Hər ayın 8-i və ya 9-u ödənilən pensiyalar indi niyə 14-də verilir? - RƏSMİ AÇIQLAMA

Hər ayın 8-i və ya 9-u ödənilən pensiyalar indi niyə 14-də verilir? - RƏSMİ AÇIQLAMABakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə may ayı üçün pensiyaların ödəniş tarixi açıqlanıb. Məlumata görə, qeyd olunan ərazilərdə pensiyalar bu ayın 14-də vətəndaşların bank kartlarına köçürüləcək. Pensiya əhalinin sosial təminatı ilə bağlı vacib addım olduğundan, dövlət sözügedən məsələyə olduqca həssas yanaşır. Bu fonda təqaüdlərin adətən hər ayın 7-10-nu aralığında verilməsi heç kimə sirr deyil. Lakin bir neçə aydır pensiyaların hər ayın 14-ü verilməsi diqqət çəkir. Tarix dəyişikliyi isə vətəndaşlar tərəfindən narahatlıqla qarşılanır.

Bəs Pensiya ödənişlərinin ayın ortalarına çəkilməsi nə ilə bağlıdır? Bunun səbəbi nədir?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, pensiyaların əvvəlki aylarda olduğu kimi 8-9-u əvəzinə may ayının 14-nə keçirilməsi sistemli gecikmə hesab olunmur.

"Dövlət Sosial Müdafiə Fondu pensiyaları adətən hər ayın 8-15-i aralığında köçürür və konkret tarix sabit deyil. Bu isə həftəsonu günləri, bayramlar, bankların iş qrafiki və xəzinədarlıq əməliyyatlarının yükü ilə əlaqədardır.

May ayında bayram, eləcə də şənbə və bazar günlərinin olması ilə əlaqədar dövlət qurumları və banklar yalnız ayın 12-dən etibarən fəaliyyətə başlayır. Bu isə vəsaitin xəzinədarlıqdan banklara ötürülməsi və kartlara köçürülməsi prosesinin 1-2 iş günü uzanmasına gətirib çıxarır. Nəticədə ödənişlərin ayın 14-nə təsadüf etməsi qaçılmaz olur".

Akif Nəsirli vurğulayıb ki, bu hal yalnız may ayına aiddir və büdcədə vəsait çatışmazlığı və ya pensiyaların azaldılması kimi məsələlərlə bağlı deyil.

"Əvvəlki aylarda da pensiyaların 13-14-cü günlərdə ödənildiyi hallar müşahidə olunub. Qanunvericiliyə əsasən isə pensiyalar müvafiq ayın 15-dək ödənilməlidir, 8-9 tarixləri sadəcə praktiki olaraq formalaşmış ənənədir.

Vətəndaşların narahat olmasına əsas yoxdur və pensiyalar mayın 14-də kartlara köçürüləcək. Gələcək aylarda isə ödəniş tarixləri yenidən 8-9, yaxud digər günlərə düşə bilər. Əgər ödənişlər ayın 15-dən sonraya qalarsa, vətəndaşlara Dövlət Sosial

Müdafiə Fondunun 142 qaynar xətti ilə əlaqə saxlamaq tövsiyə olunur".

Məsələ ilə bağlı Dövlət Sosial Müdafiə Fondundan da KONKRET.az-a bildirilib ki, ölkə üzrə sosial ödənişlər, o cümlədən pensiyalar qanunvericiliyə görə ayın sonunadək ödənilməli olsa da, təsdiqlənmiş qrafik əsasında daha erkən tarixlərdə həyata keçirilir. Qurum qeyd edib ki, cari və növbəti ayların pensiyaları da əvvəlki dövrlərdə olduğu kimi ay yekunlaşmadan vətəndaşların bank kartlarına köçürüləcək.

Rəsmi açıqlamada o da vurğulanıb ki, Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar hər ayın 8-15-i aralığında, respublikanın digər bölgələrində, eləcə də güzəştli şərtlərlə təyin olunan pensiyalar isə 20-28-i aralığında ödənilir.

