Bakıxanovda maşından oğurluq edənlər kameraya düşdü - Video
Aprelin 28-i Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisində sakinlərdən birinə məxsus "KIA" markalı avtomobildən sürücüyə məxsus qiymətli əşyalar oğurlanıb.
"Qafqazinfo" xəbər verir ki, Sabunçu Rayon Polis İdarəsi 13-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş və törətdiyi digər cinayət əməllərinə görə axtarışda olan 37 yaşlı Mahir Məmmədov və 28 yaşlı Elvin Mehtiyev saxlanılıblar.
Onların avtomobildən oğurluq etmələri müşahidə kameraları vasitəsilə də anbaan qeydə alınıb.
Araşdırmalar zamanı saxlanılan şəxslərin paytaxt ərazisində daha bir "KIA" markalı avtomobildən içərisində 270 manat, bank kartları və sənədlər olan pul kisəsini oğurladıqları da müəyyən edilib. Onlarda əlavə olaraq şəxsi istifadələri üçün əldə etdikləri psixotrop maddə metamfetamin də aşkarlanıb.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 657 Tarix: 29 aprel 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Yağış yağacaq, şimşək çaxacaq - Xəbərdarlıq
Sentyabrın 19-20-də Azərbaycanın bəzi dağlıq və dağətəyi rayonlarında fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəy
18 sentyabrGeneral Allahverdiyev dəfn olundu - Fotolar
Azərbaycan sərhəd mühafizəsinin formalaşması və inkişafında mühüm xidmətləri olmuş, "Azərbaycan Bayrağı" ordenli general-mayor İsgəndər Allahverdiyevin dəfn mərasimi keçirilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti (DSX) məlumat yayıb. Hərbi Memorial Məzarlıqd
18 sentyabrDSX-nin tarixinə düşən general vəfat etdi
Azərbaycan Respublikasının Sərhəd Qoşunlarının ilk komandanı və ilk sərhədçi generalı İsgəndər İmanverdi oğlu Allahverdiyev vəfat edib. -ə istinadla xəbər verir ki, İsgəndər Allahverdiyev 11 fevral 1947-ci ildə Bakı şəhərində anadan olub. O, Azərbaycan dövlət sərhədinin mühafizəsi sisteminin formalaşmasınd
18 sentyabr