Azərbaycanda nikahla bağlı MÜHÜM QƏRAR VERİLDİ
Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası etibarsız nikahın sonradan etibarlı hesab olunması ilə bağlı vahid məhkəmə təcrübəsini müəyyən edən qərar qəbul edib.
Bakupost.az xəbər verir ki, iş materiallarına görə, iddiaçı atası ilə cavabdeh arasında 3 aprel 1976-cı ildə bağlanmış nikahın etibarsız sayılmasını tələb edib. O bildirib ki, atası həmin vaxt onun anası ilə 15 sentyabr 1974-cü ildə bağlanmış və hələ qüvvədə olan nikahda olub. İddiaçının valideynlərinin nikahı yalnız 19 iyun 2004-cü ildə pozulub.
Birinci instansiya məhkəməsi iddianı təmin etsə də, apellyasiya instansiyası bu qərarı ləğv edib və iddianı rədd edib. Məhkəmə qeyd edib ki, həmin dövrdə qüvvədə olan Azərbaycan SSR Nikah və Ailə Məcəlləsinə əsasən, nikahın bağlanmasına mane olan hal sonradan aradan qalxarsa, məhkəmə həmin nikahı etibarlı hesab edə bilər.
Apellyasiya məhkəməsi hesab edib ki, iddiaçının valideynlərinin nikahı 2004-cü ildə pozulduqdan sonra mübahisələndirilən nikahın qarşısındakı hüquqi maneə aradan qalxıb. Buna görə də iddiaçının atası ilə cavabdeh arasında 1976-cı ildə bağlanmış nikah etibarlı hala gəlib.
Məhkəmə həmçinin vurğulayıb ki, həmin nikahın etibarsız sayılması uşaqların hüquqlarına, o cümlədən vərəsəlik hüququna təsir etmir.
Kassasiya instansiyası da bu mövqe ilə razılaşıb və iddiaçının kassasiya şikayətini təmin etməyərək apellyasiya məhkəməsinin qərarını qüvvədə saxlayıb.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 155 Tarix: 10 may 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bu dərmanları uşaqlarınıza qətiyyən VERMƏYİN
Uşaqlarda qızdırma, öskürək və ya digər narahatlıqlar zamanı valideynlər çox vaxt evdə olan dərmanlardan istifadə edir. Ani xəstəlik yarananda valideynlərin tez müdaxilə etməsi təbiidi. Burada hər yüngül xəstəlik üçün həkimə müraciət ehtiyacının olmaması da rol oynayır. Bəs, yanlış hallarda verilən dərmanla
8 mayİlham Əliyev: "Şükürbəyli kəndi tamamilə yenidən qurulub"
"Şükürbəyli kəndi tamamilə yenidən qurulub. Bildiyiniz kimi, işğal dövründə Ermənistan dövləti bu kəndi tamamilə dağıtmışdı, bir dənə də salamat bina qalmamışdı. Mənim keçmiş köçkünlərlə işğal dövründə çoxsaylı görüşlərim zamanı həmişə deyirdim ki, biz torpaqları azad edəndən sonra bütün şəhərləri
9 mayPensiyalar bu tarixdə ödəniləcək - RƏSMİ
Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə pensiyaların bu ayın 14-dək ödənilməsi nəzərdə tutulub. "Yeni Sabah"ın xəbərinə görə ki, bu barədə Dövlət Sosial Müdafiə Fondunun açıqlamasında bildirilib. Rayonlarda qeydiyyatda olan və güzəştli şərtlərlə pensiya hüququna malik olan şəxsləri
9 mayPensiyalarla bağlı MÜJDƏ: ARTIM OLACAQ - Belə hesablayın
Azərbaycanda işləməyə davam edən pensiyaçıların ödənişlərində iki mərhələli artım nəzərdə tutulur. Belə ki, ilk növbədə pensiyalar indeksləşdiriləcək, ikinci hissədə isə işlədikləri dövrdə topladıqları pensiya kapitalı yenidən hesablanacaq. Hazırda pensiya yaşı çatsa da işləməyə davam edən təxminən 20
9 mayUNEC-in əməkdaşı 55 yaşında vəfat etdi
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) əməkdaşı Leyla Mustafazadə vəfat edib. xəbər verir ki, Leyla Mustafazadə 55 yaşında dünyasını dəyişib. O universitetin Xarici Dillərin Tədrisi Mərkəzinin icraçı assistenti olub. Bu barədə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rəsmi feysbuk hesabınd
8 mayİş adamı restorandan çıxarkən güllələndi - Foto - Yenilənib
Zaqatalada 39 yaşlı kişi ov tüfəngi ilə vurulub. "Qafqazinfo" xəbər verir ki, bu gün saat 01:30 radələrində Zaqatala rayon sakini 39 yaşlı İsa Boloyev Yuxarı Tala kəndi ərazisində yerləşən restorandan çıxarkən ov tüfəngindən açılan atəş nəticəsində xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib
9 may