Epşteynin intihardan əvvəlki məktubunun mətni AÇIQLANDI: "Vida vaxtını özün seçə bilmək əsl zövqdür"
ABŞ məhkəməsi Epşteynin kamerasında tapılan məktubun dərc olunmasına razılıq verib. Məktubda maliyyəçi ölüm anını seçmək azadlığından bəhs edir və günahını inkar edir.
Ceffri Epşteynin keçmiş kamera yoldaşı Nikolas Tartalonaya qarşı cinayət işində illərdir gizli saxlanılan sənəd ABŞ-da ictimaiyyətə açıqlanıb.
Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, federal hakim pedofiliyada ittiham olunan məşhur maliyyəçinin intihar qeydi olduğuna inanılan mətnin yayımlanmasına icazə verib. Məktub Epşteynin 2019-cu ilin iyul ayında, Manhetten həbsxanasında intihar etməsindən bir neçə həftə əvvəl ilk, uğursuz intihar cəhdindən sonra tapılıb.
"Məni aylarla dindirdilər - amma heç nə tapmadılar!!!" əlyazma mətn belə başlayır. Məktubun müəllifi iddia edir ki, sübutların olmamasına baxmayaraq, illər əvvəl baş verən hadisələrdə ittiham olunur.
Mətn qəmgin stoizmlə doludur: "Vida vaxtını özün seçə bilmək əsl zövqdür. Məndən nə gözləyirsən - göz yaşlarına boğulmaq?!"
Mesaj altı xətt çəkilmiş bir ifadə ilə bitir: "Əyləncəli deyil. Buna dəyməz!!"
Məktubun mətninin açıqlanması "New York Times" qəzetinin ərizəsi sayəsində mümkün olub. Jurnalistlər məktubu tapan dördqat qətldə ittiham olunan keçmiş polis məmuru Tartalonanı tapıblar. Kaliforniya həbsxanasından telefon müsahibəsində Tartalona deyib:
"Oxumaq üçün komiks kitabını açdım və orada idi".
O, mətnin sarı rəngli hüquqi vərəqdə yazıldığını iddia edib. Tartalona əvvəllər Epsteynə hücum etməkdə ittiham olunub, lakin məktubun sadəcə mövcudluğu maliyyəçinin intihar niyyətinin sübutu ola və kamera yoldaşını şübhədən azad edə bilərdi.
Hüquqi xəbərlərlə paralel olaraq, Nyu-York şəhərində unikal bir məkan açılıb: "Donald Tramp və Ceffri Epşteyn xatirə oxu zalı". Bu, dünyanın tamamilə işin arxivlərinə həsr olunmuş ilk kitabxanasıdır. Sərginin miqyası heyrətamizdir: təxminən 3,5 milyon səhifə ABŞ Ədliyyə Nazirliyinin sənədləri, 3700 cilddən çox istintaq materialları və təxminən 7,7 ton maddi sübut.
Kitabxana Epşteynin Donald Trampla münasibətlərinin xronologiyasına xüsusi diqqət yetirir. Xronologiya onların 1987-ci ildə Palm-Biçdəki ilk görüşündən Epşteynin 1993-cü ildə Trampın Marloy Meyplz ilə toyunda iştirakına qədər uzanır və 2007-ci ildə Epşteynin Mar-a-Laqo klubundan qovulması ilə başa çatır. Sərginin təşkilatçıları olan "Fundamental faktlar institutu" maksimum şəffaflıq məqsədlərini vurğulayır.
Ağ evin cavabı dərhal gəldi. Mətbuat katibi Abiqeyl Cekson bildirib: "Tramp Epsteyn ilə bağlı hər bir məsələdə tamamilə bəraət qazanıb və o, Epsteynin qurbanları üçün hər kəsdən daha çox iş görüb".
Bu arada, kitabxanadakı sənədlərə giriş hazırda məhdudlaşdırılıb: yalnız vəkillər və jurnalistlər qurbanların adlarının açıqlanmasının qarşısını almaq üçün onları nəzərdən keçirə bilərlər, bu adlar Ədliyyə Nazirliyinin rəsmi açıqlamalarında silinməyib.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bu şəxslər ali təhsili olsa belə 18 aylıq hərbi xidmət keçməlidir - AÇIQLAMA
Nigar Fərhad haqda qərar verildi - Şikayətçilər artır
1,5 metrlik nəhəng balıq bazarda satışa çıxarıldı - görənlər təəccübləndi - VİDEO
Şamaxıda "Pirqulu Park" hotelinin açılışı olub - FOTO
Adil Əmrahlı Allahı və peyğəmbəri təhqir etdi - VİDEO
13 yaşlı qızla görüşmək üçün 14 saat yol getdi, evə çatanda polislə qarşılaşdı - VİDEO
El-Nino bu qış hava şəraitinə təsir göstərə bilər - Qar az olacaq
Mobil nömrə istifadədən çıxarılıb başqa şəxslərə satıldıqda təhlükəsizlik necə qorunur? - AÇIQLAMA
Nəcməddin Sadıkova 21 minlik armudu stəkan alan - Polkovnikin məhkəməsi başladı
Bir qadının geyiminə görə onu təhqir etmək İslamın əxlaqına uyğun deyil - İlahiyyatçı
Prezident Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub - FOTO
Şəhid xanımının faciəli ölümünün səbəbi bilindi - VİDEO
Prezidentlə xanımı Şamaxıya getdi - Fotolar
Düyünü bişirəndə bunu əlavə edin: Dənə-dənə və ətirli alınacaq
Bakıda 13 yaşlı qız hamilə qaldı, əməldə zorakılıq olmaması müəyyən edildi