Prezident İlham Əliyevin sakinlərlə səmimi dialoqu - VİDEO

Prezident İlham Əliyevin sakinlərlə səmimi dialoqu - VİDEOMayın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Cəbrayıl rayonunun Şükürbəyli kəndinə köçən sakinlərlə görüşüblər.

Oxu.Az xəbər verir ki, görüş zamanı sakinlərlə söhbət aparılıb.

"Bir neçə gün bundan əvvəl kənd təsərrüfatı sərgisində idim. Orada da maraqlanırdım, çünki torpaqlar işğaldan azad olunandan sonra birinci göstərişlərdən biri də o idi ki, bu torpaqları biz yenidən əkin dövriyyəsinə qaytaraq. Hər dəfə, hər il əkin-biçin mövsümündən sonra arayış alıram və baxıram taxılçılığın inkişafı nə qədərdir. Ölkə üzrə yaxşı gedir, indi köhnə leksikonla desək, təqribən 35 sentner/hektardan, əslində, 3,5 ton. Maraqlanıram, Qarabağda nə qədərdir, çox az və sual yaranır ki, nə üçün? Çünki burada məsələn, torpaq çox münbitdir, siz də yaxşı bilirsiniz, çox məhsuldardır. Mənə indi izahat verilir ki, özü də xarici mütəxəssislər o cümlədən, ermənilər bu torpağı o qədər əziblər, o qədər qaydasız istismar ediblər ki, bu torpaqları canlandırmaq üçün bəlkə də 5-10 il vaxt lazımdır. Ona görə də burada necə ki, bizim bütün təbii sərvətlərimizi talayıblar, istismar ediblər, torpağımızı da demək olar ki, böyük dərəcədə bərbad vəziyyətə salıblar. Ona görə indi müasir aqrotexniki tədbirlər, müasir suvarma sistemləri və kənd təsərrüfatının inkişafı ilə bağlı ümumi strategiyamız əsasında bu torpaqları canlandırmaq lazımdır. Çünki siz də yaxşı bilirsiniz ki, Azərbaycanın bir çox bölgələrində çox münbit torpaqlar var, o cümlədən Qarabağda və Şərqi Zəngəzurda. Sovet vaxtında burada üzümçülüyü yəqin ki, xatırlayırsınız", - dövlət başçısı qeyd edib.

Sakinlər: Bəli, pambıqçılıq, üzümçülük, ən qabaqcıl kolxoz olub bizimki. 6-7 kənd bizə baxırdı. Sosialist Əməyi Qəhrəmanı Köçəri Babayevin kolxozu idi.

Prezident İlham Əliyev: Burada nə idi o kolxozun ixtisaslaşması?

Sakinlər: Burada üzümçülük, baramaçılıq, maldarlıq məşğul idik. Bizim 1200 baş iribuynuzlu mal-qaramız olub.

Prezident İlham Əliyev: Hamısını bərpa etmək lazımdır.

Sakin: Kolxozun mühasibi idi bu.

Kişi sakin: 12 min baş qoyunumuz olub, toyuğun sayı-hesabı yox idi.

Prezident İlham Əliyev: Siz gərək o səviyyəyə qaldırasınız. Həm siz, həm gənc nəsil. Çünki burada heyvandarlıq da, üzümçülük də olub. Bu bölgədə - Zəngilanda, Qubadlıda tütünçülük də olub, burada necədir bilmirəm.

Sakinlər: Bizdə tütün olmayıb.

Prezident İlham Əliyev: Olmayıb. Maldarlıqla bağlı.

Sakinlər: Maldarlıq bizdə ən yüksək səviyyədə idi. İpək olub - biz ildə 19 ton əvəzinə, 26 ton barama vermişik.

Prezident İlham Əliyev: Camaat da yaxşı dolanırdı.

Sakinlər: Çox, çox, yəni milyoner kolxoz idik biz.

Prezident İlham Əliyev: Gərək siz buranı dövlətin dəstəyi ilə o hala gətirəsiniz.

Kişi sakin: Bizim kolxozumuz çox qabaqcıl kolxoz olub.

Prezident İlham Əliyev: Sonra Sovet İttifaqı dağıldı. Kolxoz qalmışdı, ya dağıldı?

Sakinlər: Yox, dağılmadı, bizdə qaldı. Köçəri Babayev rəhmətə getdi, kolxoz da dağıldı. O, çox işləyən adam olub, 71 yaşında rəhmətə gedib. Mən onunla çox işləmişəm. Yəni o, ölən gününə qədər işlədi. Bir yerə gedəndə bir 12 vərəqli dəftər yazırdı ki, filan işlər görülsün. Çox qayda-qanunla işləyirdi.

