Dələduzluq qurbanı olan şəxs pulunu geri almaq üçün hansı addımları atmalıdır? - AÇIQLAMA
Müasir dövrdə dələduzluq halları həm onlayn platformalarda, həm də gündəlik münasibətlərdə daha çox rast gəlinən hüquq pozuntularından biridir.
Vətəndaşlar bəzən saxta elanlar, yalan vədlər, investisiya təklifləri, borc adı ilə pul alma halları və digər üsullarla maddi ziyana məruz qalırlar.
Bəs görəsən dələduzluq qurbanı olan şəxs pulunu geri almaq üçün hansı addımları atmalıdır?
Mövzu ilə bağlı hüquqşünas Xanım Yusifova bu barədə Sonxeber.az -a danışıb:
"İlk növbədə zərərçəkən şəxs bütün sübutları toplamalıdır. Buraya bank köçürmələri, qəbzlər, mesaj yazışmaları, səs qeydləri, müqavilələr, şahid ifadələri və digər materiallar daxildir. Çünki sonradan hüquq-mühafizə orqanlarına və ya məhkəməyə müraciət zamanı bu sənədlər mühüm əhəmiyyət daşıyır.
Daha sonra şəxs yaşayış yeri üzrə polis orqanına, prokurorluğa və ya elektron qaydada aidiyyəti dövlət qurumlarına ərizə ilə müraciət edə bilər. Ərizədə hadisənin necə baş verdiyi, pulun hansı üsulla alındığı, qarşı tərəfin kimliyi və mövcud sübutlar ətraflı göstərilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinə əsasən, etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə dələduzluq əməli hesab olunur və cinayət məsuliyyəti yaradır.
Cinayət işi başlanıldığı halda zərərçəkmiş şəxs cinayət prosesi çərçivəsində mülki iddia qaldıraraq vurulmuş maddi ziyanın ödənilməsini tələb edə bilər. Əgər cinayət işi başlanmasa və ya məsələ mülki xarakter daşıyarsa, həmin şəxs birbaşa məhkəməyə müraciət edib pulun geri qaytarılması barədə iddia qaldıra bilər.
Əgər pul bank kartı vasitəsilə köçürülübsə, dərhal banka məlumat verilməsi də vacibdir. Bəzi hallarda şübhəli əməliyyatlarla bağlı araşdırma aparılması və müəyyən tədbirlərin görülməsi mümkündür.
Belə hallarda vaxtında müraciət etmək çox önəmlidir. Gecikmə sübutların itməsi, şəxsin gizlənməsi və vəsaitin başqa hesablara köçürülməsi riskini artırır. Buna görə də dələduzluqla üzləşən vətəndaş mümkün qədər tez hüquqi yardım almalı və rəsmi qaydada şikayət etməlidir".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Nigar Fərhad haqda qərar verildi - Şikayətçilər artır
Düyünü bişirəndə bunu əlavə edin: Dənə-dənə və ətirli alınacaq
Boyadan istifadə etmədən ağ saçları necə daha az nəzərəçarpan etmək olar?
1,5 metrlik nəhəng balıq bazarda satışa çıxarıldı - görənlər təəccübləndi - VİDEO
13 yaşlı qızla görüşmək üçün 14 saat yol getdi, evə çatanda polislə qarşılaşdı - VİDEO
Adil Əmrahlı Allahı və peyğəmbəri təhqir etdi - VİDEO
Şamaxıda "Pirqulu Park" hotelinin açılışı olub - FOTO
Bir qadının geyiminə görə onu təhqir etmək İslamın əxlaqına uyğun deyil - İlahiyyatçı
El-Nino bu qış hava şəraitinə təsir göstərə bilər - Qar az olacaq
Bakıda 13 yaşlı qız hamilə qaldı, əməldə zorakılıq olmaması müəyyən edildi
Nəcməddin Sadıkova 21 minlik armudu stəkan alan - Polkovnikin məhkəməsi başladı
Mobil nömrə istifadədən çıxarılıb başqa şəxslərə satıldıqda təhlükəsizlik necə qorunur? - AÇIQLAMA
Şəhid xanımının faciəli ölümünün səbəbi bilindi - VİDEO
Prezident Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub - FOTO