Qurbanlıq bazarında YENİ QAYDALAR qüvvəyə mindi
Artıq Qurban bayramı yaxınlaşır. Bu il heyvan bazarlarında qaydalar daha da sərtləşdiriləcək və bəzi heyvanların satışına icazə verilməyəcək.
Mövzu ilə bağlı Qida Təhlükəsizliyi İnstitutunun İdentifikasiya və İzlənilmə Mərkəzinin direktoru Yavər Məmmədov bildirib ki, heyvan bazarları yoluxucu xəstəliklərin ən sürətlə yayıla biləcəyi riskli məkanlar sayılır.
Bu səbəbdən bir müddət əvvəl fəaliyyəti dayandırılan heyvan bazarları artıq "Heyvan bazarlarına dair baytarlıq-sanitariya norma və qaydaları"na uyğun şəkildə yenidən fəaliyyətə başlayıb.
Məmmədovun sözlərinə görə, heyvanların identifikasiyası həm də oğurluq hallarının qarşısını almaq üçün ən etibarlı hüquqi vasitədir.
Hazırda ölkə üzrə 972 min baş heyvan qeydiyyata alınaraq identikləşdirilib və onların peyvənd məlumatlarından tutmuş sahibinə qədər bütün məlumatlar xüsusi bazada toplanıb.
Vurğulanıb ki, bazara çıxarılmazdan əvvəl hər bir heyvan mütləq identifikasiya olunmalıdır. Əks halda, yaxın vaxtlarda belə heyvanların satış sahəsinə buraxılması mümkün olmayacaq./milli.az/
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 5360 Tarix: 03 may 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Tahir Gözel bu bankın rəhbəri oldu
"Azərbaycan Sənaye Bankı" ASC-nin Müşahidə Şurasının sədri dəyişib. "APA-Economics"ə istinadən xəbər verir ki, Tahir Gozal bankın Müşahidə Şurasının yeni sədri seçilib. O, bu vəzifədə qardaşı Əhməd Gozalı əvəz edib. Əhməd Gozal 2022-ci ildən "Azərbaycan Sənaye Bankı"nı
18 sentyabrMetro istifadəçilərinə ŞAD XƏBƏR - Tarix açıqlandı
"AZCON Holding" şirkətlərindən olan "Bakı Metropoliteni" QSC-nin "qırmızı xətti"nin "Həzi Aslanov" stansiyasının dalanında əsaslı təmir və yenidənqurma işlərində son mərhələ başlanıb. xəbər verir ki, yenidənqurma işləri təxminən 280 metrlik sahədə üç mərhələ üzr
17 sentyabrŞəxsiyyət vəsiqəsində ANA ADI yazılmalıdır? - AÇIQLAMA
Hazırda şəxsiyyət vəsiqəsində valideynlərə dair məlumatların necə əks etdirilməsi məsələsi cəmiyyətdə müzakirə olunan mövzulardan biridir. Həm ata, həm də ana adının sənəddə göstərilməsi uşağın hər iki valideyni ilə bağlı məlumatların eyni formada təqdim olunması baxımından yeni yanaşma kimi qiymətləndiril
17 sentyabrDiplomatik səfər niyə erməni revanşist dairələrini narahat etdi?
Sentyabrın 11-12-də Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfəri regionda formalaşmış yeni reallıqların beynəlxalq diplomatik dairələr tərəfindən yerində müşahidə edilməsi baxımından mühüm hadisəyə çevrildi. Səfərdə 58 ölkəni və 9 beynəlxalq təşkilat
17 sentyabrOtuz ildən Zəfərə, Zəfərdən Suverenliyə
Bəzi tarixlər var ki, onları yalnız təqvimdəki rəqəmlərlə izah etmək mümkün deyil. Belə tarixlərin arxasında illərlə davam edən mübarizə, böyük itkilər, sarsılmaz iradə və nəsillərin bir-birinə ötürdüyü arzular dayanır. Azərbaycan xalqının müasir tarixində 20 Sentyabr məhz belə günlərdəndir. 20 Sentyab
17 sentyabr