Şükürbəyli sakininə toyunun ildönümündə Prezidentdən möhtəşəm hədiyyə - VİDEO
Mayın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Cəbrayıl rayonunun Şükürbəyli kəndinə köçən sakinlərlə görüşüblər.
Oxu.Az xəbər verir ki, görüş zamanı maraqlı anlar yaşanıb.
Belə ki, açarların təqdim edilməsi mərasimində sakin bildirib ki, onların toy günləridir:
İlqar Seyidalıyev: 34 il əvvəl bu kənddə, - ikinci ev mənim atamın evidir, - orada çadır qurub toy etmişik. Mən fəxr edirəm ki, Siz bizim toy günümüzdə Mehriban xanımla birgə iştirak etmisiniz.
Prezident İlham Əliyev: Biz gedəndən sonra yəqin ki, qeyd edəcəksiniz.
İlqar Seyidalıyev: Çox sağ olun, çox var olun!
Prezident İlham Əliyev: Təbrik edirəm, sağ olun. Neçənci ildə evlənmisiniz?
İlqar Seyidalıyev: 1992-ci ildə.
Mehriban Əliyeva: Təbrik edirəm sizi.
İlqar Seyidalıyev: Çox sağ olun.
Prezident İlham Əliyev: 1992-ci ildə, işğala bir il qalmış.
İlqar Seyidalıyev: Bəli.
Prezident İlham Əliyev: Sonra haraya köçdünüz işğal dövründə?
İlqar Seyidalıyev: Mən bu zastavanın rəisi idim, öz kəndimizdə hərbçi idim. İşğaldan sonra da xidmətə davam etdim.
Prezident İlham Əliyev: Bəs işğal dövründə harada məskunlaşmışdınız?
İlqar Seyidalıyev: Ailəm İmişlidə, mən də döyüşlərdə.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 165 Tarix: 09 may 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşPensiyalarla bağlı MÜJDƏ: ARTIM OLACAQ - Belə hesablayın
Azərbaycanda işləməyə davam edən pensiyaçıların ödənişlərində iki mərhələli artım nəzərdə tutulur. Belə ki, ilk növbədə pensiyalar indeksləşdiriləcək, ikinci hissədə isə işlədikləri dövrdə topladıqları pensiya kapitalı yenidən hesablanacaq. Hazırda pensiya yaşı çatsa da işləməyə davam edən təxminən 20
9 may"Kartdan-karta" ödəniş edənlərə VACİB XƏBƏRDARLIQ
Son dövrlər pərakəndə ticarət və iaşə obyektlərində nağdsız ödənişlərin POS-terminallar vasitəsilə deyil, "kartdan-karta" köçürmə yolu ilə aparılması halları geniş yayılıb. Belə ki, vətəndaşlar bildirirlər ki, bəzi hallarda onlara bank kartı ilə rəsmi ödəniş etmək imkanı yaradılmır, yalnı
9 mayAparıcılar arasında xaos niyə bitmir? - ŞƏRH
Azərbaycan televiziiyalarında son illər müşahidə olunan vəziyyət cəmiyyətdə ciddi narazılıq yaratmağa davam edir. Bir zamanlar maarifləndirici və mədəniyyət platforması hesab olunan efirlər indi qalmaqal, şəxsi həyat müzakirələri və etik çərçivələri aşan davranışlarla gündəmə gəlir. Xüsusilə bəzi aparıcıları
8 may"Xınalıq" restoranında ofisiant qəfil öldü
Quba rayonunda iaşə obyektlərinin birində ölüm hadisəsi baş verib. qafqazinfo-ya istinadən xəbər verir ki, mayın 7-si saat 08 radələrində Güləzi kəndin ərazisində yerləşən "Xınalıq" restoranında ofisiant işləyən kənd sakini 1963-cü il təvəllüdlü Zahid İmambala oğlu Seyidbalayev qəfil vəfa
8 mayİlham Əliyev: "Bu torpaqları biz qan tökərək qaytarmışıq" - VİDEO
"Cəbrayılın gələcəkdə həm kənd təsərrüfatı, həm də nəqliyyat nöqteyi-nəzərindən ölkəmiz üçün böyük töhfəsi olacaq. Köhnə yolu siz yəqin ki, xatırlayırsınız, sovet vaxtında - işğala qədər çox ensiz bir yol idi, düz Araz çayının boyunca gedirdi. Onu biz bərpa etdik, amma yeni yol, - indi bilmirəm
9 mayUNEC-in əməkdaşı 55 yaşında vəfat etdi
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) əməkdaşı Leyla Mustafazadə vəfat edib. xəbər verir ki, Leyla Mustafazadə 55 yaşında dünyasını dəyişib. O universitetin Xarici Dillərin Tədrisi Mərkəzinin icraçı assistenti olub. Bu barədə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rəsmi feysbuk hesabınd
8 mayXəlil Göyüşov camış əti aşkarlanan "Ramin-Nur"un adını dəyişdi (FOTO)
Xəbər verdiyimiz kimi, ötən ilin dekabr ayında Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Xətai rayonu, R.Bağırov küçəsi, ev 58 ünvanında yerləşən, fiziki şəxs Firdovsi Quliyevin rəhbərliyi altında fəaliyyət göstərən "Ramin-Nur" şadlıq sarayında camış ətini dana əti adı ilə təqdim edərək istehlakçılar
8 may