Pensiyalarla bağlı MÜJDƏ: ARTIM OLACAQ - Belə hesablayın

Pensiyalarla bağlı MÜJDƏ: ARTIM OLACAQ - Belə hesablayınAzərbaycanda işləməyə davam edən pensiyaçıların ödənişlərində iki mərhələli artım nəzərdə tutulur. Belə ki, ilk növbədə pensiyalar indeksləşdiriləcək, ikinci hissədə isə işlədikləri dövrdə topladıqları pensiya kapitalı yenidən hesablanacaq. Hazırda pensiya yaşı çatsa da işləməyə davam edən təxminən 200 minə yaxın vətəndaşın fərdi hesabında sosial sığorta ödənişləri toplanmaqda davam edir. Bu vəsaitlərin yenidən hesablanması nəticəsində onların pensiyalarının bir hissəsinin 2026-cı ildə artırılması nəzərdə tutulur.

Pensiya nə qədər arta bilər?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan iqtisadçı Xalid Kərimlinin sözlərinə görə, yaşa görə əmək pensiyasına çıxarkən vətəndaşın pensiya kapitalı 144 əmsalına bölünür:

"My.gov.az" portalında toplanmış pensiya kapitalını görmək mümkündür. Vətəndaş həmin məbləği 144-ə bölməklə, alacağı pensiyanı təxmini hesablaya bilər. Burada vacib məqamlardan biri də işləyən təqaüdçülərlə bağlıdır. Belə ki, 65 yaşına çataraq pensiyaya çıxan, lakin işləməyə davam edən şəxslərin əməkhaqqından yenə də pensiya fonduna ödənişlər tutulur və onların pensiya kapitalı artmağa davam edir.

Qanunvericiliyə əsasən, işləyən pensioner 65 yaşdan sonra daha 6 il işləyərsə, həmin müddətdən sonra onun təqaüdü yenidən hesablanır. Məsələn, şəxs 65 yaşında pensiyaya çıxıb 71 yaşına qədər işləməyə davam edibsə, bu yaşda pensiyası yenidən hesablanacaq, 6 il ərzində pensiya fonduna ödənilən əlavə vəsait pensiyasının üzərinə əlavə olunacaq".

İqtisadçı bildirib ki, bu artım hər bir pensioner üçün fərqli hesablanır:

"Çünki ölkəmizdəki sistem birbaşa əməkhaqqına bağlıdır. Məsələn, əgər 6 il ərzində əlavə olaraq 14 min 400 manat pensiya kapitalı toplanıbsa, həmin məbləğ 72 əmsalına bölünür və nəticədə aylıq pensiyaya əlavə 200 manat artım hesablanır.

Daha yüksək maaş alan və pensiya fonduna daha çox ödəniş edən şəxslərin pensiya artımı da daha çox olur. 72 əmsalının tətbiqi isə onunla bağlıdır ki, ümumi pensiya hesablamasında istifadə edilən 144 əmsalı 12 illik orta pensiyaalma müddətinə əsaslanır. Şəxs artıq pensiya yaşında olduğu və əlavə 6 il işlədiyi üçün həmin dövrdə toplanmış əlavə kapital 144-ə deyil, 72-yə bölünərək pensiyaya əlavə edilir.

Yəni sistemin mahiyyəti odur ki, 65 yaşdan sonra işləməyə davam edən şəxslərin pensiyası 6 ildən sonra yenidən hesablanır.

Artım məbləği həmin dövrdə aldığı əməkhaqqı və pensiya fonduna etdiyi ödənişlərdən asılı olur. Ona görə də bu rəqəm hər kəs üçün eyni deyil. Məsələn, yüksək əməkhaqqı alan və daha çox sosial ödəniş edən şəxsin pensiyasındakı artım da daha yüksək olur. Bu qayda bir neçə il əvvəl qəbul olunub. Burada söhbət hər kəsə eyni məbləğdə əlavə olunacaq ümumi artımdan deyil, fərdi hesablanma mexanizmindən gedir".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 4907   Tarix: 09 may 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Nəcməddin Sadıkova 21 minlik armudu stəkan alan - Polkovnikin məhkəməsi başladı

Müdafiə Nazirliyinin xüsusilə külli miqdarda mənimsəmədə ittiham olunan İşlər İdarəsinin sabiq rəisi polkovnik Elnur Süleymanov və eyni idarədə işləmiş daha üç hərbçinin məhkəməsi başlayıb. "Qafqazinfo"nun məlumatına görə, cinayət işini Bakı Hərbi Məhkəməsinin sədri hakim Zeynal Ağayev araşdırır

18 sentyabr
.

