İmtahandan əvvəl nə yeməli? - Diqqəti və yaddaşı gücləndirən qidalar

İmtahandan əvvəl nə yeməli? - Diqqəti və yaddaşı gücləndirən qidalarİmtahandan əvvəl nə yeyib-içdiyiniz sizin diqqətinizi, yaddaşınızı və enerji səviyyənizi birbaşa təsir edə bilər. Yaxşı xəbər budur ki, bunun üçün bahalı "super qidalara" ehtiyac yoxdur; sadəcə bəzi təməl qaydaları bilmək kifayətdir.

Milli.Az imtahan öncəsi qidalanma üçün qısa bələdçini təqdim edir:
Yavaş həzm olunan karbohidratlar: Sabit enerji təmin edir.

Protein: Sizi tox saxlayır.

Omeqa-3: Konsentrasiya (diqqəti toplamaq) ilə əlaqəlidir.

Su: Susuzluğun yaratdığı yorğunluğun qarşısını alır.

Şəkər və kofeini məhdudlaşdırmaq: Enerjinin qəfil düşməsinin qarşısını almaq üçün.

İmtahan səhəri ən yaxşı səhər yeməyi hansıdır?
Araştırmalar göstərir ki, səhər yeməyi yeyən tələbələr imtahanlarda daha yüksək nəticə göstərirlər. Yulaf sıyığı (gerkules) və ya tam buğda çörəyi kimi karbohidratlar enerjinin bədənə yavaş-yavaş yayılmasını təmin edir. Yanına qatıq və ya yumurta kimi protein əlavə etsəniz, daha uzun müddət tox qalarsınız.

Su içmək performansı artırırmı?
Hətta yüngül susuzluq belə baş ağrısına və yorğunluğa səbəb ola bilər ki, bu da diqqəti dağıdır. İmtahana su aparmaq yaxşı fikirdir; araşdırmalar göstərir ki, imtahan zamanı su içənlərin nəticələrində kiçik də olsa artım müşahidə olunur. Mütəxəssislər gündə 6-8 stəkan maye qəbul etməyi tövsiyə edir.

İmtahan hazırlığında tək bir "möcüzəvi qida" yoxdur, balanslı qidalanmaq lazımdır:

Qızılbalıq, skumbriya, sardinya və s. kimi balıqlar beyin sağlığı üçün vacib olan Omeqa-3 ilə zəngindir.

Toyuq, yumurta, loya (tofu) kimi qidalar sizi tox saxlayır və aclıq hissinin diqqətinizi dağıtmasına mane olur.

Tam buğda çörəyi, qəhvəyi düyü, tərəvəz və meyvələr enerji səviyyəsini sabit saxlayır.

Qırmızı ət, mərci və ispanaq kimi yaşıl yarpaqlı tərəvəzlər dəmir mənbəyidir. Dəmir əskikliyi diqqət problemlərinə və yorğunluğa yol açır.

Portağal və kivi kimi meyvələr immun sistemini dəstəkləyir.

İmtahandan əvvəl nələrdən qaçınmalı?
Gecə dərs oxuyarkən oyaq qalmaq üçün çay və kofeyə meyl etmək cazibədar görünə bilər, lakin bu, yuxu rejiminizi poza bilər. Kofeinə qarşı həssas olanlarda onun təsiri 12 saata qədər davam edə bilər. Həmçinin, şəkərli və qazlı enerji içkilərindən uzaq durmaq lazımdır; onlar enerjinizi qəfil artırsa da, bir müddət sonra enerjinin kəskin şəkildə düşməsinə və halsızlığa səbəb olur. İmtahan öncəsi yemək vaxtlarını qaçırmaq (ac qalmaq) da qan şəkərini düşürdüyü üçün məsləhət deyil.

Kifayət qədər yuxu almamaq yaddaşı zəiflədir və reaksiyalarınızı yavaşladır. Beyin hüceyrələri qısamüddətli yaddaşı uzunmüddətli yaddaşa ən səmərəli şəkildə məhz yuxu zamanı çevirir. Araşdırmalar göstərir ki, gecə təxminən 7 saat yatan tələbələr daha uğurlu olur. Yatmazdan ən azı üç saat əvvəl son yeməyinizi yeməyə çalışın. Əgər yatmazdan əvvəl acsınızsa, meyvə qurusu və ya bir stəkan ilıq süd içərək rahatlaşa bilərsiniz.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 557   Tarix: 10 may 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Kartof qaynadarkən 1 stəkan əlavə edin - dağılmır, qabığı öz-özünə soyulur

Mətbəxdə kartof qaynadarkən dağılmasının və ya isti qabığını soyarkən barmaqlarınızı yandırmağın qarşısını alan sadə bir üsul mövcuddur. Qaynama suyuna əlavə edilən 1 stəkan sirkə kartofun dağılmasının qarşısını alır və qabığının tək toxunuşla soyulmasını təmin edir. xəbər verir ki, kartofun tərkibindək

15 noyabr
.

