"İtaliya Azərbaycanın ərazi bütövlüyünə hörmət göstərən, regionda sabitliyi dəstəkləyən ölkələr sırasında yer alır" - Bəhruz Quliyev
"Azərbaycan - İtaliya münasibətləri artıq diplomatik əlaqələr çərçivəsindən çıxaraq strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Azərbaycan ilə İtaliya arasında formalaşan qarşılıqlı etimad həm siyasi, həm iqtisadi, həm də enerji təhlükəsizliyi baxımından Avropa məkanında mühüm əhəmiyyət daşıyır."
Bu fikirləri Sonxeber.az#a Səs qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev deyib.
Ekspert qeyd edib ki, bu gün İtaliya Azərbaycanın Avropadakı ən etibarlı tərəfdaşlarından biri, Azərbaycan isə İtaliyanın enerji təhlükəsizliyində mühüm rol oynayan ölkələrdən biridir:
"Xüsusilə, neft, qaz təchizatı, nəqliyyat-logistika marşrutları, investisiya layihələri və sənaye əməkdaşlığı iki ölkə arasındakı əlaqələri daha da gücləndirir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev də İtaliyanın baş nazirinin Azərbaycana səfəri çərçivəsində İtaliyanın ölkəmizin əsas ticarət tərəfdaşlarından biri olduğunu vurğuladı.
"Düşünürəm ki, Azərbaycan-İtalya əməkdaşlığı emosiyalara deyil, real maraqlara, qarşılıqlı hörmətə və uzunmüddətli strateji baxışa söykənir. Bu isə müasir beynəlxalq münasibətlər sistemində ən yaxşı nümunələrdən biridir.
İtaliya Azərbaycanın ərazi bütövlüyünə hörmət göstərən, regionda sabitliyi dəstəkləyən ölkələr sırasında yer alır.
Hesab edirəm ki, Giorgia Meloninin Bakıya səfəri çərçivəsində hər iki tərəfdən verilən mesajlar qarşıdakı dövrdə yeni investisiyalar, sənaye əməkdaşlığı, Qarabağda bərpa layihələri və humanitar sahələrdə də münasibətlərin daha sürətli inkişafından xəbər verir. Nəzərə alsaq ki, İtaliya Avropanın mühüm ölkəsidir, bu qənaətə gəlmək olar ki, bundan sonra Avropa ilə Cənubi Qafqaz arasında etibarlı körpü rolunu oynayacaq,"-deyə, B.Quliyev əlavə edib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 677 Tarix: 05 may 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Şəhid atası vəfat etdi - Foto
Vətən müharibəsi şəhidi Elnur Məmmədovun atası İsrafil Məmmədov vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bir müddət əvvəl səhhətində ciddi problem yaranan şəhid atası Gəncədə həyatını itirib. Mərhum Gəncənin Köhnə Səbiskar qəbiristanlığında dəfn olunub. Qeyd edək ki, E. Məmmədov Kəlbəcər rayonunu
17 sentyabrYağış yağacaq, şimşək çaxacaq - Xəbərdarlıq
Sentyabrın 19-20-də Azərbaycanın bəzi dağlıq və dağətəyi rayonlarında fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəy
18 sentyabrŞahin Hüseynli vəzifələrindən azad edildi - FOTO
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin İnformasiya şöbəsinin müdir müavini, Rəqəmsallaşdırma sektorunun müdiri vəzifələrindən azad edilib. -ın əldə etdiyi məlumatına görə, Şahin Hüseynli öz ərizəsi ilə işdən çıxıb. Ş.Hüseynli 2025-ci ildə həmin vəzifələrə təyin olunub. O, yen
18 sentyabrMetro istifadəçilərinə ŞAD XƏBƏR - Tarix açıqlandı
"AZCON Holding" şirkətlərindən olan "Bakı Metropoliteni" QSC-nin "qırmızı xətti"nin "Həzi Aslanov" stansiyasının dalanında əsaslı təmir və yenidənqurma işlərində son mərhələ başlanıb. xəbər verir ki, yenidənqurma işləri təxminən 280 metrlik sahədə üç mərhələ üzr
17 sentyabrŞəxsiyyət vəsiqəsində ANA ADI yazılmalıdır? - AÇIQLAMA
Hazırda şəxsiyyət vəsiqəsində valideynlərə dair məlumatların necə əks etdirilməsi məsələsi cəmiyyətdə müzakirə olunan mövzulardan biridir. Həm ata, həm də ana adının sənəddə göstərilməsi uşağın hər iki valideyni ilə bağlı məlumatların eyni formada təqdim olunması baxımından yeni yanaşma kimi qiymətləndiril
17 sentyabrAZAL Bakıdan Aktöbəyə ilk reysini həyata keçirib (FOTO)
"Azərbaycan Hava Yolları" (AZAL) QSC Qazaxıstanın Aktobe şəhərini marşrut şəbəkəsinə əlavə edərək bu istiqamət üzrə ilk uçuşunu həyata keçirib. Bu barədə -a səhmdar cəmiyyətindən bildirilib. Yeni marşrutun açılması ilə aviaşirkətin Qazaxıstanda uçuş həyata keçirdiyi şəhərlərin sayı altıya çatıb
17 sentyabr