Sabahın hava proqnozu: Bakıda 29 dərəcə isti olacaq

Bakıda və Abşeron yarımadasında sentyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 20-23 isti, gündüz 25-2

18 sentyabr
.

Adil Əmrahlı Allahı və peyğəmbəri təhqir etdi - VİDEO

Sosial şəbəkədə "Adil Black" ləqəbi ilə tanınan Adil Əmrahlı bu dəfə başından bir az da yuxarı "tullanaraq" Allahı və onun rəsulu Məhəmməd peyğəmbəri (s.ə.s.) təhqir edib. xəbər verir ki, A.Əmrahlı ABŞ-də yaşayan "Kolyaka" ləqəbli rusdilli strimerin "TikTok"d

17 sentyabr
.

DSX-nin tarixinə düşən general vəfat etdi

Azərbaycan Respublikasının Sərhəd Qoşunlarının ilk komandanı və ilk sərhədçi generalı İsgəndər İmanverdi oğlu Allahverdiyev vəfat edib. -ə istinadla xəbər verir ki, İsgəndər Allahverdiyev 11 fevral 1947-ci ildə Bakı şəhərində anadan olub. O, Azərbaycan dövlət sərhədinin mühafizəsi sisteminin formalaşmasınd

18 sentyabr
.

Tahir Gözel bu bankın rəhbəri oldu

"Azərbaycan Sənaye Bankı" ASC-nin Müşahidə Şurasının sədri dəyişib. "APA-Economics"ə istinadən xəbər verir ki, Tahir Gozal bankın Müşahidə Şurasının yeni sədri seçilib. O, bu vəzifədə qardaşı Əhməd Gozalı əvəz edib. Əhməd Gozal 2022-ci ildən "Azərbaycan Sənaye Bankı"nı

18 sentyabr
.

ADMİU-dan qovulan tələbə: "Sırğa taxdığıma görə..."

Ötən gün sosial şəbəkədə açdığı canlı yayım zamanı birinci kurs tələbələrinə qarşı hədə-qorxunu əks etdirən ifadələr işlətməsinə görə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetindən (ADMİU) qovulan Kənan Zindadil təhsil ocağına yenidən qaytarılmasını istəyir. xəbər verir ki, bu barədə o, ö

17 sentyabr
.

Qarabağın yeni reallıqları beynəlxalq diplomatik korpusun gözü ilə

Sentyabrın 11-12-də Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfəri regionda postmünaqişə reallıqlarının beynəlxalq diplomatik dairələr tərəfindən yerində müşahidə olunması baxımından diqqət çəkən hadisəyə çevrildi. İki gün davam edən səfərdə 58 ölkən

17 sentyabr
.

"Burger King" maaşımızı vermir" - Şikayət

"Burger King" restoranlar şəbəkəsinin keçmiş əməkdaşları maaşlarının ödənilməməsi ilə bağlı -a müraciət ediblər. Şikayətçilərin sözlərinə görə, 2023-cü ildən etibarən 30-dan çox keçmiş əməkdaşın əməkhaqqı tam ödənilməyib. Onlar problemin pandemiya dövründə, restoranların fəaliyyətini onlay

17 sentyabr
.

Bir qadının geyiminə görə onu təhqir etmək İslamın əxlaqına uyğun deyil - İlahiyyatçı

Naxçıvanda "Əshabi-Kəhf" ziyarətgahında çəkilən görüntülər dini məkanlarda davranış qaydaları ilə bağlı müzakirələri yenidən gündəmə gətirib. Belə məkanlarda geyim, foto və video çəkilişi, eləcə də ziyarətgahın müqəddəsliyinə və digər ziyarətçilərə münasibət məsələləri həm dini, həm də eti

18 sentyabr