Borca görə ölkədən çıxış qadağası: Yeni qaydalar prosesi necə sürətləndirir? - AÇIQLAMA
Borca görə ölkədən çıxışa məhdudiyyət qoyulması məsələsi son illər vətəndaşlar arasında ən çox müzakirə olunan hüquqi mövzulardan biridir. Bir çox hallarda insanlar borcun mövcudluğunun avtomatik şəkildə belə bir qadağaya səbəb olub-olmadığını dəqiq bilmirlər. Bəs, borca görə ölkədən çıxışa hansı hallarda mədudiyyət qoyula bilər?
Mövzu ilə bağlı Sonxeber.az-a vəkil Turan Abdullazadə danışıb.
O, açıqlamasında qeyd edib ki, icra haqqında qanunun əvvəlki redaksiyasında borclunun ölkədən çıxışını məhdudlaşdırmaq biraz uzun çəkirdi üçün, onlar ölkədən çıxıb qaça bilirdi:
"2025-ci ildə edilən dəyişikliklə bu proses xeyli sürətləndirilib. Artıq borclu şəxs borcunu könüllü icra üçün verilmiş müddətdə üzrsüz səbəbdən ödəmədikdə, icra məmurunun təqdimatı əsasında məhkəmə onun ölkədən çıxışını müvəqqəti məhdudlaşdıra bilər. Məhkəmə bu barədə qərar qəbul edən kimi qərar dərhal "Elektron məhkəmə" sistemindən "Elektron icra" sisteminə ötürülür və oradan da avtomatik olaraq "Giriş-çıxış və qeydiyyat" sisteminə göndərilir. Bunun nəticəsində borclunun ölkədən çıxışına dərhal qadağa tətbiq olunur. Eyni zamanda borcluya bu barədə SMS vasitəsilə məlumat verilir. Əgər sonradan borcun ödənilməsi və ya digər səbəblərlə məhdudiyyətin tətbiqinə əsas qalmırsa, bu məlumat da dərhal sistemə daxil edilir, qadağa avtomatik aradan qaldırılır və borcluya yenidən SMS göndərilir. Beləliklə, yeni qaydalarla bu proses tam elektronlaşdırılıb və həm qadağanın tətbiqi, həm də götürülməsi daha operativ həyata keçirilir".
Vüsalə İbrahimli
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Nigar Fərhad haqda qərar verildi - Şikayətçilər artır
Düyünü bişirəndə bunu əlavə edin: Dənə-dənə və ətirli alınacaq
Boyadan istifadə etmədən ağ saçları necə daha az nəzərəçarpan etmək olar?
1,5 metrlik nəhəng balıq bazarda satışa çıxarıldı - görənlər təəccübləndi - VİDEO
13 yaşlı qızla görüşmək üçün 14 saat yol getdi, evə çatanda polislə qarşılaşdı - VİDEO
Adil Əmrahlı Allahı və peyğəmbəri təhqir etdi - VİDEO
Bir qadının geyiminə görə onu təhqir etmək İslamın əxlaqına uyğun deyil - İlahiyyatçı
Şamaxıda "Pirqulu Park" hotelinin açılışı olub - FOTO
El-Nino bu qış hava şəraitinə təsir göstərə bilər - Qar az olacaq
Bakıda 13 yaşlı qız hamilə qaldı, əməldə zorakılıq olmaması müəyyən edildi
Nəcməddin Sadıkova 21 minlik armudu stəkan alan - Polkovnikin məhkəməsi başladı
Mobil nömrə istifadədən çıxarılıb başqa şəxslərə satıldıqda təhlükəsizlik necə qorunur? - AÇIQLAMA
Prezident Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub - FOTO
Şəhid xanımının faciəli ölümünün səbəbi bilindi - VİDEO