Mərkəzi Nəbatat bağında gənc rəssamların sərgisi keçirildi - Fotolar
Son illər ölkə başısı İlham Əliyevin diqqət və qayğısı sayəsində Bakının yeni istirahət parklari ilə zənginləşdirilməsinə, paytaxtımızın yaşıllıqlar şəhərinə çevrilməsinə çox böyük önəm verilir. Qlobal ekoloji böhran fonunda şəhərlərin qədimliyinin qorunması ilə yanaşı, müasirləşməsi və ətraf mühitin qorunması, problemlərin həlli istiqamətində paytaxtda genişmiqyaslı tədbirlər görülür.
Sonxeber.az xəbər verir ki, bu qəbildən paytaxtımızın mərkəzində əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilmiş Mərkəzi Nəbatat bağı şəhər sakinləri və qonaqların sevimli gəzinti və istirahət məkanına çevrilib.
Burada təşkil edilən kütləvi tədbir və ekskursiyalar parkı insanlar üçün daha cəlbedici edir.
Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103 illiyi ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyətinin humanitar şöbəsi, Azərbaycan Rəssamlıq Akademiyası və Mərkəzi Nəbatat Bağınin birgə təşkil etdiyi "Mən fəxr edirəm ki, Azərbaycanlıyam" mövzusunda sərgi-müsabiqə Ulu Öndərin əziz xatirəsinə həsr edilib.
Tədbirin əvvəlində Azərbaycan Dövlət Filarmoniyasının orkestrinin ifasında konsert proqramı təqdim edilib.
Rəssamlıq Akademiyasının müəllim və tələbələri, gənc rəssamlar, ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən sərgidə Akademiyanın 25 tələbəsinin rəsm, heykəltəraşlıq və xalçaçılıq işləri nümayiş etdirilib.
Tədbir iştirakçıları qarşısında çıxış edən Bakı Şəhər İcra Hakimiyyətinin şöbə müdiri Elmin İmanov, Mərkəzi Nəbatat Bağının direktoru Əli Cəfərov, Rəssamlıq Akademiyasının prorektoru, Xalq rəssamı Səlhab Məmmədov, Akademiyanın tələbəsi Aygün Xanalıyeva sərgi-müsabiqənin əhəmiyyəti, onun gənc rəssamlar arasında maraqla qarşılanması, yeniyetmə və gənclərdə incəsənətin müxtəlif növlərinə olan marağın artmasında böyük rol oynadığını bildiriblər.
Sərgidə nümayiş etdirilən rəsm, heykəltəraşlıq və xalçaçılıq əsərləri Azərbaycan Rəssamlıq Akademiyasının münsiflər heyəti tərəfindən qiymətləndirilib və ilk üç yerin qalibləri müəyyənləşdirilib. Cahan Musayeva birinci yerə, Aydan Qurbanova ikinci yerə və Nərmin Nadirova üçüncü yerə layiq görülüblər.
Sərginin qaliblərinə pul mükafatları və sertifikatlar, digər iştirakçılara həvəsləndirici hədiyyələr təqdim edilib.













Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bu şəxslər ali təhsili olsa belə 18 aylıq hərbi xidmət keçməlidir - AÇIQLAMA
Nigar Fərhad haqda qərar verildi - Şikayətçilər artır
1,5 metrlik nəhəng balıq bazarda satışa çıxarıldı - görənlər təəccübləndi - VİDEO
Şamaxıda "Pirqulu Park" hotelinin açılışı olub - FOTO
Adil Əmrahlı Allahı və peyğəmbəri təhqir etdi - VİDEO
13 yaşlı qızla görüşmək üçün 14 saat yol getdi, evə çatanda polislə qarşılaşdı - VİDEO
El-Nino bu qış hava şəraitinə təsir göstərə bilər - Qar az olacaq
Nəcməddin Sadıkova 21 minlik armudu stəkan alan - Polkovnikin məhkəməsi başladı
Bir qadının geyiminə görə onu təhqir etmək İslamın əxlaqına uyğun deyil - İlahiyyatçı
Prezident Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub - FOTO
Şəhid xanımının faciəli ölümünün səbəbi bilindi - VİDEO
Prezidentlə xanımı Şamaxıya getdi - Fotolar
Düyünü bişirəndə bunu əlavə edin: Dənə-dənə və ətirli alınacaq
Bakıda 13 yaşlı qız hamilə qaldı, əməldə zorakılıq olmaması müəyyən edildi