Paytaxtın abad məhəllələrində basketbol yarışları başa çatıb
Bakı Şəhər İcra Hakimiyyəti, Regional İnkişaf İctimai Birliyi və Bakı Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunan Bakı şəhər rayonlarını əhatə edən məhəllələrarası 3x3 basketbol turnirinə yekun vurulub.
2011-2012-ci il təvəllüdlü yeniyetmələr arasında keçirilən, rayon və şəhər olmaqla 2 mərhələdən ibarət olan turnirin keçirilməsində əsas məqsədi yeniyetmə və gənclərdə idmana marağın artırılması, onlara sağlam həyat tərzinin təbliği, eyni zamanda gündəlik fəaliyyətlərini daha səmərəli qurmalarına dəstək olmaqdır.
Heydər Əliyev Fondunun Vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə paytaxtın qəsəbə və yaşayış məntəqələrində həyata keçirilən "Bizim həyət" layihəsi çərçivəsində yaradılan abad məhəllələrdəki stadionlarda təşkil edilən yarışlar olimpia sistemi üzrə keçirilib və yarışda ümumilikdə 600-ə yaxın gənc idmançının yer aldığı 120 komanda iştirak edib.
Final oyununun əvvəlində populyar müğənnilər Çinarə Məlikzadə və İlhamə Qasımova idmançılar və tədbir iştirakçıları qarşısında çıxış edərək öz ifaları ilə gənc basketbolçuları qələbəyə səsləyiblər.
Respublika səviyyəli hakimlərin iştirakı ilə təşkil edilən turnirə mayın 5-də final oyunları ilə yekun vurulub. Final oyununda Nizami rayonunun basketbolçuları Binəqədi rayonunun komandası ilə görüşüblər. 16 - 13 hesabı ilə qalib gələn Nizami rayonunun komandası turnirin qalibi olub.
3-cü yeri Yasamal rayonunun komandası tutub.
Turnirin qalibləri kubok, diplom, medallar və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.













Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 473 Tarix: 05 may 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Şəhid atası vəfat etdi - Foto
Vətən müharibəsi şəhidi Elnur Məmmədovun atası İsrafil Məmmədov vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bir müddət əvvəl səhhətində ciddi problem yaranan şəhid atası Gəncədə həyatını itirib. Mərhum Gəncənin Köhnə Səbiskar qəbiristanlığında dəfn olunub. Qeyd edək ki, E. Məmmədov Kəlbəcər rayonunu
17 sentyabrYağış yağacaq, şimşək çaxacaq - Xəbərdarlıq
Sentyabrın 19-20-də Azərbaycanın bəzi dağlıq və dağətəyi rayonlarında fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəy
18 sentyabrŞahin Hüseynli vəzifələrindən azad edildi - FOTO
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin İnformasiya şöbəsinin müdir müavini, Rəqəmsallaşdırma sektorunun müdiri vəzifələrindən azad edilib. -ın əldə etdiyi məlumatına görə, Şahin Hüseynli öz ərizəsi ilə işdən çıxıb. Ş.Hüseynli 2025-ci ildə həmin vəzifələrə təyin olunub. O, yen
18 sentyabrMetro istifadəçilərinə ŞAD XƏBƏR - Tarix açıqlandı
"AZCON Holding" şirkətlərindən olan "Bakı Metropoliteni" QSC-nin "qırmızı xətti"nin "Həzi Aslanov" stansiyasının dalanında əsaslı təmir və yenidənqurma işlərində son mərhələ başlanıb. xəbər verir ki, yenidənqurma işləri təxminən 280 metrlik sahədə üç mərhələ üzr
17 sentyabrŞəxsiyyət vəsiqəsində ANA ADI yazılmalıdır? - AÇIQLAMA
Hazırda şəxsiyyət vəsiqəsində valideynlərə dair məlumatların necə əks etdirilməsi məsələsi cəmiyyətdə müzakirə olunan mövzulardan biridir. Həm ata, həm də ana adının sənəddə göstərilməsi uşağın hər iki valideyni ilə bağlı məlumatların eyni formada təqdim olunması baxımından yeni yanaşma kimi qiymətləndiril
17 sentyabrAZAL Bakıdan Aktöbəyə ilk reysini həyata keçirib (FOTO)
"Azərbaycan Hava Yolları" (AZAL) QSC Qazaxıstanın Aktobe şəhərini marşrut şəbəkəsinə əlavə edərək bu istiqamət üzrə ilk uçuşunu həyata keçirib. Bu barədə -a səhmdar cəmiyyətindən bildirilib. Yeni marşrutun açılması ilə aviaşirkətin Qazaxıstanda uçuş həyata keçirdiyi şəhərlərin sayı altıya çatıb
17 sentyabr