"Dövlət başçısının da qeyd etdiyi kimi Avropa Parlamenti sülh prosesinə dəstək vermək əvəzinə, ona qarşı sabotajla məşğul olur" - DEPUTAT

"Dövlət başçısının da qeyd etdiyi kimi Avropa Parlamenti sülh prosesinə dəstək vermək əvəzinə, ona qarşı sabotajla məşğul olur" - DEPUTAT"Prezident İlham Əliyevin 2026-cı il 4 may tarixində "Avropa Siyasi Birliyi"nin 8-ci Zirvə toplantısında videobağlantı formatında çıxışı bir daha ölkəmizin liderinin diplomatik gücünü sübut etdi".

Bunu Sonxeber.az-a danışan deputat Cavanşir Paşazadə bildirib.

Deputat qeyd edib ki, Ermənistan "Avropa Siyasi Birliyi"nin Zirvə görüşünün 2028-ci ildə Azərbaycanda keçirilməsini dəstəkləyib:

"Ölkə başçısının söylədiyi kimi prezident Koştanın Azərbaycana iki aydan az vaxt əvvəl etdiyi səfəri zamanı biz Zirvə görüşündə cənab prezident İlham Əliyevin iştirakı müzakirə edildi və razılaşdırıldı ki, o tədbirə videobağlantı formatında qoşulacaq. İlk olaraq dövlət başçısı auditoriyanı məlumatlandırdı ki, bir il öncə Tiranaya səfəri zamanı Prezident Koşta və Prezident Fon der Lyayen Zirvə görüşünün 2026-cı ilin mayında Ermənistanda təşkil olunması ideyasına rəyini soruşanda dəstəkləyib. Həmçinin, tarazlı yanaşmanın saxlanılması üçün növbəti Zirvə görüşlərindən birinin Azərbaycanda keçirilməsi təklifi ilə çıxış etdiyinj də qeyd edib. Təklif qəbul olundu. Beləliklə, mən "Avropa Siyasi Birliyi"nin üzvlərini 2028-ci ilin mayında Azərbaycanda keçiriləcək Zirvə görüşünə dəvət edirəm. Yeri gəlmişkən, Ermənistan, həmçinin namizədliyimizi dəstəklədi. Bu, Azərbaycan ilə Ermənistan arasında sülhün real olmasının aydın göstəricisidir. Biz cəmi doqquz aydır ki, sülh şəraitindəyik və sülhdə yaşamağı öyrənirik.

Sülhün əldə olunması faktı əsasında Azərbaycan ərazisi vasitəsilə Ermənistana 28 min ton yük çatdırılıb.
Ötən ilin avqustunda Vaşinqtonda, Ağ Evdə Ermənistan və Azərbaycan liderləri Birgə Bəyannamə imzaladılar. Prezident Tramp, artıq qeyd edildiyi kimi, həmçinin şahid kimi imza atdı. Ermənistanın və Azərbaycanın xarici işlər nazirləri sülh sazişinin mətnini parafladılar. Bizim üçün və əminəm ki, ermənistanlı həmkarlarımız üçün sülh qurulub. Sülhün əldə olunması faktı əsasında Azərbaycan 1990-cı illərin əvvəlindən Ermənistana tətbiq edilən bütün tranzit məhdudiyyətlərini birtərəfli qaydada aradan qaldırdı. İndiyə qədər Ermənistana Azərbaycan ərazisi vasitəsilə 28 min ton yük çatdırılıb. Azərbaycan hətta əlavə addımlar atdı. Biz ilk dəfə olaraq öz neft məhsullarımızı - benzin və dizeli Ermənistana təchiz etməyə başladıq. Beləliklə, ticarət münasibətləri başladı. Bu vaxta qədər 12 min ton neft məhsullarımız Ermənistana ixrac edilib.