Prezident İlham Əliyev: İndi texnologiyalar daha da inkişaf edib. Müasir intensiv bağçılıq texnologiyaları var. Baxın, qonşuluqda yerləşən Ağalı kəndinə. Orada böyük bağ salınıb. İndi mənə məlumat verirlər ki, oradan yığılan meyvələri xaricə də satırlar. Ona görə bağçılıq, üzümçülük, taxılçılıq, baramaçılıq, heyvandarlıq dövlətin dəstəyi ilə inkişaf etməlidir.

Kişi sakin: Biz üzümü vaqonla xaricə satırdıq.

Prezident İlham Əliyev: Zavod var idi?

Sakinlər: Şərab zavodu, çox böyük idi. Ən böyük bizdə idi.

Prezident İlham Əliyev: Sisternlərlə göndərilirdi?

Sakinlər: Bəli, sistern gəlib dayanırdı, çənlərdən içinə şərab vurulurdu.

Prezident İlham Əliyev: Yaxın gələcəkdə biz kənd təsərrüfatının inkişafına dair dövlət proqramı qəbul edəcəyik, bu məsələlər orada nəzərdə tutulacaq, o cümlədən dövlət vəsaiti. Əsas odur ki, buraya qayıdan keçmiş köçkünlər gecə-gündüz çalışsınlar, həm öz dolanışıqlarını təmin etsinlər, həm də dövlətə xeyir versinlər.

Kişi sakin: Möhtərəm Prezident, rayonun, səhv etmirəmsə, 28 müəssisəsinin idarəsi burada - bu kənddə idi. Kimya birliyi, kənd təsərrüfatı texnikası stansiyası, kinoprakat.

Prezident İlham Əliyev: Ən böyük kəndlərdən biri idi? Bundan böyüyü var idi?

Sakinlər: Mərcanlı böyük idi. Böyük Mərcanlı, Soltanlı. O, bizdən böyük idi, amma stansiya burada olduğuna görə rayponun anbarı burada idi. Çünki məsələn, başqa yerdə olsa, daşımaq gərək idi.

Kişi sakin: 7-8 rayonun kinoprokat idarəsi burada yerləşirdi.

Prezident İlham Əliyev: Soltanlıda indi yarımstansiya və aqroparklar açılır. Müharibə zamanı Soltanlı uğrunda gedən döyüşlər ən şiddətli döyüşlərdən idi. Orada ermənilər güclü istehkamlar qurmuşdular. Soltanlı uğrunda şəhidlərimiz də olub. Ancaq o kəndi biz azad edəndən sonra daha sürətlə irəli getdik. Orada, yəni bax bu bölgədə, - Arazboyu bölgəsində, - bəlkə də birinci Füzulinin o Qaraxanbəyli kəndi, sonra Mərcanlı idi ki, biz birinci o xətti oradan yarıb keçdik. Sonra ən şiddətli döyüşlər Soltanlıda getmişdi. Bütün bu torpaqlar bizim qəhrəmanlıq simvolumuzdur.

Sakinlər: Bəli. Allah şəhidlərimizə rəhmət eləsin.

Prezident İlham Əliyev: Bunu yaşatmaq, uşaqlara öyrətmək lazımdır. Tərbiyə etmək lazımdır. Bizim qədər, tam, yəni mütləq Qələbə qazanan ikinci ölkə yoxdur. Ən azı son 80 ildə və ondan sonra da olmayıb. Bax bu, qürur mənbəyidir.

Kişi sakin: Dünya da bizi tanıdı.

Prezident İlham Əliyev: Və hörmət etməyə başladı.

Qadın sakin: Möhtərəm Prezident, Şah İsmayıl Xətaidən sonra Azərbaycanı hissə-hissə qoparıb dağıdıblar. Azərbaycanın torpağını geri qaytaran bir ali baş komandanımız, komandanımız, sərkərdəmiz olmayıb. Birinci dəfədir ki, biz əlimizdən alınan torpaqları geri qaytarmışıq.

Kişi sakin: Bəli, son 200 ildə.

Prezident İlham Əliyev: Sağ olun. Sizə cansağlığı, xoşbəxtlik arzulayıram.

Sakinlər: Sağ olun.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 360   Tarix: 09 may 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Tahir Gözel bu bankın rəhbəri oldu

"Azərbaycan Sənaye Bankı" ASC-nin Müşahidə Şurasının sədri dəyişib. "APA-Economics"ə istinadən xəbər verir ki, Tahir Gozal bankın Müşahidə Şurasının yeni sədri seçilib. O, bu vəzifədə qardaşı Əhməd Gozalı əvəz edib. Əhməd Gozal 2022-ci ildən "Azərbaycan Sənaye Bankı"nı

18 sentyabr
.

