"NEW MED KLINIKA"da şəfa tapmaq olarmı?
Ölkədə özəl tibb sektorunda şəffaflıq və qanunlara əməl olunması dəfələrlə gündəmə gətirilsə də, bəzi klinikalar görünən odur ki, bu tələbləri açıq şəkildə görməzdən gəlməkdə davam edir. "NEW MED KLINIKA" ilə bağlı daxil olan məlumatlar isə vəziyyətin düşündüyümüzdən daha ciddi olduğunu göstərir.İddialara görə, klinikada fəaliyyət göstərməyən bəzi cərrahlar kənardan cəlb olunaraq heç bir rəsmi qeydiyyat olmadan əməliyyatlar həyata keçirirlər. Bu isə təkcə qanun pozuntusu deyil, eyni zamanda pasiyentlərin həyatı üçün açıq risk deməkdir. Tibbi fəaliyyətin qeydiyyatsız aparılması, sertifikatsız şəxslərin əməliyyat masasına buraxılması artıq səhlənkarlıq yox, sistemli özbaşınalıqdır.
Məlumata görə bununla yanaşı, klinikada çalışan bəzi işçilərlə əmək müqavilələrinin bağlanmaması faktı da əmək qanunvericiliyinin kobud şəkildə pozulduğunu göstərir. Vergidən yayınma iddiaları isə məsələnin maliyyə tərəfinin də qaranlıq olduğunu ortaya qoyur.Ən diqqətçəkən məqamlardan biri isə ödənişlərin böyük hissəsinin nağd şəkildə həyata keçirildiyinə dair iddialardır ki, bu da şəffaflığın bilərəkdən gizlədildiyi ehtimalını gücləndirir.
Bu cür halların davamlı xarakter alması artıq tək-tük pozuntu yox, sistemli problemlərin mövcudluğuna işarə edir. Sual yaranır: pasiyent təhlükəsizliyi kimə həvalə olunub? Müvafiq dövlət qurumlarının bu iddialara münasibəti niyə görünmür? Nəzarət mexanizmləri kağız üzərində qalırsa, vətəndaşların sağlamlığı necə qorunur?Səsləndirilən iddialar sadəcə bir klinikanın problemi deyil - bütövlükdə özəl səhiyyə sektorunda nəzarətsizlik və cəzasızlıq mühitinin formalaşdığını göstərir.
Davamı var
Qarşı tərəfin cavab haqqını tanıyırıq
Mediatvaz.com
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Nigar Fərhad haqda qərar verildi - Şikayətçilər artır
Düyünü bişirəndə bunu əlavə edin: Dənə-dənə və ətirli alınacaq
Boyadan istifadə etmədən ağ saçları necə daha az nəzərəçarpan etmək olar?
1,5 metrlik nəhəng balıq bazarda satışa çıxarıldı - görənlər təəccübləndi - VİDEO
13 yaşlı qızla görüşmək üçün 14 saat yol getdi, evə çatanda polislə qarşılaşdı - VİDEO
Adil Əmrahlı Allahı və peyğəmbəri təhqir etdi - VİDEO
Bir qadının geyiminə görə onu təhqir etmək İslamın əxlaqına uyğun deyil - İlahiyyatçı
Şamaxıda "Pirqulu Park" hotelinin açılışı olub - FOTO
El-Nino bu qış hava şəraitinə təsir göstərə bilər - Qar az olacaq
Bakıda 13 yaşlı qız hamilə qaldı, əməldə zorakılıq olmaması müəyyən edildi
Nəcməddin Sadıkova 21 minlik armudu stəkan alan - Polkovnikin məhkəməsi başladı
Mobil nömrə istifadədən çıxarılıb başqa şəxslərə satıldıqda təhlükəsizlik necə qorunur? - AÇIQLAMA
Prezident Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub - FOTO
Şəhid xanımının faciəli ölümünün səbəbi bilindi - VİDEO