəbər verir ki, Amerika lideri müvafiq bəyanatı "Truth Social" sosial şəbəkəsində paylaşıb. "Avropa öyrənəcək ki, əgə

5 iyul
.

Zelenski: Ukrayna dənizdə dronlarla müdafiə xətti yaradacaq

Ukrayna Qara dənizdə dronların tətbiqi ilə müdafiə xətti yaradacaq. "Report" Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Odessaya səfəri zamanı bildirib. "Müdafiə xətti Odessanı və bütün regionu hava hücumlarından qorumalı olacaq",

5 iyul
.

Tramp Türkiyəyə yola düşdü - Video

ABŞ Prezidenti Donald Tramp NATO-nun 36-cı Dövlət və Hökumət Başçıları Zirvə Görüşündə iştirak etmək üçün Türkiyəyə yola düşüb. "Qafqazinfo" xəbər verir ki, Tramp Merilend ştatındakı Endryus Birləşmiş Hərbi Hava Bazasından "Air Force One" təyyarəsi ilə Ankaraya yola çıxıb. NATO-nu

7 iyul
.

Aydan başqa, Yerin daha bir təbii peyki var, amma əsl peyk hesab edilmir

Bu kosmik cisim Ay kimi Yer ətrafında fırlanmır. Əvəzində Günəş ətrafında elə bir orbit üzrə hərəkət edir ki, Yerlə uzun müddət kvazipeyk münasibətində qalır. Qaynarinfo xəbər verir ki, Çinin "Tianwen-2" kosmik aparatı təxminən bir illik uçuşdan sonra ehtimal ki, Yerin kvazipeyki hesab oluna

6 iyul
.

Şahzadə Uilyamdan etiraf: "Kral III Çarlz futbola nifrət edir"

İngiltərə taxt-tacının varisi, Uels şahzadəsi Uilyam etiraf edib ki, İngiltərə futbolun vətəni hesab olunsa da, atası Kral II Çarlz bu idman növünü sevmir. xəbər verir ki, bu barədə o, ABŞ Milli Futbol Liqasının (NFL) oyunçusu Trevis Kelsinin podkastında danışıb. Veriliş idmançının müğənni Teylor Sviftl

5 iyul
.

Rusiyanın Xarkova endirdiyi zərbələrdə üç nəfər ölüb, səkkiz nəfər yaralanıb

Ötən sutka ərzində Rusiya Silahlı Qüvvələrinin Ukraynanın Xarkov vilayətinin 22 yaşayış məntəqəsinə zərbələri nəticəsində üç nəfər ölüb, səkkiz nəfər xəsarət alıb. "Report" xəbər verir ki, bu barədə Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Sinequbov "Telegram" kanalında bildirib

5 iyul
.

Macarıstanda yeni konstitusiya hazırlanacaq, ümumxalq referendumu keçiriləcək

Macarıstanın Baş naziri Peter Madyar prezidentin hakimiyyətdən kənarlaşdırılmasına dair Konstitusiyaya dəyişikliklər layihəsini parlamentə təqdim edib. "Report" "Index"ə istinadən xəbər verir ki, Madyar bu barədə videomüraciətində bildirib. "Bu gün parlamentə təqdim edilən hə

5 iyul