Hirkan meşələrində GİZLİ HƏYAT: Fototələlərdən NADİR GÖRÜNTÜLƏR

Hirkan meşələrində GİZLİ HƏYAT: Fototələlərdən NADİR GÖRÜNTÜLƏRCüyürlərin ehtiyatlı addımları, ayıların meşədə sərbəst dolaşması - bütün bunlar Hirkan Milli Parkı ərazisində quraşdırılmış fototələlərin yaddaşına köçən son görüntülərdir. İnsan gözündən uzaq qalan bu anlar ağaclar üzərində yerləşdirilən xüsusi kameralar vasitəsilə qeydə alınır.

Hər rüb bu cihazların yaddaş kartları yoxlanılır, toplanan materiallar isə mütəxəssislər tərəfindən ətraflı şəkildə təhlil olunur. Lerik, Lənkəran və Astara rayonlarını əhatə edən park ərazisində quraşdırılmış 32 fototələ regionun zəngin biomüxtəlifliyinin izlənməsinə geniş imkan yaradır.

Sonxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu ilin ilk rübündə əldə olunan fototələ görüntülərində maraqlı məqamlar qeydə alınıb. Kadrlarda bəzi heyvan növlərinin sayında artım xüsusilə diqqət çəkir.

Ümumdünya Təbiətin Mühafizəsi Fondunun əməkdaşı Sahil Mikayılov bildirib ki, bəzi hallarda müntəzəm olaraq fototələlərə düşən heyvanlar müəyyən müddət kameralarda görünməyə bilər və bunun müxtəlif səbəbləri olur. Onun sözlərinə görə, artıq doqquz ilə yaxındır ki, Hirkan Milli Parkı ərazisində fototələlər quraşdırılıb. Bu cihazlar vasitəsilə bölgədə yaşayan heyvanların hərəkəti və sayı mütəmadi olaraq izlənilir. Sahil Mikayılov qeyd edib ki, bu il ilk dəfə olaraq fototələlərə bəbir görüntüləri düşməyib və bu hal həmin heyvanların digər ərazilərə miqrasiya etməsi ilə əlaqələndirilir.

Eyni zamanda, Lənkəran bölgəsində aparılan müşahidələr bəzi vəhşi heyvan növlərinin sayında artım olduğunu göstərir. Onun sözlərinə görə, xüsusilə cüyürlərin sayında artım qeydə alınıb:

"Son müşahidələr zamanı bir cüyürün iki balası ilə birlikdə olduğu görüntüləndi. Digər kamera qeydlərində də bu hal təkrarlandı. Bu da Hirkan ərazilərində cüyürlərin sayının artdığını göstərir".

S.Mikayılov əlavə edib ki, artım təkcə cüyürlərlə məhdudlaşmır:

"Tirəndazların, yenotların sayı da çoxalıb. Çaqqalların isə Lənkəran və Lerik bölgələrinin, demək olar ki, əksər ərazilərində artımı müşahidə edilir".

Lerik meşələrində yaşayan vaşaqların uzun fasilədən sonra yenidən fototələlərə düşməsi onların da sayında artımın olduğunu göstərir. Bundan əlavə, bu mövsüm ilk dəfə olaraq bəzi quş növlərinin sürü halında görüntüləri də qeydə alınıb.

"Əvvəllər kəkliklərə tək-tək rast gəlinirdi, amma indi fototələlərə sürü halında düşürlər. Kamera qarşısında hər hansı bir hərəkət olan kimi görüntü qeydə alınır. Bu da bizim üçün maraqlıdır. Hansı heyvan növünün hansı ərazidə artdığını məhz kameralar vasitəsilə müəyyən edirik. Müşahidələr göstərir ki, Astara zonasında ayıların da sayı artmaqdadır".

Qeyd edək ki, Hirkan Milli Parkı Qafqazda üçüncü buzlaşma dövrünü keçirməyən nadir ərazilərdən biridir. Zəngin flora və faunası ilə seçilən bu unikal ekosistem dünyanın ən qiymətli təbiət bölgələrindən hesab olunur. Elə buna görə də "Azərbaycanın Hirkan meşələri" UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib.
Hirkan meşələrində GİZLİ HƏYAT: Fototələlərdən NADİR GÖRÜNTÜLƏRHirkan meşələrində GİZLİ HƏYAT: Fototələlərdən NADİR GÖRÜNTÜLƏRHirkan meşələrində GİZLİ HƏYAT: Fototələlərdən NADİR GÖRÜNTÜLƏRHirkan meşələrində GİZLİ HƏYAT: Fototələlərdən NADİR GÖRÜNTÜLƏRHirkan meşələrində GİZLİ HƏYAT: Fototələlərdən NADİR GÖRÜNTÜLƏRHirkan meşələrində GİZLİ HƏYAT: Fototələlərdən NADİR GÖRÜNTÜLƏRHirkan meşələrində GİZLİ HƏYAT: Fototələlərdən NADİR GÖRÜNTÜLƏRHirkan meşələrində GİZLİ HƏYAT: Fototələlərdən NADİR GÖRÜNTÜLƏRHirkan meşələrində GİZLİ HƏYAT: Fototələlərdən NADİR GÖRÜNTÜLƏRHirkan meşələrində GİZLİ HƏYAT: Fototələlərdən NADİR GÖRÜNTÜLƏRHirkan meşələrində GİZLİ HƏYAT: Fototələlərdən NADİR GÖRÜNTÜLƏRHirkan meşələrində GİZLİ HƏYAT: Fototələlərdən NADİR GÖRÜNTÜLƏR


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 689   Tarix: 04 may 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Məni iki dəfə vurdu, sonra boğdu": Şəmkirdə dəhşətli yanğından əvvəl nə baş verib?

