Azərbaycan-İtaliya münasibətləri yalnız ikitərəfli deyil, Avropa miqyasında strateji əhəmiyyət daşıyır
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ilə İtaliya Respublikası Nazirlər Şurasının sədri cənab Ciorcia Meloni arasında Bakıda keçirilmiş görüş Azərbaycan-İtaliya münasibətlərinin mahiyyətini, prioritet istiqamətlərini və regional kontekstdə əhəmiyyətini əhatə edən geniş və rəsmi xarakterli bir tədbir idi.
Görüş sonrası Ölkə Başçısı cənab İlham Əliyev bəyənatla çıxış edərək, Azərbaycan ilə İtaliya arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsində olmasını və bu faktın hələ 2014 və 2020-ci illərdə imzalanmış müvafiq sənədlərlə təsbit olunduğunu vurğulamışdır. Bu sənədlər formal xarakter daşımır, əksinə, real əməkdaşlıqla müşayiət olunur. İki ölkə arasında siyasi dialoq ən yüksək səviyyədədir və qarşılıqlı etimad və dostluq münasibətləri möhkəmlənməkdədir.
İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşıdır və bu əməkdaşlıq davamlı şəkildə genişlənir. İki ölkə arasında münasibətlərin inkişafı nəticəsində ticarət dövriyyəsi milyardlarla dollar səviyyəsinə çatmışdır. Azərbaycan İtaliyanın enerji təminatında mühüm rol oynayır, həmçinin İtaliya bazarı Azərbaycan ixracı üçün əsas istiqamətlərdən biri hesab olunur. Bu müsbət hallar, ölkələrarası iqtisadi münasibətlərin strateji xarakter daşımasının göstəricisidir.
Azərbaycan və İtaliyanın enerji sahəsində əməkdaşlığı da xüsusi nəzərə çarpan səviyyədə inkişaf etmişdir. Belə ki, ölkəmiz Avropanın enerji təhlükəsizliyində mühüm tərəfdaşdır və İtaliya bu əməkdaşlıqda əsas giriş nöqtələrindən biridir. Həmçinin enerji layihələri (xüsusilə qaz ixracı) iki ölkəni daha da yaxınlaşdırır. Bu kontekstdə Azərbaycan Avropa ilə Asiya arasında enerji körpüsü rolunu oynayır və Etibarlı təchizatçı kimi mövqeyini gücləndirir.
Azərbaycan İtaliyanın neft təchizatında ikinci yerdədir, qaz təchizatında da ikinci yerdədir. Belə ki, İtaliya bazarı həm neft, həm qaz üzrə birinci dərəcəli əhəmiyyət daşıyır. Ötən il Azərbaycan 25 milyard kubmetr təbii qaz ixrac edib, onun 9,5 milyardı İtaliya bazarına ixrac olunmuşdur.
Məlumdur ki, dünyada artan qeyri-sabitlik fonunda etibarlı tərəfdaşlıqlar daha da önəmli olur. Azərbaycan-İtaliya əlaqələri belə sabit və etibarlı münasibətlərə nümunədir. Bu, xüsusilə, yaxın Şərq və regiondakı gərginliklər və Avropanın enerji təhlükəsizliyi məsələləri ilə əlaqəlidir.
Hazırda İtaliyanın 130-a yaxın şirkəti Azərbaycanda fəaliyyət göstərir. İstəyirəm ki, onların sayı daha da çox olsun. O cümlədən işğaldan azad edilmiş Qarabağda və Şərqi Zəngəzurda İtaliya şirkətləri 23 layihə həyata keçirib və həyata keçirir. Xarici ölkələrin şirkətlərinə baxdıqda bu layihələrin icrasında İtaliya yenə qabaqcıl yerlərdədir.
İtaliya Respublikası Nazirlər Şurasının sədri cənab Ciorcia Meloninin Azərbaycana səfəri ölkələrimizin münasibətlərin dərinliyini nümayiş etdirməklə yanaşı, strateji əməkdaşlığın inkişafına yeni impuls verəcəkdir. Bu səfərin əsas perspektivləri isə ölkələrarası enerji və nəqliyyat layihələrinin genişləndirilməsi, infrastruktur və investisiya sahəsində əməkdaşlığın yüksəlməsi, regional sabitlik və təhlükəsizlik məsələlərində koordinasiyanın güclənməsi və humanitar və mədəni əlaqələrin inkişafına böyük töhfə verəcəkdir.
Azərbaycanda təhsilin inkişafına bu universitetin çox böyük təsiri və töhfəsi olacaq. Bizə verilən məlumata görə, artıq 500-dən çox tələbə orada təhsil alır və gələcəkdə onlar həm peşəkar mütəxəssislər, həm də ki, Azərbaycanın İtaliyada və İtaliyanın Azərbaycanda təbii elçiləri olacaqlar.
Azərbaycan-İtaliya münasibətləri yalnız ikitərəfli deyil, Avropa miqyasında strateji əhəmiyyət daşıyır, eyni zamanda əməkdaşlığın mərkəzində enerji, iqtisadiyyat və geosiyasi sabitlik dayanır. Bu səfər həm də iki ölkə arasında tərəfdaşlığın yeni mərhələyə keçdiyini təsdiqləyir
Milli Məclisin deputatı
Pərvanə Vəliyeva
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bu şəxslər ali təhsili olsa belə 18 aylıq hərbi xidmət keçməlidir - AÇIQLAMA
Nigar Fərhad haqda qərar verildi - Şikayətçilər artır
1,5 metrlik nəhəng balıq bazarda satışa çıxarıldı - görənlər təəccübləndi - VİDEO
Şamaxıda "Pirqulu Park" hotelinin açılışı olub - FOTO
Adil Əmrahlı Allahı və peyğəmbəri təhqir etdi - VİDEO
13 yaşlı qızla görüşmək üçün 14 saat yol getdi, evə çatanda polislə qarşılaşdı - VİDEO
El-Nino bu qış hava şəraitinə təsir göstərə bilər - Qar az olacaq
Mobil nömrə istifadədən çıxarılıb başqa şəxslərə satıldıqda təhlükəsizlik necə qorunur? - AÇIQLAMA
Nəcməddin Sadıkova 21 minlik armudu stəkan alan - Polkovnikin məhkəməsi başladı
Bir qadının geyiminə görə onu təhqir etmək İslamın əxlaqına uyğun deyil - İlahiyyatçı
Prezident Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub - FOTO
Şəhid xanımının faciəli ölümünün səbəbi bilindi - VİDEO
Prezidentlə xanımı Şamaxıya getdi - Fotolar
Düyünü bişirəndə bunu əlavə edin: Dənə-dənə və ətirli alınacaq
Bakıda 13 yaşlı qız hamilə qaldı, əməldə zorakılıq olmaması müəyyən edildi