Təəssüflər olsun ki, Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyası Ermənistan-Azərbaycan sülh prosesində konstruktiv mövqe sərgiləmir və ikili standartlar nümayiş etdirirlər. Sülh sahəsində digər nailiyyət bağlantılardır. "Trampın Beynəlxalq Sülh və Rifah Maşrutu" Azərbaycanı öz eksklavı Naxçıvanla birləşdirəcək və bununla yanaşı, o, Orta Dəhlizin bir hissəsinə çevriləcək. Həm Ermənistan, həm Azərbaycan sülhün əyani nəticələrini artıq görürlər. Bu fürsətdən istifadə edərək, mən Ermənistan-Azərbaycan sülh prosesində tutduğu mövqeyə görə Avropa Komissiyasına təşəkkürümü bildirmək istəyirəm.Lakin əfsuslar olsun ki, heç də bütün Avropa təsisatları eyni yanaşmanı sərgiləmir. Onlardan biri Avropa Parlamenti, digəri isə Avropa Şurası Parlament Assambleyasıdır (AŞPA).
Azərbaycan 2001-ci ilin yanvarından Avropa Şurasının üzvüdür. Yeri gəlmişkən, mən o vaxt parlament üzvü və Azərbaycanın nümayəndə heyətinin rəhbəri kimi AŞPA-nın fəal üzvlərindən biri idim. Nümayəndə heyətimizə 2024-cü ilin yanvarına qədər Avropa Şurasında heç zaman məhdudiyyətlər tətbiq edilməmişdi. 2023-cü ilin sentyabrında Azərbaycan Qarabağda separatçılığa son qoydu. Biz BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi və 30 il kağız üzərində qalan 4 qətnaməsini özümüz icra etdik. Dörd ay sonra AŞPA nümayəndə heyətimizə sanksiyalar tətbiq etdi. Əfsuslar olsun ki, ikili standartlar bu gün sanki AŞPA-nın iş təlimatıdır. Azərbaycanın ərazi bütövlüyü istənilən digər ölkənin ərazi bütövlüyü qədər eyni dəyərə malikdir. Bu məsələdə ikili standartlar qəbuledilməzdir".

Deputat vurğulayıb ki, Avropa Parlamenti ksenofobiya, islamofobiya, anti-semitizm, miqrasiya, rəqabətçilik, evsiz insanların məsələsi kimi fundamental problemləri həll etmək əvəzinə, böhtan və yalan yayaraq Azərbaycanı hədəfə alır:

"İndi isə Avropa Parlamentini götürək. Cənab prezident İlham Əliyevin qeyd etdiyi kimi bu qurum sülh prosesinə dəstək vermək əvəzinə, ona qarşı sabotajla məşğul olur. İkinci Qarabağ müharibəsi bitdikdən cəmi altı ay sonra - 2021-ci ilin mayından 2026-cı ilin aprelin 30-na qədər Avropa Parlamenti Azərbaycanla bağlı təhqir və yalanlarla dolu 14 qətnamə qəbul edib. Sadəcə, təsəvvür edin: beş il ərzində 14 qətnamə aludəçilikdir. Ən sonuncusu cəmi dörd gün əvvəl - bilərəkdən Zirvə görüşü ərəfəsində qəbul edildi. Avropa Parlamenti ksenofobiya, islamofobiya, anti-semitizm, miqrasiya, rəqabətçilik, evsiz insanların məsələsi kimi fundamental problemləri həll etmək əvəzinə, böhtan və yalan yayaraq Azərbaycanı hədəfə alır. Səbəb isə odur ki, Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa edib, separatçılığa son qoyub və müharibə cinayətkarlarını ədalət mühakiməsinə cəlb edib. Cavab olaraq Azərbaycan parlamenti mayın 1-də Avropa Parlamenti ilə bütün sahələrdə əməkdaşlığı dayandırmaq, Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlığı Komitəsinin işində iştirakına son qoymaq və Avronest Parlament Assambleyasında üzvlüyün dayandırılmasına aid prosedurlara başlamaqla bağlı rəsmi qərar qəbul edib. Nəzərə alsaq ki, "Avropa Siyasi Birliyi"nin Zirvə görüşlərində biz öz fikirlərimizlə və narahatlıq doğuran məsələlərlə açıq şəkildə mübadilə edirik, mən, sadəcə, bu halda baş verənlər barədə həmkarlarımızı məlumatlandırmaq istədim ki, son qərarla bağlı səhv informasiya və manipulyasiya olmasın.Sülh prosesinə mane olmaq istəyən tərəflərin bütün səylərinə baxmayaraq, Azərbaycan sülh gündəliyinə sadiqdir".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 398   Tarix: 04 may 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Məni iki dəfə vurdu, sonra boğdu": Şəmkirdə dəhşətli yanğından əvvəl nə baş verib?

Şəmkir rayonunun Xuluf kəndində baş verən yanğın hadisəsinin təfərrüatı məlum olub. Qaynarinfo "Xəzər" TV-yə istinadla xəbər verir ki, ailədə tez-tez mübahisələr yaranırmış. Ev sahibi Nəzakət İsmayılova iddia edir ki, oğlu Rauf Vəliyev onunla mübahisə edir və ona fiziki təzyiq göstərirmiş:

17 sentyabr
.

