Sirkə içən "Dr. Gülü"nün vəziyyəti necədir? - Açıqlama
Bakıda özünü "Dr. Gülü" kimi təqdim edən Gülbadə Abdullayeva haqqında yeni iddialar yayılıb.
"Qafqazinfo" xəbər verir ki, yayılan məlumata görə, o, sirkə turşusu qəbul edərək özünü zəhərləyib və hazırda Klinik Tibbi Mərkəzdə müalicə alır.
Məsələ ilə bağlı Klinik Tibbi Mərkəzə sorğu ünvanladıq. KTM-in mətbuat katibi Ruzbeh Məmməd müraciətimizə cavab olaraq bildirdi ki, ötən gün saat 21:00 radələrində 1991-ci il təvəllüdlü qadın halsızlıq və ürək bulanması şikayətləri ilə Mərkəzə hospitalizasiya olunub:
"Tibb müəssisəsinin müvafiq şöbəsində ona zəruri tibbi xidmətlər göstərilib. Bir müddət sonra vəziyyəti qənaətbəxş qiymətləndirilən şəxs ambulator müalicə üçün evə buraxılıb".
Qeyd edək ki, bir müddət əvvəl Gülbadə Abdullayevanın "Uğur-777" klinikasında etdiyi əməliyyat zamanı görüntüləri müzakirələrə səbəb olub. Onun tibbi fəaliyyət üçün tələb olunan lisenziya və diplom olmadan fəaliyyət göstərdiyi iddiaları edilib. Səhiyyə Nazirliyindən Gülbadə Abdullayeva ilə bağlı araşdırmadan sonra bildirilmişdi ki, həmin xanımın adı nazirliyin tibb işçilərinin vahid reysterində yoxdur. Onun tibbi fəaliyyət göstərmək səlahiyyəti mövcud deyil.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bu şəxslər ali təhsili olsa belə 18 aylıq hərbi xidmət keçməlidir - AÇIQLAMA
Nigar Fərhad haqda qərar verildi - Şikayətçilər artır
1,5 metrlik nəhəng balıq bazarda satışa çıxarıldı - görənlər təəccübləndi - VİDEO
Şamaxıda "Pirqulu Park" hotelinin açılışı olub - FOTO
Adil Əmrahlı Allahı və peyğəmbəri təhqir etdi - VİDEO
13 yaşlı qızla görüşmək üçün 14 saat yol getdi, evə çatanda polislə qarşılaşdı - VİDEO
El-Nino bu qış hava şəraitinə təsir göstərə bilər - Qar az olacaq
Nəcməddin Sadıkova 21 minlik armudu stəkan alan - Polkovnikin məhkəməsi başladı
Bir qadının geyiminə görə onu təhqir etmək İslamın əxlaqına uyğun deyil - İlahiyyatçı
Prezident Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub - FOTO
Şəhid xanımının faciəli ölümünün səbəbi bilindi - VİDEO
Prezidentlə xanımı Şamaxıya getdi - Fotolar
Düyünü bişirəndə bunu əlavə edin: Dənə-dənə və ətirli alınacaq
Bakıda 13 yaşlı qız hamilə qaldı, əməldə zorakılıq olmaması müəyyən edildi