"2025-ci ildə Azərbaycandan rekord sayda kənd təsərrüfatı məhsulları dünya bazarına ixrac olunub" - Qoşqar Təhməzli

"2025-ci ildə Azərbaycandan rekord sayda kənd təsərrüfatı məhsulları dünya bazarına ixrac olunub" - Qoşqar TəhməzliÖtən il Azərbaycandan 914 min ton bitkiçilik məhsulları ixrac edilib.

Sonxeber.az xəbər verir ki, bunu Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) dədri Qoşqar Təhməzli bu gün Bakı Ekspo Mərkəzində işə başlamış Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi ("Caspian Agro") və 31-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisinin ("InterFood Azerbaijan") açılışında deyib.

O bildirib ki, hazırda Azərbaycan istehsalı olan qida və kənd təsərrüfatı məhsulları dünyanın 73 müxtəlif ölkəsinə çatdırılır: "2025-ci ildə Azərbaycandan rekord sayda kənd təsərrüfatı məhsulları dünya bazarına ixrac olunub, bu təqribən 914 min ton bitkiçilik məhsullarını özündə ehtiva edirdi. Biz elə beynəlxalq standartlar formalaşdırmalıyıq ki, ixrac edilən məhsulların göstəriciləri dünyanın istənilən bazarlarında özünə yer tapa bilsin. Qida təhlükəsizliyinin ən əsas kənd təsərrüfatına və qida sənayesi sektoruna verə biləcəyi töhfə bundan ibarətdir. Bu məqsədlə də hazırda ölkədə ən vacib məsələlərdən biri heyvan sağlamlığının təmin olunmasıdır".

AQTA sədri qeyd edib ki, Azərbaycanın əldə etdiyi mühüm nailiyyətlər artıq konkret nəticələr verir: "İki nümunəni göstərə bilərəm ki, bizim Azərbaycanın quş qripindən və xırdabuynuzlu heyvanların taunundan azad ölkə statusunu əldə etməyi o sahədə olan məhsulların dünyanın bir sıra ölkələrinə ixrac olunmasına gətirib çıxarıb. Artıq bizim quşçuluq məhsulları, eyni zamanda həm damazlıq, həm də bu ərzaq üçün nəzərdə tutulan yumurtaların dünyanın müxtəlif ölkələrinə ixracı həyata keçirilir. Eyni məsələni akvakulturalarda yetişdirilən balıqlar və kürü məhsulları haqqında, həmçinin bir sıra digər heyvan məhsulları haqqında deyə bilərik".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 750   Tarix: 05 may 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"20 Yanvar"da qəza - Motosikletçi öldü

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib. APA-ya istinadən xəbər verir ki, hadisə metronun "20 Yanvar" stansiyasının yaxınlığında qeydə alınıb. Hadisə zamanı avtomobil motosikletlə toqquşub. Nəticədə motosikleti idarə edən şəxs hadisə yerində ölüb

17 noyabr
.

Bakcell gənclər üçün növbəti süni intellekt hakatonunu keçirib

Bakcell gənclərin texnoloji bacarıqlarının inkişafına yönəlmiş hakatonlar silsiləsini davam etdirir. Bu dəfə Peerstack Academy tələbələri süni intellekt üzrə keçirilən hakatonda bir araya gəliblər. Hakaton çərçivəsində iştirakçılar telekommunikasiya sahəsi üçün süni intellekt dəstəkli məhsullar hazırlayıblar

18 noyabr
.

Güclü küləkdə paytaxtda 32 ağac sınıb - Fotolar

Noyabrın 15-i axşam saatlarından başlayaraq paytaxtda əsən güclü külək nəticəsində ümumilikdə 32 ağac sınıb, 36 ağacın isə budaqları qırılıb. xəbər verir ki, bu barədə Baki Şəhər İcra Hakimiyyətinin (BŞİH) Mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda ötən gündən etibarən müşahidə olunan gücl

16 noyabr
.

Ev sahibi kirayəçini məhkəmə qərarı olmadan evdən çıxara bilərmi? - Qanun nə deyir? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

Kirayə münasibətlərində ev sahibi ilə kirayəçi arasında yaranan mübahisələrdən biri də mənzilin boşaldılması tələbi ilə bağlıdır. Bəzi hallarda ev sahibləri kirayə haqqının gecikdirilməsini, müqavilə müddətinin başa çatmasını və ya mənzilə özlərinin ehtiyac duymasını əsas gətirərək kirayəçidən evi qıs

17 noyabr
.

Muxtar Maniyevin oğlu vəzifədən azad olundu

10 ay əvvəl Müdafiə Nazirliyinin Mətbuat və ictimaiyyətlə əlaqələr idarəsinin rəis müavini təyin edilmiş polkovnik Tural Maniyev vəzifəsindən azad edilib. Axşam.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə müvafiq Əmr imzalanıb. Polkovnik Maniyev ehtiyata buraxılıb. Qeyd edək ki, Tura

18 noyabr
.

Saatlıq əməkhaqqı sistemi tətbiq ediləcək

Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq ediləcək. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən Əmək Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən, aşağıdakı hallardan biri olduqda saatlıq əməkhaqqı müəyyən ediləcək:

17 noyabr
.

Şəmkirdə meyiti tapılanlarla bağlı - Yeni detallar

Ötən gün Şəmkirdə evdə iki nəfərin meyitinin tapılması ilə bağlı bəzi təfərrüatlar üzə çıxıb. "Qafqazinfo" xəbər verir ki, ilkin araşdırmalar zamanı rayonun Varlı Həyat kəndində 1968-ci il təvəllüdlü Rəfi Mustafayevin özünə məxsus evdə qeyri-rəsmi münasibətdə yaşadığı qadını qətlə yetirməsin

17 noyabr
.

Evə buraxılan qadın xəstəxana həyətində öldü

Bakıda 65 yaşlı qadın xəstəxananın həyətində vəfat edib. "Qafqazinfo" xəbər verir ki, hadisə Sabunçu rayonunda baş verib. Noyabrın 15-i saat 16 radələrində Maştağa qəsəbə sakini 1961-ci il təvəllüdlü Mətanət Ağasəlim qızı Məlikova qidadan (turşudan) zəhərlənərək xəstəxanaya yerləşdirilib. On

17 noyabr
.

Bu hərbçilərin həyat yoldaşlarına müavinət ödənilməsi təklif olunur

Yeni xidmət yerinə köçən hərbçilərin həyat yoldaşlarına minimum əməkhaqqı məbləğində müavinət ödənilməsi təklif olunur. Bunu APA-ya açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev bildirib. Arzu Nağıyev deyib ki, bununla bağlı "Hərb

17 noyabr