Süni intellektlə hava proqnozunu öyrənmək - Təhlükə qaçılmazdır

Süni intellektlə hava proqnozunu öyrənmək - Təhlükə qaçılmazdırSüni intellekt vasitəsilə hava proqnozlarına baxmaq adət halına çevirilib. Lakin mütəxəssislər xəbərdarlıq edir ki, yeni nəsil modellər bəzi hallarda fəlakətli hava hadisələrini düzgün proqnozlaşdıra bilmir.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, süni intellekt texnologiyaları iqlim dəyişikliklərinin yaratdığı qeyri-sabitlik qarşısında hələ də zəif qalır.

1970-ci ildə Şərqi Pakistan sahillərində baş verən Bhola siklonu tarixdə ən ölümcül təbii fəlakətlərdən biri olub. Saatda 205 kilometr sürətlə əsən küləklər və 10 metrlik dalğalar nəticəsində yüz minlərlə insan həyatını itirib. Sonrakı illərdə fiziki qanunlara əsaslanan kompüter modellərinin tətbiqi bu cür hadisələrin proqnozlaşdırılmasını xeyli yaxşılaşdırıb.

Hazırda isə süni intellektin tətbiqi ilə hava proqnozlaşdırılması yeni mərhələyə keçib. Bununla belə, alimlər bildirir ki, bu sistemlər əvvəllər qeydə alınmamış ekstremal hadisələri müəyyən etməkdə çətinlik çəkir.

Tədqiqatçılar bu problemi "boz qu quşu" fenomeni adlandırır. Söhbət nadir baş verən və tarixi məlumat bazalarında demək olar ki, yer almayan hadisələrdən gedir. Süni intellekt isə əsasən mövcud məlumatlara əsaslandığı üçün bu cür halları nəzərə almaqda çətinlik çəkir.

Mütəxəssislərin fikrincə, qlobal istiləşmə nəticəsində qeyri-adi hava hadisələrinin sayı artdıqca, bu problem daha da aktuallaşır. Ənənəvi, fizika qanunlarına əsaslanan modellər isə bu baxımdan daha etibarlı hesab olunur.

Çikaqo Universitetinin dosenti Pedram Hassanzadə bildirib ki, süni intellekt ekstremal hava hadisələrinin proqnozunda tez-tez uğursuz olur. Onun sözlərinə görə, belə hadisələrin proqnozu məlum məlumatlardan kənara çıxmağı tələb edir ki, bu da mövcud modellər üçün çətin məsələdir.

Kaliforniya Universitetinin San-Dieqo kampusunun dosenti Rouz Yu isə qeyd edib ki, problem təkcə səhvlərdə deyil. Onun sözlərinə görə, süni intellekt bəzən ciddi təhlükələr zamanı belə normal hava şəraiti ilə bağlı yanlış proqnozlar təqdim edir.

Bununla yanaşı, ekspertlər bildirir ki, süni intellekt gündəlik və tipik hava şəraitinin proqnozlaşdırılmasında effektivdir və bu sahədə dəqiqliyi getdikcə artır. Xüsusilə texniki imkanların məhdud olduğu regionlarda bu texnologiya mühüm rol oynayır. Alimlər sonda vurğulayır ki, süni intellektdən yalnız köməkçi vasitə kimi istifadə olunmalıdır. Əks halda, sürətə üstünlük verilməsi insanın analitik düşünmə qabiliyyətinin zəifləməsinə və peşəkarlığın azalmasına səbəb ola bilər.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1042   Tarix: 07 may 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Kartof qaynadarkən 1 stəkan əlavə edin - dağılmır, qabığı öz-özünə soyulur

Mətbəxdə kartof qaynadarkən dağılmasının və ya isti qabığını soyarkən barmaqlarınızı yandırmağın qarşısını alan sadə bir üsul mövcuddur. Qaynama suyuna əlavə edilən 1 stəkan sirkə kartofun dağılmasının qarşısını alır və qabığının tək toxunuşla soyulmasını təmin edir. xəbər verir ki, kartofun tərkibindək

15 noyabr
.

