"Azərbaycan Avropa ilə əlaqələrində selektiv və maraq əsaslı siyasətini davam etdirir" - AÇIQLAMA
"Prezident İlham Əliyev ilə Çexiyanın Baş naziri Andrey Babiş arasında keçirilən görüş və verilən mesajlar Bakı-Praqa xəttində münasibətlərin keyfiyyətcə yeni mərhələyə keçdiyini göstərir", - bunu Sonxeber.az -a açıqlama verən politoloq Tural İsmayılov deyib:
"Bu bəyanatın mərkəzində duran əsas məqam siyasi dialoqun intensivləşməsidir ki, bu da təsadüfi deyil. Azərbaycan son illər Avropa ilə münasibətlərində daha praqmatik və çoxşaxəli xətt yürüdür, Çexiya kimi sənaye və texnologiya potensialı olan ölkələrlə əməkdaşlıq isə bu strategiyanın mühüm hissəsidir.
Xüsusilə müdafiə sənayesi sahəsində vurğulanan əməkdaşlıq diqqət çəkir. Bu, sadəcə idxal münasibətlərindən çıxaraq birgə istehsal və texnologiya transferinə keçid deməkdir. Belə bir model Azərbaycanın müdafiə qabiliyyətini yalnız gücləndirmir, eyni zamanda yerli sənayenin inkişafına və strateji müstəqilliyin artmasına xidmət edir. Çexiyanın bu sahədəki təcrübəsi ilə Azərbaycanın artan istehsal imkanlarının sintezi regionda yeni sənaye əməkdaşlığı nümunəsi yarada bilər.
Digər tərəfdən, Hökumətlərarası Komissiyanın aktivləşdirilməsi və müntəzəm dialoq mexanizmlərinin qurulması münasibətlərin institusional əsasını möhkəmləndirir. Bu isə o deməkdir ki, əməkdaşlıq təkcə siyasi bəyanatlar səviyyəsində qalmayacaq, konkret layihələr və iqtisadi nəticələrə çevriləcək. Ümumilikdə, bu səfər və verilən mesajlar göstərir ki, Azərbaycan Avropa ilə əlaqələrində selektiv və maraq əsaslı siyasətini davam etdirir və bu kurs yaxın perspektivdə həm iqtisadi, həm də geosiyasi dividendlər vəd edir".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Nigar Fərhad haqda qərar verildi - Şikayətçilər artır
Düyünü bişirəndə bunu əlavə edin: Dənə-dənə və ətirli alınacaq
Boyadan istifadə etmədən ağ saçları necə daha az nəzərəçarpan etmək olar?
1,5 metrlik nəhəng balıq bazarda satışa çıxarıldı - görənlər təəccübləndi - VİDEO
13 yaşlı qızla görüşmək üçün 14 saat yol getdi, evə çatanda polislə qarşılaşdı - VİDEO
Adil Əmrahlı Allahı və peyğəmbəri təhqir etdi - VİDEO
Şamaxıda "Pirqulu Park" hotelinin açılışı olub - FOTO
Bir qadının geyiminə görə onu təhqir etmək İslamın əxlaqına uyğun deyil - İlahiyyatçı
El-Nino bu qış hava şəraitinə təsir göstərə bilər - Qar az olacaq
Bakıda 13 yaşlı qız hamilə qaldı, əməldə zorakılıq olmaması müəyyən edildi
Nəcməddin Sadıkova 21 minlik armudu stəkan alan - Polkovnikin məhkəməsi başladı
Mobil nömrə istifadədən çıxarılıb başqa şəxslərə satıldıqda təhlükəsizlik necə qorunur? - AÇIQLAMA
Şəhid xanımının faciəli ölümünün səbəbi bilindi - VİDEO
Bakıda kişi arvadını marketdə, autizmli övladının gözü qarşısında döydü - Video