Xankəndidə ictimai nəqliyyatda NFC və QR ödəniş sistemi
25 aprel tarixindən etibarən Xankəndi şəhərində ictimai nəqliyyat sistemində rəqəmsal ödəniş həllərinin tətbiqinə başlanılır.
"K-Group" MMC tərəfindən həyata keçirilən yeniliyə əsasən, sərnişinlər artıq avtobuslarda NFC texnologiyası və QR kod vasitəsilə təmassız ödəniş imkanlarından istifadə edə biləcəklər.
Layihə çərçivəsində şəhər ərazisində "CityCard" və "MilliÖn" terminalları quraşdırılacaq, eyni zamanda sərnişinlər üçün "BakıKart", "CityCard-Qarabağ" kartlarının istifadəsi təmin ediləcək.
İlkin mərhələdə sistem 3 marşrut xətti üzrə fəaliyyət göstərəcək. 1, 2 və 3 nömrəli xətlər üzrə ümumilikdə 10 avtobus sərnişinlərin istifadəsinə veriləcək.
İstifadəçilər "BakıKart" və "CityCard-Qarabağ" kartlarının balansını "Birbank", "M10" və "BakıKart" mobil tətbiqi vasitəsilə asanlıqla artıra biləcəklər. Bununla yanaşı, QR kod vasitəsilə balans yüklənməsi də mümkün olacaq.
Tətbiq olunan bu yenilik sərnişinlər üçün ödəniş prosesini daha sürətli və rahat etməklə yanaşı, şəhərdə ictimai nəqliyyat xidmətlərinin keyfiyyətinin yüksəldilməsinə və müasir rəqəmsal həllərin genişləndirilməsinə xidmət edir.
Layihə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) və "BakuBus" MMC ilə əməkdaşlıq çərçivəsində həyata keçirilir.
"CityCard-Qarabağ" kartı ilə bağlı əlavə məlumat üçün *4343 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.
Qeyd edək ki, hər bazar ertəsi ilk gediş haqqının 1 qəpik olaraq hesablandığı "1 qəpik Mondays" kampaniyası Xankəndiyə də şamil olunur.

Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Nigar Fərhad haqda qərar verildi - Şikayətçilər artır
Düyünü bişirəndə bunu əlavə edin: Dənə-dənə və ətirli alınacaq
Boyadan istifadə etmədən ağ saçları necə daha az nəzərəçarpan etmək olar?
1,5 metrlik nəhəng balıq bazarda satışa çıxarıldı - görənlər təəccübləndi - VİDEO
13 yaşlı qızla görüşmək üçün 14 saat yol getdi, evə çatanda polislə qarşılaşdı - VİDEO
Adil Əmrahlı Allahı və peyğəmbəri təhqir etdi - VİDEO
Bir qadının geyiminə görə onu təhqir etmək İslamın əxlaqına uyğun deyil - İlahiyyatçı
Şamaxıda "Pirqulu Park" hotelinin açılışı olub - FOTO
El-Nino bu qış hava şəraitinə təsir göstərə bilər - Qar az olacaq
Bakıda 13 yaşlı qız hamilə qaldı, əməldə zorakılıq olmaması müəyyən edildi
Nəcməddin Sadıkova 21 minlik armudu stəkan alan - Polkovnikin məhkəməsi başladı
Mobil nömrə istifadədən çıxarılıb başqa şəxslərə satıldıqda təhlükəsizlik necə qorunur? - AÇIQLAMA
Prezident Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub - FOTO
Şəhid xanımının faciəli ölümünün səbəbi bilindi - VİDEO