AZAL Bakıdan Aktöbəyə ilk reysini həyata keçirib (FOTO)

"Azərbaycan Hava Yolları" (AZAL) QSC Qazaxıstanın Aktobe şəhərini marşrut şəbəkəsinə əlavə edərək bu istiqamət üzrə ilk uçuşunu həyata keçirib. Bu barədə -a səhmdar cəmiyyətindən bildirilib. Yeni marşrutun açılması ilə aviaşirkətin Qazaxıstanda uçuş həyata keçirdiyi şəhərlərin sayı altıya çatıb

17 sentyabr
.

Adil Əmrahlı Allahı və peyğəmbəri təhqir etdi - VİDEO

Sosial şəbəkədə "Adil Black" ləqəbi ilə tanınan Adil Əmrahlı bu dəfə başından bir az da yuxarı "tullanaraq" Allahı və onun rəsulu Məhəmməd peyğəmbəri (s.ə.s.) təhqir edib. xəbər verir ki, A.Əmrahlı ABŞ-də yaşayan "Kolyaka" ləqəbli rusdilli strimerin "TikTok"d

17 sentyabr
.

İş saatlarının dəyişdirilməsi tıxac problemini həll edə biləcək? - AÇIQLAMA

Bakıda nəqliyyat sıxlığının əsas səbəblərindən biri hər gün on minlərlə insanın eyni saatlarda şəhər daxilində hərəkət etməsidir. AYNA da paytaxt və Abşeron yarımadasında xüsusilə eyni saatlarda şəhər mərkəzinə yönələn hərəkətin magistral yollarda ciddi sıxlıq yaratdığını qeyd edir. Bu baxımdan işə başlam

17 sentyabr
.

Bakıda evli kişi 14 yaşlı qızı qaçırdı

Binəqədi Rayon Məhkəməsində 14 yaşına çatmış, lakin 16 yaşına çatmayan şəxsə qarşı seksual xarakterli hərəkətlər etmədə təqsirləndirilən Kərim Kərimovun (adı və soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. -a istinadən xəbər verir ki, hakim Aytəkin İbrahimovanın sədrliyi ilə keçirilə

17 sentyabr
.

Şəhid xanımının faciəli ölümünün səbəbi bilindi - VİDEO

Yevlax sakini, 91 yaşlı Qərənfil Məmmədovanın faciəli ölümünün səbəbi məlum olub. Baku TV-yə istinadla xəbər verir ki, qadın yaşadığı mənzilin pəncərəsindən paltar yığan zaman ayağının altından stul qaçıb və o, aşağı yıxılıb. Yevlax Rayon Mərkəzi Xəstəxanasından verilən məlumata görə, sentyabrın 16-d

17 sentyabr
.

Tahir Gözel bu bankın rəhbəri oldu

"Azərbaycan Sənaye Bankı" ASC-nin Müşahidə Şurasının sədri dəyişib. "APA-Economics"ə istinadən xəbər verir ki, Tahir Gozal bankın Müşahidə Şurasının yeni sədri seçilib. O, bu vəzifədə qardaşı Əhməd Gozalı əvəz edib. Əhməd Gozal 2022-ci ildən "Azərbaycan Sənaye Bankı"nı

18 sentyabr
.

Bakıda kişi arvadını marketdə, autizm​li övladının gözü qarşısında döydü - Video

Bakıda kişi həyat yoldaşını marketdə, autizm​li övladının gözləri qarşısında döyüb. "Qafqazinfo" xəbər verir ki, bu barədə görüntüləri "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova sosial şəbəkə hesabında paylaşıb. "İllərdir həyat yoldaşının zorakılığın

18 sentyabr
.

Bir qadının geyiminə görə onu təhqir etmək İslamın əxlaqına uyğun deyil - İlahiyyatçı

Naxçıvanda "Əshabi-Kəhf" ziyarətgahında çəkilən görüntülər dini məkanlarda davranış qaydaları ilə bağlı müzakirələri yenidən gündəmə gətirib. Belə məkanlarda geyim, foto və video çəkilişi, eləcə də ziyarətgahın müqəddəsliyinə və digər ziyarətçilərə münasibət məsələləri həm dini, həm də eti

18 sentyabr