Bu pulları dərhal dəyişdirin!
Son vaxtlar müxtəlif ticarət və xidmət obyektlərində ödəniş zamanı müştərilərə qalıq pul kimi "skoçlanmış", cırıq və ya zədələnmiş əsginasların verildiyi bildirilir. Bu cür pullar sonradan digər obyektlərdə qəbul edilmir və nəticədə vətəndaşlar onları dəyişmək üçün banklara müraciət etmək məcburiyyətində qalır.
Əgər bu pullar dövriyyədə problem yaradırsa, niyə ümumiyyətlə müştəriyə təqdim olunur? Cırıq və ya skoçlanmış pullarla bağlı nə edək? Bunu təqdim edən tərəfə etirazı bildirməliyikmi?
Globalinfo.az-a danışan iqtisadçı Elçin Rəşidov deyib ki, dövriyyədə olan əsginas problem yaradırsa, müştəriyə təqdim olunmamalıdır:
"Belə hallar ümumiyyətlə yaşanmamalıdır, amma təəssüf ki, buna rast gəlinir. Mövcud qaydalara əsasən, müəyyən meyarlara cavab verməyən əsginaslar yararsız hesab olunur. Məsələn, cırığın ölçüsü normadan artıqdırsa, üzərində yapışqan varsa, müəyyən hissələri çatışmırsa, əsginasın oxunması və tanınması çətindirsə, o, dövriyyəyə yararlı sayılmır. Bu cür əsginasları satıcılar özləri dövriyyədən çıxarmalı və banklarda dəyişdirilməlidir. Hazırda bu sahədə tənzimləməni Azərbaycan Mərkəzi Bankı (AMB) həyata keçirir və yararsız əsginasları qəbul edir. Lakin dəyişdirmə prosesi kifayət qədər çətindir və sadələşdirilməsinə ehtiyac var".
İqtisadçı bildirib ki, vətəndaşlar yararsız əsginas əldə etdikdə onu asanlıqla dəyişə bilməlidir:
"Bu məqsədlə AMB özəl bankların filial şəbəkəsindən də istifadə etməlidir. Yəni vətəndaşların yaxınlıqdakı bank filialına müraciət edərək əsginası rahat şəkildə dəyişdirməsinə şərait yaratmalıdır. Bu yanaşma dövriyyədə keyfiyyətli əsginasların saxlanmasına, yararsız pulların vaxtında çıxarılmasına və vətəndaşların narahatlığının azalmasına xidmət edər. İnsanlar əmin olar ki, təsadüfən yararsız əsginas aldıqları halda onu asanlıqla dəyişə biləcəklər. Nəticədə pulun istifadəsi daha rahatlaşar. Bu isə ümumilikdə iqtisadi dövriyyəyə müsbət təsir göstərər".
Ekspert qeyd edib ki, vətəndaş kassada pul qəbul edərkən əsginasda problem aşkar edərsə, dərhal etirazını bildirməli, dəyişdirilməsini tələb etməlidir:
"Əks halda, həmin məsuliyyəti öz üzərinə götürmüş olur. Mövcud dəyişdirmə proseduru mürəkkəb olduğundan, insanlar çox vaxt bu məsuliyyəti qəbul etmək istəmir. Qeyd etdiyim kimi, proses sadələşdirilərsə və bank filialları vasitəsilə operativ şəkildə həyata keçirilərsə, problem əhəmiyyətli dərəcədə həll olunar".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bu şəxslər ali təhsili olsa belə 18 aylıq hərbi xidmət keçməlidir - AÇIQLAMA
Nigar Fərhad haqda qərar verildi - Şikayətçilər artır
Düyünü bişirəndə bunu əlavə edin: Dənə-dənə və ətirli alınacaq
1,5 metrlik nəhəng balıq bazarda satışa çıxarıldı - görənlər təəccübləndi - VİDEO
Boyadan istifadə etmədən ağ saçları necə daha az nəzərəçarpan etmək olar?
13 yaşlı qızla görüşmək üçün 14 saat yol getdi, evə çatanda polislə qarşılaşdı - VİDEO
Adil Əmrahlı Allahı və peyğəmbəri təhqir etdi - VİDEO
Şamaxıda "Pirqulu Park" hotelinin açılışı olub - FOTO
Bir qadının geyiminə görə onu təhqir etmək İslamın əxlaqına uyğun deyil - İlahiyyatçı
El-Nino bu qış hava şəraitinə təsir göstərə bilər - Qar az olacaq
Mobil nömrə istifadədən çıxarılıb başqa şəxslərə satıldıqda təhlükəsizlik necə qorunur? - AÇIQLAMA
Bakıda 13 yaşlı qız hamilə qaldı, əməldə zorakılıq olmaması müəyyən edildi
Şəhid xanımının faciəli ölümünün səbəbi bilindi - VİDEO
Prezident Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub - FOTO