Bakı metrosunda qəribə qadağa gündəmdə - "Ayaqlarınız uzundursa…"
Metro və avtobuslarda yayxanaraq, ayaqlarını geniş açaraq oturan sərnişinlərin cəzalandırılması məsələsi müzakirələrə səbəb olub. Məlumata görə, paytaxtda ictimai nəqliyyatda qaydaları pozan şəxslər İnzibati Xətalar Məcəlləsinə əsasən "xırda xuliqanlıq" maddəsi ilə cərimə oluna və ya 15 günədək inzibati həbsə məruz qala bilərlər. Bu yanaşma sosial şəbəkələrdə geniş müzakirələr doğurub.
Globalinfo.az-a danışan Sosial-Strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin sədri İlqar Hüseynli deyib ki, xırda xuliqanlıq konkret əməllər əsasında qiymətləndirilir:
"Məsələn, bir şəxs ictimai yerdə kimisə təhqir edirsə və ya fiziki zor tətbiq edərək yüngül, yaxud ağır xəsarət yetirirsə, eləcə də etik və davranış qaydalarına zidd hərəkətlər edirsə, bu hallar xırda xuliqanlıq kimi qiymətləndirilə bilər. Lakin "yayxanaraq oturmaq" termini mübahisəlidir. Elə insanlar var ki, fiziki olaraq hərəkətlərində çətinlik yaşayırlar. Məsələn, boyu normadan uzun olan şəxslər metro və ya avtobusda oturarkən ayaqlarının uzunluğu səbəbindən müəyyən oturuş forması seçmək məcburiyyətində qalırlar. Belə hallarda həmin şəxsi necə cərimə etmək olar?"
İ.Hüseynli bu terminin Azərbaycan cəmiyyətinə gətirilməsinin əleyhinə olduğunu vurğulayıb:
"Bu ifadə qüsurludur. İnsan ictimai məkanda müxtəlif səbəblərdən oturuşunu dəyişə, ayaqlarını uzada, qaldıra və ya endirə bilər. Eyni zamanda, gələcəkdə geyimlə bağlı müəyyən qadağaların tətbiqi və standartlara uyğun olmayan geyimlərin cərimələnməsi kimi məsələlərin də müzakirəsi mümkündür. Yəni bunlar da xırda xuliqanlıq kimi qiymətləndirilə bilər. Açığı, bunun inzibati xəta kimi qəbul olunmasına yol vermək olmaz, bu, düzgün yanaşma deyil. Çünki dünyanın heç bir yerində "yayxanaraq oturmağa" görə cəza nəzərdə tutulmur. Bu səbəbdən də belə hallar bəzən haqlı olaraq ictimai qınağa səbəb olur".
Qeyd edək ki, sözügedən qadağa barədə hələ rəsmi məlumat yoxdur. Məsələ ilə bağlı Bakı Metropoliteninə sorğu göndərmişik.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 638 Tarix: 09 may 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Sabahın hava proqnozu: Bakıda 29 dərəcə isti olacaq
Bakıda və Abşeron yarımadasında sentyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 20-23 isti, gündüz 25-2
18 sentyabrAdil Əmrahlı Allahı və peyğəmbəri təhqir etdi - VİDEO
Sosial şəbəkədə "Adil Black" ləqəbi ilə tanınan Adil Əmrahlı bu dəfə başından bir az da yuxarı "tullanaraq" Allahı və onun rəsulu Məhəmməd peyğəmbəri (s.ə.s.) təhqir edib. xəbər verir ki, A.Əmrahlı ABŞ-də yaşayan "Kolyaka" ləqəbli rusdilli strimerin "TikTok"d
17 sentyabrDSX-nin tarixinə düşən general vəfat etdi
Azərbaycan Respublikasının Sərhəd Qoşunlarının ilk komandanı və ilk sərhədçi generalı İsgəndər İmanverdi oğlu Allahverdiyev vəfat edib. -ə istinadla xəbər verir ki, İsgəndər Allahverdiyev 11 fevral 1947-ci ildə Bakı şəhərində anadan olub. O, Azərbaycan dövlət sərhədinin mühafizəsi sisteminin formalaşmasınd
18 sentyabrTahir Gözel bu bankın rəhbəri oldu
"Azərbaycan Sənaye Bankı" ASC-nin Müşahidə Şurasının sədri dəyişib. "APA-Economics"ə istinadən xəbər verir ki, Tahir Gozal bankın Müşahidə Şurasının yeni sədri seçilib. O, bu vəzifədə qardaşı Əhməd Gozalı əvəz edib. Əhməd Gozal 2022-ci ildən "Azərbaycan Sənaye Bankı"nı
18 sentyabrADMİU-dan qovulan tələbə: "Sırğa taxdığıma görə..."
Ötən gün sosial şəbəkədə açdığı canlı yayım zamanı birinci kurs tələbələrinə qarşı hədə-qorxunu əks etdirən ifadələr işlətməsinə görə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetindən (ADMİU) qovulan Kənan Zindadil təhsil ocağına yenidən qaytarılmasını istəyir. xəbər verir ki, bu barədə o, ö
17 sentyabrQarabağın yeni reallıqları beynəlxalq diplomatik korpusun gözü ilə
Sentyabrın 11-12-də Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfəri regionda postmünaqişə reallıqlarının beynəlxalq diplomatik dairələr tərəfindən yerində müşahidə olunması baxımından diqqət çəkən hadisəyə çevrildi. İki gün davam edən səfərdə 58 ölkən
17 sentyabr"Burger King" maaşımızı vermir" - Şikayət
"Burger King" restoranlar şəbəkəsinin keçmiş əməkdaşları maaşlarının ödənilməməsi ilə bağlı -a müraciət ediblər. Şikayətçilərin sözlərinə görə, 2023-cü ildən etibarən 30-dan çox keçmiş əməkdaşın əməkhaqqı tam ödənilməyib. Onlar problemin pandemiya dövründə, restoranların fəaliyyətini onlay
17 sentyabr