Qaraçinar qədim yaşayış yeri: beş min il əvvəl əcdadlarımız nə ilə qidalanırdılar?

Qaraçinar qədim yaşayış yeri: beş min il əvvəl əcdadlarımız nə ilə qidalanırdılar?ABŞ-nin "Amerika Milli Elmlər Akademiyasının materialları" elmi jurnalı Azərbaycanın Goranboy rayonundakı çoxtəbəqəli Qaraçinar yaşayış yerindən tapılmış maddi-mədəniyyət nümunələrinin müxtəlif çeşidli analizlərinin gözlənilməz nəticələrinə həsr olunmuş elmi məqaləni dərc edib. Məqalənin həmmüəlliflərindən AMEA Arxeologiya və Antropologiya İnstitutunun direktoru tarix üzrə fəlsəfə doktoru, dosent Fərhad Quliyevin verdiyi açıqlamaya görə, Qaraçinar yaşayış məskəni (Azərbaycan Respublikası, Goranboy rayonu) 2019-2024-cü illərdə institutun şöbə müdiri tarix üzrə fəlsəfə doktoru, dosent Müzəffər Hüseynov və şöbə müdiri tarix üzrə fəlsəfə doktoru, dosent Bəxtiyar Cəlilov tərəfindən tədqiq edilib. Laborator analizlər Azərbaycan ərazisində eramızdan əvvəl III minillikdə yaşamış Kür-Araz mədəniyyəti daşıyıcılarının qida rasionu barədə maraqlı məlumatları üzə çıxarıb.

Bu barədə Ölkə.az-a Arxeologiya və Antropologiya İnstitutundan məlumat verilib. Bildirilib ki, beynəlxalq tərkibli ekspedisiya məskəndəki İlk Tunc dövrünün Kür-Araz mədəniyyətinə aid təbəqəsindən (e.ə.2880-2600-cü illər) tapılmış keramika məmulatlarının 52 ədədini müxtəlif istiqamətli (texnoloji, morfoloji, trasoloji və biomolekulyar) laborator analizlərinə cəlb edib. Məskənin ilk Tunc dövrü təbəqəsində aşkar edilən botanika və fauna materiallarının birgə analizi ilə məlum olub ki, Kür-Araz mədəniyyəti daşıyıcılarının qida rasionu müxtəlif çeşidli tərkib hissələrindən ibarət olub. Qidanın mühüm əsasını gövşəyən ev heyvanlarının südündən hazırlanan ağartı (süd məhsulları), iri və xırdabuynuzlu heyvanların piyi, meyvələr və üzüm əsasında hazırlanan müxtəlif içkilər təşkil edib. Həmçinin təamların hazırlanmasında bitki mənşəli yağ və mumlardan, iynəyarpaqlı ağacların qətranlarından istifadə edilib. Həm qidanı saxlamaq və həm də bişirmək üçün nəzərdə tutulan qabların divarlarında üzüm və digər meyvələrin molekulyar qalıqlarının aşkar edilməsi kulinariyanın müxtəlif çeşidli istiqamətlərini göstərməkdədir. Qədim aşpazlar bu qatqılarla təamlara dad vermək məqsədini güdürdülər. Digər tərəfdən, fermentasiya olunmuş meyvə təbiətli qatqılar mümkündür ki, pendir istehsalı da daxil olmaqla müxtəlif ərzaqların hazırlanması üçün biokimyəvi proseslərdə katalizator rolunu oynayıb. İynəyarpaqlı ağacların (məsələn, Pinaceae) qətranları təam və içkilərin konservantları (qoruyucuları) və aromatizatorları kimi istifadə olunub.

F.Quliyevə görə, tədqiqatın digər maraqlı nəticəsi Kür-Araz mədəniyyəti daşıyıcılarının darıdan hazırladığı qida və içkilərdir. Belə ki, arxeoloji tədqiqatlar həmin dövrdə darının artıq mədəni növlərinin Mərkəzi Asiyada becərildiyini göstərir. İlk dəfədir ki, İlk Tunc dövrü üçün becərilən darı Mərkəzi Asiyadan qərbə doğru məsafəcə uzaqda - Azərbaycandakı Qaraçinar məskənində aşkar edilib. Bu isə həmin dövrdə hər iki region - Mərkəzi Asiya və Cənubi Qafqaz arasında əlaqədən xəbər verir ki, göstərilən mövzu hələlik elm tərəfindən tam araşdırılmayıb. Tədqiqatlar ilk dəfə keramika məmulatı tiplərinin funksional fərqini də göstərir: monoxrom qablar əsasən təamın hazırlanması, qırmızı-qara rəngli cilalı qablar isə emal edilməmiş xam süd məhsullarının, meyvə və üzüm əsasında içkilərin, o cümlədən şərabların saxlanılması üçün istifadə olunub.

"Xüsusi bir məqamı qeyd etmək istərdim ki, Kür-Araz mədəniyyəti daşıyıcılarının cəmiyyəti güclü sinfi bölgüyə malik deyildi. Aparılan tədqiqatlar göstərir ki, bitkilərdən hazırlanmış içkilər və xüsusi dad qatqılarına malik təamlar həmdövr Mesopotamiya cəmiyyətlərində əsasən elitar təbəqə (zadəganlar, kahinlər və d.) üçün hazırlanırdı. Amma tədqiqatı aparmış alimlər qrupu olaraq, bizim fikrimizcə, Qaraçinar materialı Kür-Araz mədəniyyətində zəngin qida və məstedici içkilərin bütün cəmiyyət üzvlərinə əlçatan olduğunu göstərir", - deyə alim bildirib.

