Azərbaycan üçün yeni uşaqpulu modeli - Ayda 100 manat…

Azərbaycan üçün yeni uşaqpulu modeli - Ayda 100 manat…Rusiyada hamilə qadın doğulacaq körpə üçün verilən zəruri əşyalarla dolu çantanı nümayiş etdirib. Çantanın içində körpəyə lazım ola biləcək bir çox əşyalar yer alıb. Bu təşəbbüsün bütün regionlara aid olmadığı və yalnız Rusiya vətəndaşları üçün nəzərdə tutulduğu iddia edilir.

Digər ölkələrdə də oxşar dəstək mexanizmləri mövcuddur. Məsələn, Türkiyədə uşaq dünyaya gəldikdən sonra bələdiyyələr tərəfindən müəyyən müddət ərzində maddi yardım göstərilir. Bu vəsait əsasən ilkin ehtiyacların, o cümlədən uşaq bezi kimi zəruri məhsulların alınmasına yönəlir. Qazaxıstanda da yeni doğulan körpələr üçün ailələrə birdəfəlik ödənişlər edilir.

Bəs Azərbaycanda bu sistem necədir?

Mövzu ilə bağlı "Globalinfo.az"a danışan hüquq elmləri doktoru, iqtisadçı Vüsalə Əhmədovanın sözlərinə görə, ölkəmizdə uşağın anadan olmasına görə birdəfəlik 600 manat müavinət verilir:

"Bu müavinət xaricində, bütün uşaqlara universal aylıq uşaqpulu sistemi tətbiq edilmir. Uşaqpulu mövzusu uzun illərdir ictimai müzakirə edilir, lakin təəssüf ki, hələ də real nəticə əldə olunmayıb. Əgər uşaqpulu ödənilərsə, gənc ailələrə dəstək olar, ailənin uşaq bezi, qida, dərman xərcləri yüngülləşər. Azərbaycanda uşağın aylıq xərcləri yüksəkdir. İşsizlik həddinin 2-6%, yoxsulluq həddinin 3-4%, minimum əmək haqlarının ölkəmizdəkindən dəfələrlə yüksək olduğu inkişaf etmiş Avropa ölkələrində hər bir uşağa 18 yaşınadək sosial müavinət verilir. Bu istiqamətdə dəfələrlə təkliflərlə çıxış etmişəm".

V.Əhmədovanın fikrincə, uşaqlar üçün müavinətlərin verilməsi mümkündür:

"Məsələn, 0-6 yaş qrupları üzrə uşaqlara 100 manat məbləğində müavinət çox asanlıqla təyin edilə bilər. Ölkədəki 0-6 yaş qrupundakı uşaqların cəmi sayının təqribən 1.1 milyon nəfər təşkil etdiyini nəzərə alsaq, hər bir uşaq üçün aylıq 100 manat məbləğində müavinət verilsə, bu, illik 1 milyard 320 milyon manat təşkil edəcək. Bu məbləğin büdcə üçün böyük yük olacağını düşünmürəm.

Digər 6-18 yaş qrupları üzrə uşaqlar üçün isə müəyyən təhsil imkanları yaradıla bilər. Məsələn, 6 yaşı tamam olan hər bir uşaq üçün bank hesabı açılsın, aylıq müavinətlər bank hesabına toplansın və uşağın 18 yaşı tamam olduqda toplanan vəsait onun istifadəsinə verilsin. Həmin müddət ərzində isə bank vəsaiti iqtisadiyyata investisiya edə bilər. 18 yaşı tamam olan vətəndaş hesabında toplanan vəsaiti alaraq, məsələn, təhsilinə xərcləyə bilər.

Ölkədəki 6-18 yaş qrupundakı uşaqların sayının təxminən 1.7 milyon nəfər olduğunu götürsək, hər bir uşaq üçün aylıq 100 manat müavinət banka yatırılsa, 18 yaşına çatan hər bir uşağın bank hesabında 14 min 400 manat vəsait toplanmış olacaq. Beləliklə gənclər 18 yaşına gəldikdə sıfırdan başlamaq məcburiyyətində qalmazlar".

İqtisadçı deyib ki, dövlət bu vəsaiti gəlir gətirən aktivlərə yatırmaqla büdcə yükünü azalda və hətta uzunmüddətli qazanc yarada bilər:

"Məsələn, vəsait illik 4-7 faiz gəlir gətirən dövlət istiqrazlarına yönəldilə bilər. Eləcə də, vəsaitin Dövlət Neft Fondu kimi peşəkar fond vasitəsilə investisiya edilməsi mümkündür. Bu halda illik orta hesabla 5-8 faiz real gəlir əldə olunacaq. Nəticədə, əldə olunan gəlirlə infrastruktur layihələri, ixrac sənayesi, kənd təsərrüfatı maliyyələşdirilə bilər. Bu səbəbdən uşaq kapital hesabının yaradılmasını daha məntiqli hesab edirəm".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1319   Tarix: 03 may 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Tahir Gözel bu bankın rəhbəri oldu

"Azərbaycan Sənaye Bankı" ASC-nin Müşahidə Şurasının sədri dəyişib. "APA-Economics"ə istinadən xəbər verir ki, Tahir Gozal bankın Müşahidə Şurasının yeni sədri seçilib. O, bu vəzifədə qardaşı Əhməd Gozalı əvəz edib. Əhməd Gozal 2022-ci ildən "Azərbaycan Sənaye Bankı"nı

18 sentyabr
.

