"Ulu öndər Heydər Əliyevin siyasi və dövlət xadimi kimi zəngin fəaliyyəti Azərbaycan tarixinə qızıl hərflərlə həkk edilib" - Emil Əkbərov

"Ulu öndər Heydər Əliyevin siyasi və dövlət xadimi kimi zəngin fəaliyyəti Azərbaycan tarixinə qızıl hərflərlə həkk edilib" - Emil Əkbərov"Bu gün Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür. Bu gün hər bir azərbaycanlı ulu öndər Heydər Əliyevi dərin hörmət və ehtiramla anır. Bütün həyatını xalqına həsr etmiş Heydər Əliyevin siyasi və dövlət xadimi kimi zəngin fəaliyyəti Azərbaycan xalqının şərəfli tarixində dərin və pozulmaz izlər buraxaraq əsl dövlət idarəçiliyi məktəbinə çevrilib".

Bu sözləri Sonxeber.az-a danışan "BİG Media" MMC-nin rəhbəri Emil Əkbərov deyib.

Emil Əkbərov qeyd edib ki,Ulu Öndəri Heydər Əliyevin bütün fəaliyyətinin məqsədi Azərbaycanı güclü, demokratik dövlətə çevirmək və xalqına firavan həyat bəxş etmək idi:

"Azərbaycanın ən yeni tarixinin bütöv bir dövrü onun şərəfli adı və möhtəşəm fəaliyyəti ilə bağlıdır. Onun Azərbaycana otuz ildən çox rəhbərliyi dövründə ölkəmiz bütün sahələrdə böyük inkişaf yolu keçib. Ulu öndər Heydər Əliyev, Azərbaycanın müstəqillik qazanmasından sonra ölkənin inkişafı istiqamətində atdığı addımlarla böyük irs qoyub. Bu gün cənab prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin siyasi irsini uğurla davam etdirir. Ümummilli lider Heydər Əliyev her zaman dövlətinin və və xalqının mənafeyini hər şeydən üstün tutub. Hətta o, Azərbaycan dövlətinin, xalqının mənafeyi, müstəqilliyi və bütövlüyü uğrunda düşünmədən canını fəda etməyə hazır olan dahi şəxsiyyət idi. Heydər Əliyev müstəqil dövlətimizin qurucusu Azərbaycan tarixinin yetirdiyi ən böyük şəxsiyyətlərdən biridir.Hər zaman xalqımızın, dövlətimizin inkişafı, tərəqqi üçün çalışan Ulu Öndər Heydər Əliyev ömrünün sonuna qədər müstəqilliyimizin möhkəmləndirilməsi, dövlətçiliyimizin inkişafı üçün fədakarlıqla çalışıb. Ulu Öndər ölkəmizə rəhbərlik etdiyi dövrdə dövlətimizi zamanın ağır və sərt sınaqlarından çıxara bilib. Ən önəmlisi isə, ölkənin gələcək inkişaf strategiyasını müəyyən edərək onun həyata keçirilməsi üçün mühüm addımlar atıb. Ulu Öndərin Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövr xalqımızın tarixinə "Heydər Əliyev dövrü" kimi əbədi həkk olunub. Ümummilli lider Heydər Əliyev xarizmatik şəxsiyyət, fenomenal siyasətçi və dövlət xadimi kimi güclü, dərin və universal biliyə, qətiyyətə, qeyri-adi yaddaşa, tükənməz səbirə, uzaqgörənliyə və müdrikliyə sahib idi".

Emil Əkbərov qeyd edib ki, 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdıb xilaskarlıq missiyasını yerinə yetirməklə Azərbaycanın qarşısında geniş imkanlar açdı:

"Azərbaycan xalqı ulu öndər Heydər Əliyevin hakimiyyəti dövründə onun gücünün və siyasi iradəsinin şahidi oldu. Dövlətinin, xalqının gələcəyini düşünən rəhbər hər zaman inkişaf konsepsiyasını elə hədəflər üzərində qurur ki, davamlı inkişaf qaçılmaz olur. Zamanında Ulu Öndər bu nümunəni nümayiş etdirdi. Ümummilli lider Heydər Əliyev hazırladığı iqtisadi strategiyası ilə Azərbaycanı müstəqilliyinin yenidən bərpasının ilk illərinin çətinliklərindən, bəlalarından xilas etdi.Əlbəttə, müstəqilliyi əldə etmək qədər onu qorumaq da çətindir. Ulu Öndər Heydər Əliyevin apardığı daxili siyasət Azərbaycanın hər bir vətəndaşına azad, sərbəst yaşamaq hüquqlarını təmin etmək və öz rifahını yaxşılaşdırmaq imkanları yaradıb.

1993-2003-cü illərdə dövlətçilyimzin əsasları yaradıldı və bu günə qədər də cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir".