O qeyd edib ki, qədim insan populyasiyalarının qidasının tərkibinin tədqiqi müasir dünya elminin əsas mövzularından biridir. Bu mövzu üzrə Arxeologiya və Antropologiya İnstitutu tərəfindən beynəlxalq elm mərkəzləri ilə yanaşı, Azərbaycandakı UNEC Tədqiqat Fondu ilə elmi əməkdaşlıq aparılacaq.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 565   Tarix: 27 aprel 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Seul Hörmüz boğazına hərbçi göndərməyəcək

Cənubi Koreya ordusunu Hörmüz boğazına göndərməyəcək. xəbər verir ki, bunu Cənubi Koreya prezidenti Li Ce Myon bildirib. "Qoy aydın olsun. Münaqişədə iştiraka səbəb olacaq heç bir qoşun yeridilməyəcək. Müharibədə iştirak olmayacaq", - deyə Li Ce-myen cümə günü Ryeonghap agentliyinin keçirdiy

18 sentyabr
.

İranın 300-dən çox biznes nümayəndəsi Rusiyada səfərdədir

İranın 18 əyalətindən olan 300-dən çox biznes nümayəndəsi iki beynəlxalq sərgidə iştirak etmək üçün Rusiyada səfərdədir. xəbər verir ki, məlumatı İRNA yayıb. Bildirilib ki, Rusiya nümayəndələri İranın balıqçılıq və baytarlıq təşkilatlarının rəhbərləri ilə görüşdə iki ölkə arasında ticarətin artırılmas

15 sentyabr
.

Ərdoğan son dəfə namizəd olacaq - Seçki tarixi açıqlandı

Türkiyə Prezidentinin baş müşaviri və Prezidentin Hüquq Siyasətləri Şurasının sədr müavini Mehmet Uçum 2028-ci ildə keçirilməsi gözlənilən prezident və parlament seçkilərinin mümkün tarixi ilə bağlı proqnozunu açıqlayıb. Qaynarinfo xəbər verir ki, Türkiyə Mətbuat Federasiyasında çıxış edən Uçum seçkiləri

17 sentyabr
.

Avstraliyada köpəkbalığının hücumu nəticəsində üzgüçü ölüb

Qərbi Avstraliya ştatındakı məşhur Sorrento çimərliyinin yaxınlığında çimərkən köpəkbalığının hücum etməsi nəticəsində bir nəfər ölüb. "Reuters" agentliyinə istinadən xəbər verir ki, hadisə yerli vaxtla saat 10:30 radələrində baş verib. Hücumla bağlı məlumatdan sonra sahilə təcili xidmətlə

18 sentyabr
.

Dünyada şiddətli yağışlarla bağlı - Xəbərdarlıq

Qlobal istiləşmənin təsiri ilə Yer atmosferindəki su buxarının miqdarı rekord həddə çatıb. Mütəxəssislər bunun güclü yağışlar, tropik siklonlar və yüksək temperaturla bağlı riskləri artıra biləcəyini bildirirlər. "Qafqazinfo" xəbər verir ki, Avropa İqlim Dəyişikliyi Xidmətinin məlumatına görə

18 sentyabr
.

ABŞ İsrailə 40.000 ədəd hava bombası satmağı planlaşdırır

ABŞ prezidenti Donald Trampın administrasiyası İsrailə hər biri 200 funt (təxminən 907 kq) ağırlığında 40.00 hava bombasını əhatə edəcək 2,8 milyard dollarlıq silah paketi satmağı planlaşdırır. xəbər verir ki, mənbələrin məlumatına görə, müqaviləyə 20.00 MK-84 və 20.00 BLU-117 bombaları, eləcə də 20.0

16 sentyabr
.

Bu ölkə kitab oxuyanlara pul verəcək

Sinqapur hakimiyyəti vətəndaşlara kitab oxuduqları üçün ödəniş etmək qərarına gəlib. "Qafqazinfo" xəbər verir ki, bu haqda "The Independent" nəşri məlumat yayıb. Ölkə "doomscrolling" (bədbin xəbərləri fasiləsiz izləmə vərdişi) ilə mübarizə aparmaq və ölkə daxilində mütali

17 sentyabr
.

Ay necə yaranıb? - Yeni kosmik missiya milyard illik sirrə işıq sala bilər

Alimlər Ayın mənşəyi ilə bağlı uzun illərdir müzakirə olunan nəzəriyyələrdən birini yeni məlumatlarla yoxlamağa hazırlaşırlar. Tədqiqatçıların diqqəti BepiColombo kosmik missiyasına yönəlib. Missiya Merkuri haqqında əldə edəcəyi məlumatlarla planetin keçmişini və onun Yer və Ayın formalaşmasındakı mümkü

19 sentyabr
.

Lukaşenko ABŞ-nin xüsusi elçisi ilə görüşüb

Belarus Prezidenti Aleksandr Lukaşenko ABŞ Prezidenti Donald Trampın Belarus üzrə xüsusi elçisi Con Kolun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. "Report" xəbər verir ki, bu barədə BELTA məlumat yayıb. "Cəmiyyət sizin səfərlərinizi böyük maraqla qarşılayır. Qonşular və digər dövlə

15 sentyabr