Məzunlar üçün yeni tələblər təsdiqləndi

Məzunlar üçün yeni tələblər təsdiqləndiXəbər verdiyimiz kimi, dövlət ümumi təhsil müəssisələrində təhsilini dövlət təhsil standartları əsasında digər dildə almaq istəyən şagirdlərin təhsil almaq istədikləri tədris dili üzrə müsahibədən keçirilməsi qaydası təsdiqlənib.

Qaydalarda VIII-XI siniflər üzrə müsahibənin hansı meyarlar əsasında qiymətləndiriləcəyi də öz əksini tapıb.

Belə ki, VIII-XI siniflər üzrə müsahibə zamanı şagirdin tədris dilini bilmə səviyyəsi aşağıdakı meyarlar əsasında qiymətləndiriləcək:

Dinləyib-anlama bacarığı

Şagird dinlədiyi mətndən götürdüyü qeydləri qrafik vasitələrlə (şəkil-sxem, diaqram, cədvəl, simvollar, klasterlər və s.) görsəlləşdirməli, dinlədiyi mətndəki fakt və fikirləri ümumiləşdirərək nəticə çıxarmalı, dinlədiyi məlumatları şəxsi bilikləri və əldə etdiyi başqa məlumatlarla müqayisə etməlidir.

Oxu bacarığı

Şagird kontekstdən çıxış edərək söz və ifadələrin (frazemlərin, atalar sözlərinin, termin və alınma sözlərin) mənasını müəyyən etməli, mətndəki fakt və arqumentlər arasındakı uyğunluğu (uyğunsuzluğu) müəyyən etməklə əsaslandırmalı, oxuduğu mətndəki məlumatları digər mənbələrlə müqayisə etməli, müəllif yanaşmasına münasibət bildirməlidir.

Danışma bacarığı

Şagird məlumatları ümumiləşdirərək mətn qurub danışmalı, səslənən fikirlərə münasibətini ifadə etmək üçün arqument və əks-arqumentlər gətirməli, şifahi nitqində orfoepiya, fonetik, leksik normalara əməl etməli, zəngin söz ehtiyatı nümayiş etdirməli, nitq prosesində danışığı (səs tonu və intonasiya) ilə ifadə tərzini (duruş, jest, mimika) uzlaşdırmalı, monoloji çıxışları zamanı natiqlik bacarıqlarını nümayiş etdirməlidir.

Yazı bacarığı

Şagird mətni strukturlaşdırarkən onun forma və məzmun xüsusiyyətlərini nəzərə almalı və yazısında ədəbi dilin normalarına riayət etməli, sadə formalı işgüzar sənədlər (işgüzar məktub, akt, protokol və s.) tərtib etməli, müxtəlif fənlər üzrə biliklərindən istifadə etməklə polemik xarakterli mətnlər yazmalıdır.

Qeyd edək ki, Komissiya üzvlərinin verdiyi ümumi ballar toplanılır və komissiya üzvlərinin sayına bölünərək yekun bal müəyyən edilir. Müsahibədən 12 və daha çox bal toplamış şagird müsahibədən müvəffəqiyyətlə keçmiş hesab olunur. Müsahibənin nəticəsi onun keçirildiyi tarixdən 5 iş günü müddətində elektron kabinetə göndərilir.//Trend


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 996   Tarix: 29 aprel 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Məşhur salonlar şəbəkəsinin rəhbəri ilə bağlı məhkəmədən qərar

"Beautytime" salonlar şəbəkəsinin rəhbəri Könül Həmzəyevanın təqsirləndirilən şəxs qismində cəlb olunduğu işlərdən biri yekunlaşıb. "Unikal"a istinadən xəbər verir ki, xüsusi ittihamçı Röyal Masiyevin şikayəti əsasında Könül Həmzəyevanın Cinayət Məcəlləsinin 147.2-ci (ağır cinayə

16 noyabr
.

Bab əl-Məndəb və Hörmüz eyni vaxtda risk altında: Azərbaycan tranzit marşrutları üçün bunun mənası nədir?

