Azərbaycanda bu ənənə LƏĞV EDİLİR?
Azərbaycanda toy karvanları illərdir davam edən ənənə kimi sevincin nümayişi hesab olunsa da, son dövrlərdə bu adətin yaratdığı yol hərəkəti çətinlikləri və təhlükəsizlik riskləri ciddi narahatlıq doğurmağa başlayıb. Xüsusilə, intensiv nəqliyyat axınının olduğu ərazilərdə uzun avtomobil karvanlarının hərəkəti, səs siqnallarından həddindən artıq istifadə və bəzi hallarda qaydaların kobud şəkildə pozulması həm sürücülər, həm də piyadalar üçün real problemlər yaradır. Bütün bunlar fonunda cəmiyyətdə bir sual getdikcə daha çox səslənir: toy karvanları ənənə olaraq qorunub saxlanılmalıdır, yoxsa ictimai təhlükəsizlik naminə bu adətə hüquqi məhdudiyyətlər tətbiq edilməlidir?
Mövzu ilə bağlı Konkret.az-ın suallarını cavablandıran nəqliyyat eksperti Elməddin Muradlı toy karvanları ilə bağlı yol polisinə dəfələrlə müraciətlər edildiyini, maarifləndirici sosial çarxlar və animasiyalar hazırlandığını bildirib.
Onun sözlərinə görə, tövsiyələrə əsasən toy karvanında 6-dan artıq avtomobilin iştirakı məqsədəuyğun sayılmır.
"Bəzən 15-20 avtomobil toy karvanına qoşulur. Bu isə yollarda ciddi sıxlıq yaradır. Üstəlik, karvanda avtoxuliqanlıq edən, müxtəlif təhlükəli şoular nümayiş etdirən sürücülər də olur. Bu cür davranışlar həm qanun pozuntusudur, həm də insanların həyatını riskə atır".
Ekspert sosial şəbəkələrdə yayılan son görüntülərə də toxunaraq qeyd edib ki, bəzi sürücülər kilometrlərlə məsafəni avtomobili arxa istiqamətdə idarə edərək qət edir ki, bu da son dərəcə məsuliyyətsiz və təhlükəli hərəkətdir:
"Bu, fəxr olunası hal deyil. Toy mərasimi sevincli hadisədir və qəzasız, bəlasız başa çatmalıdır. Təəssüf ki, bəzi insanlar bunu hələ də düzgün qiymətləndirmir.
Bu məsələdə yalnız hüquqi tədbirlər deyil, həm də ictimai nəzarət və ailə institutunun rolu vacibdir. Valideynlər və ağsaqqallar prosesə müdaxilə etməli, gənclərə düzgün istiqamət göstərməlidirlər.
Toy şənlənmək üçündür, amma təhlükəsizlik hər şeydən önəmlidir. Düşünürəm ki, zamanla bu ənənə ya daha təhlükəsiz formada davam etdiriləcək, ya da tədricən aradan qalxacaq".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bu şəxslər ali təhsili olsa belə 18 aylıq hərbi xidmət keçməlidir - AÇIQLAMA
Nigar Fərhad haqda qərar verildi - Şikayətçilər artır
Düyünü bişirəndə bunu əlavə edin: Dənə-dənə və ətirli alınacaq
1,5 metrlik nəhəng balıq bazarda satışa çıxarıldı - görənlər təəccübləndi - VİDEO
Boyadan istifadə etmədən ağ saçları necə daha az nəzərəçarpan etmək olar?
13 yaşlı qızla görüşmək üçün 14 saat yol getdi, evə çatanda polislə qarşılaşdı - VİDEO
Adil Əmrahlı Allahı və peyğəmbəri təhqir etdi - VİDEO
Şamaxıda "Pirqulu Park" hotelinin açılışı olub - FOTO
Bir qadının geyiminə görə onu təhqir etmək İslamın əxlaqına uyğun deyil - İlahiyyatçı
El-Nino bu qış hava şəraitinə təsir göstərə bilər - Qar az olacaq
Mobil nömrə istifadədən çıxarılıb başqa şəxslərə satıldıqda təhlükəsizlik necə qorunur? - AÇIQLAMA
Bakıda 13 yaşlı qız hamilə qaldı, əməldə zorakılıq olmaması müəyyən edildi
Şəhid xanımının faciəli ölümünün səbəbi bilindi - VİDEO
Prezident Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub - FOTO