Şəmkir rayonunun Xuluf kəndində baş verən yanğın hadisəsinin təfərrüatı məlum olub. Qaynarinfo "Xəzər" TV-yə istinadla xəbər verir ki, ailədə tez-tez mübahisələr yaranırmış. Ev sahibi Nəzakət İsmayılova iddia edir ki, oğlu Rauf Vəliyev onunla mübahisə edir və ona fiziki təzyiq göstərirmiş:

17 sentyabr
.

AZAL Bakıdan Aktöbəyə ilk reysini həyata keçirib (FOTO)

"Azərbaycan Hava Yolları" (AZAL) QSC Qazaxıstanın Aktobe şəhərini marşrut şəbəkəsinə əlavə edərək bu istiqamət üzrə ilk uçuşunu həyata keçirib. Bu barədə -a səhmdar cəmiyyətindən bildirilib. Yeni marşrutun açılması ilə aviaşirkətin Qazaxıstanda uçuş həyata keçirdiyi şəhərlərin sayı altıya çatıb

17 sentyabr
.

Adil Əmrahlı Allahı və peyğəmbəri təhqir etdi - VİDEO

Sosial şəbəkədə "Adil Black" ləqəbi ilə tanınan Adil Əmrahlı bu dəfə başından bir az da yuxarı "tullanaraq" Allahı və onun rəsulu Məhəmməd peyğəmbəri (s.ə.s.) təhqir edib. xəbər verir ki, A.Əmrahlı ABŞ-də yaşayan "Kolyaka" ləqəbli rusdilli strimerin "TikTok"d

17 sentyabr
.

İş saatlarının dəyişdirilməsi tıxac problemini həll edə biləcək? - AÇIQLAMA

Bakıda nəqliyyat sıxlığının əsas səbəblərindən biri hər gün on minlərlə insanın eyni saatlarda şəhər daxilində hərəkət etməsidir. AYNA da paytaxt və Abşeron yarımadasında xüsusilə eyni saatlarda şəhər mərkəzinə yönələn hərəkətin magistral yollarda ciddi sıxlıq yaratdığını qeyd edir. Bu baxımdan işə başlam

17 sentyabr
.

Bakıda evli kişi 14 yaşlı qızı qaçırdı

Binəqədi Rayon Məhkəməsində 14 yaşına çatmış, lakin 16 yaşına çatmayan şəxsə qarşı seksual xarakterli hərəkətlər etmədə təqsirləndirilən Kərim Kərimovun (adı və soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. -a istinadən xəbər verir ki, hakim Aytəkin İbrahimovanın sədrliyi ilə keçirilə

17 sentyabr
.

Şəhid xanımının faciəli ölümünün səbəbi bilindi - VİDEO

Yevlax sakini, 91 yaşlı Qərənfil Məmmədovanın faciəli ölümünün səbəbi məlum olub. Baku TV-yə istinadla xəbər verir ki, qadın yaşadığı mənzilin pəncərəsindən paltar yığan zaman ayağının altından stul qaçıb və o, aşağı yıxılıb. Yevlax Rayon Mərkəzi Xəstəxanasından verilən məlumata görə, sentyabrın 16-d

17 sentyabr
.

Tahir Gözel bu bankın rəhbəri oldu

"Azərbaycan Sənaye Bankı" ASC-nin Müşahidə Şurasının sədri dəyişib. "APA-Economics"ə istinadən xəbər verir ki, Tahir Gozal bankın Müşahidə Şurasının yeni sədri seçilib. O, bu vəzifədə qardaşı Əhməd Gozalı əvəz edib. Əhməd Gozal 2022-ci ildən "Azərbaycan Sənaye Bankı"nı

18 sentyabr
.

Bakıda kişi arvadını marketdə, autizm​li övladının gözü qarşısında döydü - Video

Bakıda kişi həyat yoldaşını marketdə, autizm​li övladının gözləri qarşısında döyüb. "Qafqazinfo" xəbər verir ki, bu barədə görüntüləri "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova sosial şəbəkə hesabında paylaşıb. "İllərdir həyat yoldaşının zorakılığın

18 sentyabr
.

Bir qadının geyiminə görə onu təhqir etmək İslamın əxlaqına uyğun deyil - İlahiyyatçı

Naxçıvanda "Əshabi-Kəhf" ziyarətgahında çəkilən görüntülər dini məkanlarda davranış qaydaları ilə bağlı müzakirələri yenidən gündəmə gətirib. Belə məkanlarda geyim, foto və video çəkilişi, eləcə də ziyarətgahın müqəddəsliyinə və digər ziyarətçilərə münasibət məsələləri həm dini, həm də eti

18 sentyabr