Qurum əlavə edib ki, sosial ödənişlərin konkret tarixləri barədə vətəndaşlara əvvəlcədən məlumat verilir və indiyədək cari ayın pensiyasının növbəti aya keçirilməsi kimi gecikmə halları qeydə alınmayıb.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 28561   Tarix: 10 may 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Nəcməddin Sadıkova 21 minlik armudu stəkan alan - Polkovnikin məhkəməsi başladı

Müdafiə Nazirliyinin xüsusilə külli miqdarda mənimsəmədə ittiham olunan İşlər İdarəsinin sabiq rəisi polkovnik Elnur Süleymanov və eyni idarədə işləmiş daha üç hərbçinin məhkəməsi başlayıb. "Qafqazinfo"nun məlumatına görə, cinayət işini Bakı Hərbi Məhkəməsinin sədri hakim Zeynal Ağayev araşdırır

18 sentyabr
.

Sabahın hava proqnozu: Bakıda 29 dərəcə isti olacaq

Bakıda və Abşeron yarımadasında sentyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 20-23 isti, gündüz 25-2

18 sentyabr
.

Adil Əmrahlı Allahı və peyğəmbəri təhqir etdi - VİDEO

Sosial şəbəkədə "Adil Black" ləqəbi ilə tanınan Adil Əmrahlı bu dəfə başından bir az da yuxarı "tullanaraq" Allahı və onun rəsulu Məhəmməd peyğəmbəri (s.ə.s.) təhqir edib. xəbər verir ki, A.Əmrahlı ABŞ-də yaşayan "Kolyaka" ləqəbli rusdilli strimerin "TikTok"d

17 sentyabr
.

DSX-nin tarixinə düşən general vəfat etdi

Azərbaycan Respublikasının Sərhəd Qoşunlarının ilk komandanı və ilk sərhədçi generalı İsgəndər İmanverdi oğlu Allahverdiyev vəfat edib. -ə istinadla xəbər verir ki, İsgəndər Allahverdiyev 11 fevral 1947-ci ildə Bakı şəhərində anadan olub. O, Azərbaycan dövlət sərhədinin mühafizəsi sisteminin formalaşmasınd

18 sentyabr
.

Tahir Gözel bu bankın rəhbəri oldu

"Azərbaycan Sənaye Bankı" ASC-nin Müşahidə Şurasının sədri dəyişib. "APA-Economics"ə istinadən xəbər verir ki, Tahir Gozal bankın Müşahidə Şurasının yeni sədri seçilib. O, bu vəzifədə qardaşı Əhməd Gozalı əvəz edib. Əhməd Gozal 2022-ci ildən "Azərbaycan Sənaye Bankı"nı

18 sentyabr
.

ADMİU-dan qovulan tələbə: "Sırğa taxdığıma görə..."

Ötən gün sosial şəbəkədə açdığı canlı yayım zamanı birinci kurs tələbələrinə qarşı hədə-qorxunu əks etdirən ifadələr işlətməsinə görə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetindən (ADMİU) qovulan Kənan Zindadil təhsil ocağına yenidən qaytarılmasını istəyir. xəbər verir ki, bu barədə o, ö

17 sentyabr
.

Qarabağın yeni reallıqları beynəlxalq diplomatik korpusun gözü ilə

Sentyabrın 11-12-də Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfəri regionda postmünaqişə reallıqlarının beynəlxalq diplomatik dairələr tərəfindən yerində müşahidə olunması baxımından diqqət çəkən hadisəyə çevrildi. İki gün davam edən səfərdə 58 ölkən

17 sentyabr
.

"Burger King" maaşımızı vermir" - Şikayət

"Burger King" restoranlar şəbəkəsinin keçmiş əməkdaşları maaşlarının ödənilməməsi ilə bağlı -a müraciət ediblər. Şikayətçilərin sözlərinə görə, 2023-cü ildən etibarən 30-dan çox keçmiş əməkdaşın əməkhaqqı tam ödənilməyib. Onlar problemin pandemiya dövründə, restoranların fəaliyyətini onlay

17 sentyabr
.

Bir qadının geyiminə görə onu təhqir etmək İslamın əxlaqına uyğun deyil - İlahiyyatçı

Naxçıvanda "Əshabi-Kəhf" ziyarətgahında çəkilən görüntülər dini məkanlarda davranış qaydaları ilə bağlı müzakirələri yenidən gündəmə gətirib. Belə məkanlarda geyim, foto və video çəkilişi, eləcə də ziyarətgahın müqəddəsliyinə və digər ziyarətçilərə münasibət məsələləri həm dini, həm də eti

18 sentyabr