20 Sentyabr: Azərbaycanın Dövlət Suverenliyinin Tam Bərpa Olunduğu Tarixi Gün

Xalqımızın çoxəsrlik dövlətçilik tarixində mühüm əhəmiyyət daşıyan və Ölkə Başçısı cənab İlham Əliyevin 19 sentyabr 2024-cü il tarixli Sərəncamı ilə qeyd edilən "20 Sentyabr" tarixi Azərbaycan Respublikasının bütün ərazisində dövlət suverenliyinin və konstitusiya quruluşunun tam bərpa olunmasın

17 sentyabr
.

General Allahverdiyev dəfn olundu - Fotolar

Azərbaycan sərhəd mühafizəsinin formalaşması və inkişafında mühüm xidmətləri olmuş, "Azərbaycan Bayrağı" ordenli general-mayor İsgəndər Allahverdiyevin dəfn mərasimi keçirilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti (DSX) məlumat yayıb. Hərbi Memorial Məzarlıqd

18 sentyabr
.

Adil Əmrahlı Allahı və peyğəmbəri təhqir etdi - VİDEO

Sosial şəbəkədə "Adil Black" ləqəbi ilə tanınan Adil Əmrahlı bu dəfə başından bir az da yuxarı "tullanaraq" Allahı və onun rəsulu Məhəmməd peyğəmbəri (s.ə.s.) təhqir edib. xəbər verir ki, A.Əmrahlı ABŞ-də yaşayan "Kolyaka" ləqəbli rusdilli strimerin "TikTok"d

17 sentyabr
.

Bir qadının geyiminə görə onu təhqir etmək İslamın əxlaqına uyğun deyil - İlahiyyatçı

Naxçıvanda "Əshabi-Kəhf" ziyarətgahında çəkilən görüntülər dini məkanlarda davranış qaydaları ilə bağlı müzakirələri yenidən gündəmə gətirib. Belə məkanlarda geyim, foto və video çəkilişi, eləcə də ziyarətgahın müqəddəsliyinə və digər ziyarətçilərə münasibət məsələləri həm dini, həm də eti

18 sentyabr
.

Azərbaycan QHT-ləri diplomatik korpusun azad edilmiş ərazilərə səfəri ilə bağlı Ermənistanda başlanmış kampaniyanı pisləyib

Azərbaycan QHT-ləri ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin işğaldan azad edilmiş ərazilərə səfəri ilə əlaqədar Ermənistanda başlanmış kampaniya əleyhinə bəyanat yayıb. AZƏRTAC bəyanatı təqdim edir:. "Biz - Azərbaycanın vətəndaş cəmiyyəti təmsilçiləri Azərbaycanda akkredit

18 sentyabr
.

ADMİU-dan qovulan tələbə: "Sırğa taxdığıma görə..."

Ötən gün sosial şəbəkədə açdığı canlı yayım zamanı birinci kurs tələbələrinə qarşı hədə-qorxunu əks etdirən ifadələr işlətməsinə görə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetindən (ADMİU) qovulan Kənan Zindadil təhsil ocağına yenidən qaytarılmasını istəyir. xəbər verir ki, bu barədə o, ö

17 sentyabr
.

AZAL və Milli Konservatoriya Milli Musiqi Gününə həsr olunan müsabiqə keçirdi

18 sentyabr Milli Musiqi Günü münasibətilə Azərbaycan Hava Yolları və Azərbaycan Milli Konservatoriyasının birgə təşkilatçılığı ilə "Səmanın ritmi" musiqi müsabiqəsi keçirilib. Layihənin əsas məqsədi Azərbaycan Hava Yollarının uçuşdaxili musiqilərinin yenilənməsi və aviaşirkətin brend kimliyin

18 sentyabr
.

Avtobus sürücülərindən maraqlı performans - Biri oxudu, digərləri ifa etdi - Video

Bu gün 18 sentyabr - Milli Musiqi Günü ilə əlaqədar "BakuBus"ın sürücüləri maraqlı kompozisiya ilə çıxış ediblər. "Qafqazinfo" xəbər verir ki, məşhur "İntizar" ("Vəfadarım mənim") mahnısı sürücülər tərəfindən ifa olunub. İfaçı - 500 nömrəli avtobusun sürücüsü Elçi

18 sentyabr