Emil Əkbərov Ulu Öndər Heydər Əliyevin ən böyük arzusunun torpaqlarmızın işğaldan azad edilməsi, ərazi bütövlüyümüzün bərpası olduğunu söyləyib:

"Ümummilli liderin bu arzusu onun layiqli davamçısı, güclü sərkərdə, Ali Baş Komandan İlham Əliyev tərəfindən reallaşdırılıb. Ölkəmizin ərazi bütövlüyü hərbi-siyasi yolla bərpa olunub. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın rəşadətli ordusu düşmənin belini qıraraq ərazi bütövlüyümüzü bərpa etdi. Üçrəngli bayrağımız Qarabağın döyünən ürəyi olan Şuşada, Kəlbəcərdə, Xankəndində və işğaldan azad olunmuş digər ərazilərdə qürurla dalğalanmaqdadır. Bu gün əminliklə deyə bilərik ki, ulu öndər Heydər Əliyevin axıra çatdıra bilmədiyi planları cənab Prezident İlham Əliyev uğurla həyata keçirməkdədir".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 82   Tarix: 10 may 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Ümummilli lider Heydər Əliyevin xatirəsi anılır - FOTO

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümündə hökumət və dövlət qurumlarının rəsmiləri, ictimaiyyət nümayəndələri dahi şəxsiyyətin xatirəsini anırlar. xəbər verir ki, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov və nazirliyin digər əməkdaşları, eləcə də Səhiyyə Nazirliyini

10 may
.

Sürücülərə ŞAD XƏBƏR - Cərimə balları ilə bağlı dəyişiklik təklifi

Qanunvericiliyə görə, yol hərəkəti qaydalarını pozan sürücü cərimə olunur və ona bəzi hallarda cərimə balı yazılır. Cərimə balı 20-ni keçdikdən sonra sürücünün sürücülük hüququ müvəqqəti olaraq məhdudlaşdırılır. Amma burada bir məsələ var ki, məsələn, dayanma-durma qaydalarının pozulmasına görə 60 mana

9 may
.

"Kartdan-karta" ödəniş edənlərə VACİB XƏBƏRDARLIQ

Son dövrlər pərakəndə ticarət və iaşə obyektlərində nağdsız ödənişlərin POS-terminallar vasitəsilə deyil, "kartdan-karta" köçürmə yolu ilə aparılması halları geniş yayılıb. Belə ki, vətəndaşlar bildirirlər ki, bəzi hallarda onlara bank kartı ilə rəsmi ödəniş etmək imkanı yaradılmır, yalnı

9 may
.

Hər ayın 8-i və ya 9-u ödənilən pensiyalar indi niyə 14-də verilir? - RƏSMİ AÇIQLAMA

Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə may ayı üçün pensiyaların ödəniş tarixi açıqlanıb. Məlumata görə, qeyd olunan ərazilərdə pensiyalar bu ayın 14-də vətəndaşların bank kartlarına köçürüləcək. Pensiya əhalinin sosial təminatı ilə bağlı vacib addım olduğundan, dövlət sözügedən məsələyə olduqc

10 may
.

Prezident və birinci xanım Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasının binasının tikintisi ilə tanış olublar - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 9-da 150 çarpayılıq Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasının binasının tikintisi ilə tanış olublar. AZƏRTAC-a istinadən xəbər verir ki, səhiyyə naziri Teymur Musayev dövlətimizin başçısına və birinci xanıma görülmü

9 may
.

Bu şəxslərin pensiyası İKİQAT ARTACAQ - ŞAD XƏBƏR!

"Prezident İlham Əliyevin imzaladığı "Əmək pensiyalarının indeksləşdirilməsi haqqında" Sərəncamla bu ilin əvvəlindən bütün növ əmək pensiyaları artırılıb. Yeni Sabah xəbər verir ki, artımlar əvvəlki ildəki orta aylıq əmək haqqının artım tempinə uyğun olaraq həyata keçirilib və bu prose

10 may
.

İşlədiyi bağçanın həyətindən meyiti tapıldı

Şəki şəhərində uşaq bağçasının həyətindən meyit tapılıb. "Qafqazinfo" xəbər verir ki, hadisə mayın 9-u saat 02 radələrində baş verib. Şəhər sakini 1980-ci il təvəllüdlü Rövşən Əlövsət oğlu Cəlilovun meyiti işlədiyi Bağbanlar küçəsindəki bağçanın həyətində aşkar edilib. Faktla bağlı araşdırm

9 may
.

Bakı sakinlərinə ŞAD XƏBƏR - 22 il sonra ilk yaşanır

"Bakı Metropoliteni" QSC-yə tramvay nəqliyyatının təşkili ilə bağlı səlahiyyət verilib. Bu addım paytaxtdakı tıxac probleminin həllinə necə təsir göstərəcək? Bakı küçələrinə qayıdacaq tramvaylardan sakinlər nə vaxt istifadə edə biləcək?. -a danışan nəqliyyat eksperti Elməddin Muradlı bildiri

10 may
.

Prezident İlham Əliyevin sakinlərlə səmimi dialoqu - VİDEO

Mayın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Cəbrayıl rayonunun Şükürbəyli kəndinə köçən sakinlərlə görüşüblər. xəbər verir ki, görüş zamanı sakinlərlə söhbət aparılıb. "Bir neçə gün bundan əvvəl kənd təsərrüfatı sərgisində idim. Orada da maraqlanırdım

9 may