20 Sentyabr: Azərbaycanın Dövlət Suverenliyinin Tam Bərpa Olunduğu Tarixi Gün

Xalqımızın çoxəsrlik dövlətçilik tarixində mühüm əhəmiyyət daşıyan və Ölkə Başçısı cənab İlham Əliyevin 19 sentyabr 2024-cü il tarixli Sərəncamı ilə qeyd edilən "20 Sentyabr" tarixi Azərbaycan Respublikasının bütün ərazisində dövlət suverenliyinin və konstitusiya quruluşunun tam bərpa olunmasın

17 sentyabr
.

Metro istifadəçilərinə ŞAD XƏBƏR - Tarix açıqlandı

"AZCON Holding" şirkətlərindən olan "Bakı Metropoliteni" QSC-nin "qırmızı xətti"nin "Həzi Aslanov" stansiyasının dalanında əsaslı təmir və yenidənqurma işlərində son mərhələ başlanıb. xəbər verir ki, yenidənqurma işləri təxminən 280 metrlik sahədə üç mərhələ üzr

17 sentyabr
.

"Kənd məhsulu" adı məhsulun yüksək keyfiyyətli olması demək deyil - AÇIQLAMA

Bazarda "kənd məhsulu", "təbii məhsul" və "ev məhsulu" adı ilə müxtəlif qida məhsulları satılır. İstehlakçı isə məhsulun həqiqətən kənd şəraitində hazırlanıb-hazırlanmadığını və təhlükəsizlik tələblərinə cavab verib-vermədiyini yalnız görünüş və dada əsasən müəyyən etməkd

17 sentyabr
.

Şəxsiyyət vəsiqəsində ANA ADI yazılmalıdır? - AÇIQLAMA

Hazırda şəxsiyyət vəsiqəsində valideynlərə dair məlumatların necə əks etdirilməsi məsələsi cəmiyyətdə müzakirə olunan mövzulardan biridir. Həm ata, həm də ana adının sənəddə göstərilməsi uşağın hər iki valideyni ilə bağlı məlumatların eyni formada təqdim olunması baxımından yeni yanaşma kimi qiymətləndiril

17 sentyabr
.

AZAL və Milli Konservatoriya Milli Musiqi Gününə həsr olunan müsabiqə keçirdi

18 sentyabr Milli Musiqi Günü münasibətilə Azərbaycan Hava Yolları və Azərbaycan Milli Konservatoriyasının birgə təşkilatçılığı ilə "Səmanın ritmi" musiqi müsabiqəsi keçirilib. Layihənin əsas məqsədi Azərbaycan Hava Yollarının uçuşdaxili musiqilərinin yenilənməsi və aviaşirkətin brend kimliyin

18 sentyabr
.

Bir qadının geyiminə görə onu təhqir etmək İslamın əxlaqına uyğun deyil - İlahiyyatçı

Naxçıvanda "Əshabi-Kəhf" ziyarətgahında çəkilən görüntülər dini məkanlarda davranış qaydaları ilə bağlı müzakirələri yenidən gündəmə gətirib. Belə məkanlarda geyim, foto və video çəkilişi, eləcə də ziyarətgahın müqəddəsliyinə və digər ziyarətçilərə münasibət məsələləri həm dini, həm də eti

18 sentyabr
.

Diplomatik səfər niyə erməni revanşist dairələrini narahat etdi?

Sentyabrın 11-12-də Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfəri regionda formalaşmış yeni reallıqların beynəlxalq diplomatik dairələr tərəfindən yerində müşahidə edilməsi baxımından mühüm hadisəyə çevrildi. Səfərdə 58 ölkəni və 9 beynəlxalq təşkilat

17 sentyabr
.

Otuz ildən Zəfərə, Zəfərdən Suverenliyə

Bəzi tarixlər var ki, onları yalnız təqvimdəki rəqəmlərlə izah etmək mümkün deyil. Belə tarixlərin arxasında illərlə davam edən mübarizə, böyük itkilər, sarsılmaz iradə və nəsillərin bir-birinə ötürdüyü arzular dayanır. Azərbaycan xalqının müasir tarixində 20 Sentyabr məhz belə günlərdəndir. 20 Sentyab

17 sentyabr