Kenquruların diş quruluşunun təkamül sirri açıldı
Təkamül prosesində sərt qidalanmaya keçid etmələrinə baxmayaraq, kenquruların dişləri yumşaq otlarla qidalanan məməlilərə xas olan forma və quruluşunu qoruyub saxlayır.
Oxu.Az "Science" nəşrinə istinadən xəbər verir ki, avstraliyalı alimlər bu mövzuda maraqlı tədqiqat aparıblar.
Adətən, atlar, zebralar və antiloplar kimi sərt otlarla qidalanan heyvanların daimi aşınmaya uyğunlaşmış hündür və mürəkkəb azı dişləri olur. Lakin kenqurular, analoji qidalanma tərzinə malik olsalar da, tamamilə fərqli diş quruluşuna sahibdirlər. Uzun müddət elmdə izah olunmayan bu uyğunsuzluğa rentgen müayinəsi vasitəsilə aydınlıq gətirilib.
Tədqiqatçılar qədim kenquru qalıqlarını araşdırarkən aşınmaya davamlılığın əsas amilinin dişin forması deyil, mina qatının qalınlığı olduğunu müəyyən ediblər. Məlum olub ki, kenquruların diş minası digər otyeyən heyvanların əksəriyyəti ilə müqayisədə xeyli qalındır. Bu xüsusiyyət onlara mürəkkəb diş quruluşunun yoxluğunu kompensasiya etmək imkanı verir.
Bundan başqa, qidanı çənələrini yan tərəflərə hərəkət etdirərək çeynəyən dırnaqlılardan fərqli olaraq, kenqurular otları şaquli (yuxarı-aşağı) hərəkətlərlə "biçirlər". Alimlərin fikrincə, bu araşdırma təkamülün həmişə vahid ssenari üzrə getmədiyini sübut edir. Hətta eyni şərtlər altında belə, fərqli növlər sağ qalmaq üçün özünəməxsus bioloji həllər tapa bilirlər.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 561 Tarix: 07 may 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Dizlərdə xırtıltı nə vaxt təhlükə siqnalıdır? - Mütəxəssisdən AÇIQLAMA
"Gəzinti və ya əyilmə zamanı dizlərdə yaranan səs və xırtıltılar əksər hallarda sağlamlıq üçün heç bir təhlükə yaratmır". "The Mirror" nəşrinə istinadən xəbər verir ki, bunu osteopat (xəstəliklərin diaqnostikası və müalicəsini dərmansız, yalnız əllərin toxunması və xüsusi hərəkətlərl
17 sentyabrİnsanlar səhvlərini etiraf etməkdən niyə çəkinirlər? - Psixoloq
Son vaxtlar cəmiyyətdə insanların bir-birini anlamaqda çətinlik çəkdiyi müşahidə olunur. Bu tendensiyanı sosial şəbəkələrdə də aydın şəkildə görmək mümkündür. Empatiya çatışmazlığı, başqalarını ittiham etmək, mühakimə etmək və onların səhvlərini axtarmaq getdikcə daha geniş yayılır. Bəs bu vəziyyət cəmiyyət
17 sentyabrBir ev puluna bütün kəndi satın aldı
ABŞ-li sahibkar Jason Lee Beckwith İspaniyanın Zamora əyalətində 37 ildir heç kimin yaşamadığı Salto de Castro kəndini 310 min avroya satın alıb. xarici mediaya istinadla xəbər verir ki, satış nəticəsində sahibkar yalnız kəndin torpaqlarına deyil, ərazidə yerləşən çoxsaylı tikililərə də sahib olub. Kəndd
14 sentyabrİtinizə verdiyiniz ləzzətli yemək təhlükə yarada bilər: "10 faizi keçməməlidir"
İtlərə hər gün ləzzətli yemək vermək düzgün miqdarda və keyfiyyətli məhsullardan istifadə edildiyi halda faydalı vərdiş ola bilər. xəbər verir ki, kinoloq İrina Şarıpova bu barədə -ya danışıb. Mütəxəssis bildirib ki, dadlı yeməklər əsasən təlim və funksional məhsullara bölünür. Təlim zamanı verilən kiçi
14 sentyabrQəhvəsini şəkərsiz və sütsüz içənlərin ortaq xüsusiyyəti var imiş
Qəhvənizi necə içdiyinizin şəxsiyyətiniz haqqında ipucu verə biləcəyini heç düşünmüsünüzmü? Sadə qəhvəyə üstünlük verənlərdən bol südülü latte sevənlərə, buzlu qəhvədən kofeinsiz və bitki mənşəli süd seçimlərinə qədər hər qəhvə vərdişi fərqli bir şəxsiyyət profili ilə əlaqələndirilən araşdırmalar mövcuddur
13 sentyabrBina bombaların hədəfi oldu, gənc qadın görün nə etdi - VİDEO
Ukraynanın Odessa şəhərində hücumdan sonra lentə alındığı bildirilən görüntülər sosial mediada diqqət çəkib. xarici mediaya istinadla xəbər verir ki, kadrlarda hücum nəticəsində zərər görən yaşayış binası və ətraf ərazidəki vəziyyət əks olunub. Binanın bəzi mərtəbələrində ciddi dağıntıların olduğu, ərazid
18 sentyabr