İlham Əliyev: "Bu torpaqları biz qan tökərək qaytarmışıq" - VİDEO

İlham Əliyev: "Bu torpaqları biz qan tökərək qaytarmışıq" - VİDEO"Cəbrayılın gələcəkdə həm kənd təsərrüfatı, həm də nəqliyyat nöqteyi-nəzərindən ölkəmiz üçün böyük töhfəsi olacaq. Köhnə yolu siz yəqin ki, xatırlayırsınız, sovet vaxtında - işğala qədər çox ensiz bir yol idi, düz Araz çayının boyunca gedirdi. Onu biz bərpa etdik, amma yeni yol, - indi bilmirəm, siz onu görmüsünüz, yoxsa yox, - Zəngəzur dəhlizinin bir hissəsi olan, ta Ermənistan sərhədinə gedən dördzolaqlı yol. Yəni bunun ondan yuxarı standartları da yoxdur. Ona görə nəqliyyat məsələləri də burada həll olunur və gələcəkdə Cəbrayıl, beynəlxalq nəqliyyat dəhlizi üzərində qurulan şəhər və kəndlər bundan faydalanacaq".

Oxu.Az xəbər verir ki, bunu Prezident İlham Əliyev mayın 9-da Cəbrayıl rayonunun Şükürbəyli sakinləri ilə söhbət zamanı deyib.

"Cəbrayılda bizim ən böyük Günəş elektrik stansiyaları inşa edilir - üç stansiya, ümumi gücü 340 meqavat. Yəni bu gün 340 meqavatla bütün Qarabağı işıqlandırmaq olar. Amma nəzərə alsaq ki, biz artıq Zəngilanda, Laçında, Kəlbəcərdə 300 meqavatdan çox su elektrik stansiyaları işə salmışıq, təqribən bir-iki il ərzində bu bölgənin Günəş və su potensialı elektrik istehsalı üçün 700 meqavata yaxın olacaq. Yəni bu, ölkə üçün, məşğulluq üçün çox böyük xeyir gətirəcək. Yəni azad edilmiş bütün bu ərazilər ölkəmizin bütün başqa əraziləri ilə bağlanır - yollarla, hava limanları ilə, elektrik və su xətləri ilə. İndi "Xudafərin", "Qız Qalası" su anbarlarının suyundan da istifadə edəcəyik, orada elektrikdən də istifadə edəcəyik. Beləliklə, bir daha bütün dünyaya göstərəcəyik ki, biz qurub-yaradan xalqıq, eyni zamanda, döyüşən xalqıq. Bu torpaqları biz qan tökərək qaytarmışıq, - Allah bütün şəhidlərimizə rəhmət eləsin, - parlaq Qələbə qazanmışıq, bu Qələbənin müasir tarixdə tayı-bərabəri yoxdur, yəqin ki, olmayacaq və biz bu əbədi Qələbə ilə fəxr etməliyik. Gənc nəsil də evlərdə, ailələrdə, məktəblərdə bu ruhda tərbiyə almalıdır ki, biz müzəffər ölkə, xalq kimi bundan sonra qürurla yaşayaq", - dövlət başçısı qeyd edib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 291   Tarix: 09 may 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Nəcməddin Sadıkova 21 minlik armudu stəkan alan - Polkovnikin məhkəməsi başladı

Müdafiə Nazirliyinin xüsusilə külli miqdarda mənimsəmədə ittiham olunan İşlər İdarəsinin sabiq rəisi polkovnik Elnur Süleymanov və eyni idarədə işləmiş daha üç hərbçinin məhkəməsi başlayıb. "Qafqazinfo"nun məlumatına görə, cinayət işini Bakı Hərbi Məhkəməsinin sədri hakim Zeynal Ağayev araşdırır

18 sentyabr
.

Sabahın hava proqnozu: Bakıda 29 dərəcə isti olacaq

Bakıda və Abşeron yarımadasında sentyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 20-23 isti, gündüz 25-2

18 sentyabr
.

Adil Əmrahlı Allahı və peyğəmbəri təhqir etdi - VİDEO

Sosial şəbəkədə "Adil Black" ləqəbi ilə tanınan Adil Əmrahlı bu dəfə başından bir az da yuxarı "tullanaraq" Allahı və onun rəsulu Məhəmməd peyğəmbəri (s.ə.s.) təhqir edib. xəbər verir ki, A.Əmrahlı ABŞ-də yaşayan "Kolyaka" ləqəbli rusdilli strimerin "TikTok"d

17 sentyabr
.

DSX-nin tarixinə düşən general vəfat etdi

Azərbaycan Respublikasının Sərhəd Qoşunlarının ilk komandanı və ilk sərhədçi generalı İsgəndər İmanverdi oğlu Allahverdiyev vəfat edib. -ə istinadla xəbər verir ki, İsgəndər Allahverdiyev 11 fevral 1947-ci ildə Bakı şəhərində anadan olub. O, Azərbaycan dövlət sərhədinin mühafizəsi sisteminin formalaşmasınd

18 sentyabr
.

Tahir Gözel bu bankın rəhbəri oldu

"Azərbaycan Sənaye Bankı" ASC-nin Müşahidə Şurasının sədri dəyişib. "APA-Economics"ə istinadən xəbər verir ki, Tahir Gozal bankın Müşahidə Şurasının yeni sədri seçilib. O, bu vəzifədə qardaşı Əhməd Gozalı əvəz edib. Əhməd Gozal 2022-ci ildən "Azərbaycan Sənaye Bankı"nı

18 sentyabr
.

ADMİU-dan qovulan tələbə: "Sırğa taxdığıma görə..."

Ötən gün sosial şəbəkədə açdığı canlı yayım zamanı birinci kurs tələbələrinə qarşı hədə-qorxunu əks etdirən ifadələr işlətməsinə görə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetindən (ADMİU) qovulan Kənan Zindadil təhsil ocağına yenidən qaytarılmasını istəyir. xəbər verir ki, bu barədə o, ö

17 sentyabr
.

Qarabağın yeni reallıqları beynəlxalq diplomatik korpusun gözü ilə

Sentyabrın 11-12-də Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfəri regionda postmünaqişə reallıqlarının beynəlxalq diplomatik dairələr tərəfindən yerində müşahidə olunması baxımından diqqət çəkən hadisəyə çevrildi. İki gün davam edən səfərdə 58 ölkən

17 sentyabr
.

"Burger King" maaşımızı vermir" - Şikayət

"Burger King" restoranlar şəbəkəsinin keçmiş əməkdaşları maaşlarının ödənilməməsi ilə bağlı -a müraciət ediblər. Şikayətçilərin sözlərinə görə, 2023-cü ildən etibarən 30-dan çox keçmiş əməkdaşın əməkhaqqı tam ödənilməyib. Onlar problemin pandemiya dövründə, restoranların fəaliyyətini onlay

17 sentyabr
.

Bir qadının geyiminə görə onu təhqir etmək İslamın əxlaqına uyğun deyil - İlahiyyatçı

Naxçıvanda "Əshabi-Kəhf" ziyarətgahında çəkilən görüntülər dini məkanlarda davranış qaydaları ilə bağlı müzakirələri yenidən gündəmə gətirib. Belə məkanlarda geyim, foto və video çəkilişi, eləcə də ziyarətgahın müqəddəsliyinə və digər ziyarətçilərə münasibət məsələləri həm dini, həm də eti

18 sentyabr