Nəsli kəsilmək təhlükəsi altında olan oranqutana elektron siqaret verən məşhur boksçu tənqid atəşinə tutulub - VİDEO
Rusiyalı boksçu Anastasiya Luçkinanın Krımda yerləşən "Taigan Safari Park"da oranqutana elektron siqaret tüstüsü verdiyi görüntülər ictimaiyyətin sərt reaksiyasına səbəb olub.
Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, sosial media üçün çəkildiyi bildirilən videodan sonra idmançı həm klubundan uzaqlaşdırılıb, həm də Rusiya Boks Federasiyası tərəfindən araşdırmaya cəlb olunub.
Yayılan kadrlarda Luçkinanın qəfəs arxasında olan oranqutana elektron siqareti uzadaraq nikotin buxarını içinə çəkməsinə şərait yaratdığı görünür. Mütəxəssislər bildirirlər ki, bu cür maddələr insanlar üçün belə təhlükəli olduğu halda, heyvanlarda daha ağır sağlamlıq problemlərinə yol aça bilər.
Hadisədən sonra oranqutanda halsızlıq və iştahsızlıq müşahidə olunduğu iddia edilir. Onsuz da nəsli təhlükə altında olan bir canlıya belə müdaxilə edilməsi heyvan rifahına ciddi zərbə kimi qiymətləndirilib.
24 yaşlı idmançıya qarşı ictimai qınaq artdıqdan sonra o, klub sıralarından çıxarılıb. Bundan əlavə, Rusiya Boks Federasiyası tərəfindən rəsmi araşdırmaya start verilib.
Luçkinanın bu addımı sosial şəbəkədə diqqət toplamaq məqsədilə etdiyi iddiası narazılığı daha da artırıb. Heyvan haqları müdafiəçiləri baş verənləri "məşhurluq naminə şüurlu şəkildə zərər vermək" kimi dəyərləndiriblər.
Bir çox heyvan hüquqları təşkilatları hadisəni "qəddarlıq" və "ciddi səhlənkarlıq" adlandırıb. Ekspertlər isə vurğulayıblar ki, bu cür hallar ictimai yerlərdə heyvanların qorunmasına nəzarətin zəif olduğunu da göstərir.
Hadisə sosial mediada geniş müzakirələrə səbəb olub. Çoxsaylı istifadəçilər idmançının idman dünyasından tamamilə uzaqlaşdırılmasını tələb edir. Qalmaqallı görüntülər yenidən "sosial media naminə sərhəd haradadır?" sualını gündəmə gətirib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 626 Tarix: 28 aprel 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşMəşhur salonlar şəbəkəsinin rəhbəri ilə bağlı məhkəmədən qərar
"Beautytime" salonlar şəbəkəsinin rəhbəri Könül Həmzəyevanın təqsirləndirilən şəxs qismində cəlb olunduğu işlərdən biri yekunlaşıb. "Unikal"a istinadən xəbər verir ki, xüsusi ittihamçı Röyal Masiyevin şikayəti əsasında Könül Həmzəyevanın Cinayət Məcəlləsinin 147.2-ci (ağır cinayə
16 noyabr"Mahal MTK"da rüşvət və özbaşınalıq - Müştəriləri belə aldadırlar
Sumqayıt şəhərində fəaliyyət göstərən "Mahal MTK" tərəfindən tikilib sakinlərə təhvil verilməli olan mənzillərlə bağlı ciddi problemlər yaranıb. Tikinti şirkətinin qanunsuz tələbləri və vədlərinə əməl etməməsi vətəndaşların haqlı narazılığına səbəb olub. Məlumata görə, "Mahal MTK"
16 noyabrÇek verməyən sahibkarları 1000, 3000 və 6000 manat cərimə gözləyir - AÇIQLAMA
Satış zamanı alıcıya kassa çekinin təqdim edilməməsi həm vergi qanunvericiliyinin tələblərinin, həm də istehlakçı hüquqlarının pozulması hesab olunur. Xüsusilə, bəzi satıcıların nağd ödəniş zamanı çek verməkdən yayınması vergidən yayınma və satış dövriyyəsinin gizlədilməsi ehtimalını gündəmə gətirir
18 noyabrUşaqları nəzarətsiz qoymayın! - Nazirlikdən müraciət
Fövqəladə Hallar Nazirliyi (FHN) uşaqların təhlükəsizliyi ilə bağlı əhaliyə müraciət edib. xəbər verir ki, müraciətdə deyilir:. "Fövqəladə Hallar Nazirliyi tərəfindən əhali arasında aparılan kütləvi maarifləndirmə işlərinə baxmayaraq, bir sıra hallarda azyaşlıların nəzarətsiz qalması nəticəsind
17 noyabrŞəmkirdə meyiti tapılanlarla bağlı - Yeni detallar
Ötən gün Şəmkirdə evdə iki nəfərin meyitinin tapılması ilə bağlı bəzi təfərrüatlar üzə çıxıb. "Qafqazinfo" xəbər verir ki, ilkin araşdırmalar zamanı rayonun Varlı Həyat kəndində 1968-ci il təvəllüdlü Rəfi Mustafayevin özünə məxsus evdə qeyri-rəsmi münasibətdə yaşadığı qadını qətlə yetirməsin
17 noyabrBu hərbçilərin həyat yoldaşlarına müavinət ödənilməsi təklif olunur
Yeni xidmət yerinə köçən hərbçilərin həyat yoldaşlarına minimum əməkhaqqı məbləğində müavinət ödənilməsi təklif olunur. Bunu APA-ya açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev bildirib. Arzu Nağıyev deyib ki, bununla bağlı "Hərb
17 noyabrBakcell gənclər üçün növbəti süni intellekt hakatonunu keçirib
Bakcell gənclərin texnoloji bacarıqlarının inkişafına yönəlmiş hakatonlar silsiləsini davam etdirir. Bu dəfə Peerstack Academy tələbələri süni intellekt üzrə keçirilən hakatonda bir araya gəliblər. Hakaton çərçivəsində iştirakçılar telekommunikasiya sahəsi üçün süni intellekt dəstəkli məhsullar hazırlayıblar
18 noyabr