Düyü bişirərkən bu səhvi etməyin

Düyü bişirərkən onun dibinin yapışqan, üst hissəsinin isə quru qalması bir çox insanın qarşılaşdığı problemdir. Bunun səbəbi hər zaman suyun miqdarı və ya bişirmə müddəti olmaya bilər. İstifadə edilən qazanın forması da yeməyin keyfiyyətinə təsir göstərir. Ölkə.az yerli mediaya istinadən xəbər veri

12 noyabr
.

Kərə yağını kimlər yeməməlidir? - Sağlamlıq problemi olanlar üçün vacib xəbərdarlıq

Kərə yağı gündəlik qidalanmada geniş istifadə olunsa da, hər kəs üçün eyni dərəcədə uyğun deyil. Süd zülalına allergiyası, yüksək xolesterini və ürək-damar xəstəlikləri olan şəxslər bu məhsulun istifadəsinə xüsusi diqqət yetirməlidirlər. Kərə yağında doymuş yağların miqdarı yüksəkdir. Onların həddində

14 noyabr
.

Unitaza buz kubları atmağa başladılar - səbəb

Sosial şəbəkələrdə klozete buz kubları ataraq sifonu çəkməkdən ibarət qeyri-adi təmizlik üsulu sürətlə yayılır. bu üsulun detallarını təqdim edir:. Tətbiqi necə həyata keçirilir? Bir-iki stəkan buz kubunu birbaşa klozete atıb bir neçə dəqiqə gözlədikdən sonra sifonu çəkmək kifayətdir. Su ilə hərəkə

7 noyabr
.

Arıqlamaq üçün 18:00-dan sonra yemək yeməyənlərə - Xəbərdarlıq

Endokrinoloq Qriqori Dolquşin arıqlamaq istəyən şəxslərin saat 18:00-dan sonra qidadan tamamilə imtina etməsinin sağlamlıq üçün zərərli olduğunu bildirib. "Qafqazinfo" xəbər verir ki, həkim bu barədə məlumat paylaşıb. Mütəxəssis izah edib ki, insan acqarına yatdıqda ya gecə yarısı oyanıb yemə

17 noyabr
.

24 saat fasiləsiz uçaraq Rekordlar Kitabına düşdü

"Airbus A350-100ULR" sərnişin təyyarəsi Avstraliyadan Fransaya 24 saat 24 dəqiqə fasiləsiz uçaraq Ginnesin Rekordlar Kitabına düşüb. "Qafqazinfo" xəbər verir ki, şirkətin sınaq uçuşu çərçivəsində Melburn və Tuluza şəhərləri arasında 23 min 155 kilometr məsafə qət edilib. Bu, kommersiy

10 noyabr
.

Əvvəl ağ idi: təkər şinləri niyə qara rəngdə istehsal olunur?

Bu gün yollarda gördüyümüz avtomobillərin demək olar ki, hamısının təkərləri qara rəngdədir. Lakin maraqlıdır ki, ilk avtomobil şinləri qara deyil, ağ rəngdə istehsal olunurdu. Bəs zamanla onların rəngi niyə dəyişdi?. xarici mediaya istinadən xəbər verir ki, avtomobil şinlərinin qara rəngdə olmasını

15 noyabr
.

Telefonları folqaya bükməyə başladılar - SƏBƏBİ...

Ağıllı telefon istifadəçiləri rəqəmsal gizlilik üçün maraqlı bir üsula müraciət edirlər. Cihazı kənar siqnallardan təcrid etmək məqsədilə alüminium folqadan istifadə olunması geniş müzakirə olunur. xəbər verir ki, telefonu alüminium folqaya bürümək cihazın xarici aləmlə qurduğu naqilsiz əlaqələri kəsmə

14 noyabr
.

Yarpaq dolmasının dağılmaması üçün bu üsuldan istifadə edin

Yarpaq dolması hazırlayarkən bir çox insanın qarşılaşdığı problemlərdən biri yeməyin bişmə zamanı dağılması, üst hissədəki dolmaların isə qurumasıdır. Lakin sadə bir mətbəx üsulu ilə bu problemin qarşısını almaq mümkündür. -a istinadən xəbər verir ki, yarpaq dolmasının bişərkən formasını qoruması üçü

16 noyabr