Bakıda temperatur 21 gün normadan yuxarı olub
2026-cı ilin aprel ayında Bakı və Abşeron yarımadasında havanın temperaturu iqlim norması ilə müqayisədə 21 gün normadan yuxarı olub.
Qaynarinfo xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib.
Orta aylıq temperatur 13°C isti təşkil edib
Qeyd edilib ki, yarımadada maksimal temperatur aprelin 3-də 25°C isti (Sumqayıt), bölgələrdə isə aprelin 27-də 29°C isti (Yevlax) qeydə alınıb. Havanın temperaturu 6 gün normadan aşağı, 3 gün isə norma daxilində olub. Orta aylıq temperatur 13°C isti təşkil edib ki, bu da iqlim normasından 1°C yuxarıdır.
Onun sözlərinə görə, minimal temperatur Bakıda və Abşeron yarımadasında aprelin 9-da 6°C isti (Binə), yüksək dağlıq ərazilərdə isə aprelin 16-da 12°C şaxta (Şahdağ) olub:
"Aprel ayı ərzində bəzi günlərdə hava şəraiti fasilələrlə yağıntılı keçib, dağlıq ərazilərdə sulu qar və qar yağıb. Bəzi ərazilərdə yağıntılar leysan xarakterli, intensiv və güclü olub. Ümumilikdə bölgələr üzrə 27 gün yağıntılı hava şəraiti müşahidə edilib. Ən çox yağıntı aylıq normanın 479 faizi olmaqla Bakı və Abşeron yarımadasına (Bakı - 111 mm), aylıq normanın 185 faizi olmaqla Balakən-Şəki zonasına (Oğuz - 181 mm), eləcə də aylıq normanın 351 faizi olmaqla Quba-Qusar zonasına (Xaçmaz - 106 mm) düşüb. Yağan qar nəticəsində qar örtüyünün maksimal hündürlüyü Şahdağda 107 sm qeydə alınıb".
Aprel ayı ərzində ayrı-ayrı günlərdə dolu hadisələri də müşahidə olunub
N.Mahmudov qeyd edib ki, aprel ayı ərzində ayrı-ayrı günlərdə dolu hadisələri də müşahidə olunub. Aprelin 4-də Yardımlıda, aprelin 7-də Gədəbəydə, aprelin 14-də isə Bakı və Abşeron yarımadasının lokal ərazilərində qısamüddətli fasilələrlə dolu düşüb:
"2026-cı ilin aprel ayı ərzində küləkli hava şəraiti ilə bağlı rəng şkalasına uyğun olaraq 12 sarı və narıncı xəbərdarlıq verilib. Bakı və Abşeron yarımadasında 19 gün, bölgələrdə isə 21 gün küləkli hava şəraiti müşahidə olunub. Küləyin maksimal sürəti həm Bakı və Abşeron yarımadasında, həm də bölgələrdə 28 m/s-dək güclənib."
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bu şəxslər ali təhsili olsa belə 18 aylıq hərbi xidmət keçməlidir - AÇIQLAMA
Nigar Fərhad haqda qərar verildi - Şikayətçilər artır
Düyünü bişirəndə bunu əlavə edin: Dənə-dənə və ətirli alınacaq
1,5 metrlik nəhəng balıq bazarda satışa çıxarıldı - görənlər təəccübləndi - VİDEO
Boyadan istifadə etmədən ağ saçları necə daha az nəzərəçarpan etmək olar?
13 yaşlı qızla görüşmək üçün 14 saat yol getdi, evə çatanda polislə qarşılaşdı - VİDEO
Şamaxıda "Pirqulu Park" hotelinin açılışı olub - FOTO
El-Nino bu qış hava şəraitinə təsir göstərə bilər - Qar az olacaq
Nəcməddin Sadıkova 21 minlik armudu stəkan alan - Polkovnikin məhkəməsi başladı
Mobil nömrə istifadədən çıxarılıb başqa şəxslərə satıldıqda təhlükəsizlik necə qorunur? - AÇIQLAMA
Bakıda 13 yaşlı qız hamilə qaldı, əməldə zorakılıq olmaması müəyyən edildi
Prezident Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub - FOTO