Körfəzdə gərginlik yenidən artıb. Noyabrın 13-də İran İnqilab Keşikçiləri Korpusu Bəhreyndəki ABŞ radarına hücum etdiyini açıqladı. ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) iki dronun vurulduğunu bildirdi, itki və zərər olmadığını dedi və radar iddiasını təkzib etdi (Al Jazeera, Reuters). Hər iki tərəfin iddias

16 noyabr
.

"Mahal MTK"da rüşvət və özbaşınalıq - Müştəriləri belə aldadırlar

Sumqayıt şəhərində fəaliyyət göstərən "Mahal MTK" tərəfindən tikilib sakinlərə təhvil verilməli olan mənzillərlə bağlı ciddi problemlər yaranıb. Tikinti şirkətinin qanunsuz tələbləri və vədlərinə əməl etməməsi vətəndaşların haqlı narazılığına səbəb olub. Məlumata görə, "Mahal MTK"

16 noyabr
.

Hər şeydə qüsur axtaran insanlar: Daim neqativ düşünməyin səbəbi nədir? - PSİXOLOQDAN AÇIQLAMA

Cəmiyyətdə elə insanlar var ki, baş verən hadisələrə, edilən yaxşılıqlara və hətta xeyirxah təşəbbüslərə belə daim neqativ yanaşırlar. Kiminsə lotereyada iştirak etməsini fırıldaq hesab edir, xəstə uşaqların müalicəsi üçün başladılan yardım kampaniyalarının arxasında mütləq başqa məqsəd axtarır, küç

18 noyabr
.

Çek verməyən sahibkarları 1000, 3000 və 6000 manat cərimə gözləyir - AÇIQLAMA

Satış zamanı alıcıya kassa çekinin təqdim edilməməsi həm vergi qanunvericiliyinin tələblərinin, həm də istehlakçı hüquqlarının pozulması hesab olunur. Xüsusilə, bəzi satıcıların nağd ödəniş zamanı çek verməkdən yayınması vergidən yayınma və satış dövriyyəsinin gizlədilməsi ehtimalını gündəmə gətirir

18 noyabr
.

Uşaqları nəzarətsiz qoymayın! - Nazirlikdən müraciət

Fövqəladə Hallar Nazirliyi (FHN) uşaqların təhlükəsizliyi ilə bağlı əhaliyə müraciət edib. xəbər verir ki, müraciətdə deyilir:. "Fövqəladə Hallar Nazirliyi tərəfindən əhali arasında aparılan kütləvi maarifləndirmə işlərinə baxmayaraq, bir sıra hallarda azyaşlıların nəzarətsiz qalması nəticəsind

17 noyabr
.

Şəmkirdə meyiti tapılanlarla bağlı - Yeni detallar

Ötən gün Şəmkirdə evdə iki nəfərin meyitinin tapılması ilə bağlı bəzi təfərrüatlar üzə çıxıb. "Qafqazinfo" xəbər verir ki, ilkin araşdırmalar zamanı rayonun Varlı Həyat kəndində 1968-ci il təvəllüdlü Rəfi Mustafayevin özünə məxsus evdə qeyri-rəsmi münasibətdə yaşadığı qadını qətlə yetirməsin

17 noyabr
.

Bu hərbçilərin həyat yoldaşlarına müavinət ödənilməsi təklif olunur

Yeni xidmət yerinə köçən hərbçilərin həyat yoldaşlarına minimum əməkhaqqı məbləğində müavinət ödənilməsi təklif olunur. Bunu APA-ya açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev bildirib. Arzu Nağıyev deyib ki, bununla bağlı "Hərb

17 noyabr
.

Bakcell gənclər üçün növbəti süni intellekt hakatonunu keçirib

Bakcell gənclərin texnoloji bacarıqlarının inkişafına yönəlmiş hakatonlar silsiləsini davam etdirir. Bu dəfə Peerstack Academy tələbələri süni intellekt üzrə keçirilən hakatonda bir araya gəliblər. Hakaton çərçivəsində iştirakçılar telekommunikasiya sahəsi üçün süni intellekt dəstəkli məhsullar hazırlayıblar

18 noyabr