Düyü bişirərkən bu səhvi etməyin

Düyü bişirərkən onun dibinin yapışqan, üst hissəsinin isə quru qalması bir çox insanın qarşılaşdığı problemdir. Bunun səbəbi hər zaman suyun miqdarı və ya bişirmə müddəti olmaya bilər. İstifadə edilən qazanın forması da yeməyin keyfiyyətinə təsir göstərir. Ölkə.az yerli mediaya istinadən xəbər veri

12 noyabr
.

Kərə yağını kimlər yeməməlidir? - Sağlamlıq problemi olanlar üçün vacib xəbərdarlıq

Kərə yağı gündəlik qidalanmada geniş istifadə olunsa da, hər kəs üçün eyni dərəcədə uyğun deyil. Süd zülalına allergiyası, yüksək xolesterini və ürək-damar xəstəlikləri olan şəxslər bu məhsulun istifadəsinə xüsusi diqqət yetirməlidirlər. Kərə yağında doymuş yağların miqdarı yüksəkdir. Onların həddində

14 noyabr
.

Unitaza buz kubları atmağa başladılar - səbəb

Sosial şəbəkələrdə klozete buz kubları ataraq sifonu çəkməkdən ibarət qeyri-adi təmizlik üsulu sürətlə yayılır. bu üsulun detallarını təqdim edir:. Tətbiqi necə həyata keçirilir? Bir-iki stəkan buz kubunu birbaşa klozete atıb bir neçə dəqiqə gözlədikdən sonra sifonu çəkmək kifayətdir. Su ilə hərəkə

7 noyabr
.

Arıqlamaq üçün 18:00-dan sonra yemək yeməyənlərə - Xəbərdarlıq

Endokrinoloq Qriqori Dolquşin arıqlamaq istəyən şəxslərin saat 18:00-dan sonra qidadan tamamilə imtina etməsinin sağlamlıq üçün zərərli olduğunu bildirib. "Qafqazinfo" xəbər verir ki, həkim bu barədə məlumat paylaşıb. Mütəxəssis izah edib ki, insan acqarına yatdıqda ya gecə yarısı oyanıb yemə

17 noyabr
.

24 saat fasiləsiz uçaraq Rekordlar Kitabına düşdü

"Airbus A350-100ULR" sərnişin təyyarəsi Avstraliyadan Fransaya 24 saat 24 dəqiqə fasiləsiz uçaraq Ginnesin Rekordlar Kitabına düşüb. "Qafqazinfo" xəbər verir ki, şirkətin sınaq uçuşu çərçivəsində Melburn və Tuluza şəhərləri arasında 23 min 155 kilometr məsafə qət edilib. Bu, kommersiy

10 noyabr
.

Əvvəl ağ idi: təkər şinləri niyə qara rəngdə istehsal olunur?

Bu gün yollarda gördüyümüz avtomobillərin demək olar ki, hamısının təkərləri qara rəngdədir. Lakin maraqlıdır ki, ilk avtomobil şinləri qara deyil, ağ rəngdə istehsal olunurdu. Bəs zamanla onların rəngi niyə dəyişdi?. xarici mediaya istinadən xəbər verir ki, avtomobil şinlərinin qara rəngdə olmasını

15 noyabr
.

Telefonları folqaya bükməyə başladılar - SƏBƏBİ...

Ağıllı telefon istifadəçiləri rəqəmsal gizlilik üçün maraqlı bir üsula müraciət edirlər. Cihazı kənar siqnallardan təcrid etmək məqsədilə alüminium folqadan istifadə olunması geniş müzakirə olunur. xəbər verir ki, telefonu alüminium folqaya bürümək cihazın xarici aləmlə qurduğu naqilsiz əlaqələri kəsmə

14 noyabr
.

Yarpaq dolmasının dağılmaması üçün bu üsuldan istifadə edin

Yarpaq dolması hazırlayarkən bir çox insanın qarşılaşdığı problemlərdən biri yeməyin bişmə zamanı dağılması, üst hissədəki dolmaların isə qurumasıdır. Lakin sadə bir mətbəx üsulu ilə bu problemin qarşısını almaq mümkündür. -a istinadən xəbər verir ki, yarpaq dolmasının bişərkən formasını qoruması üçü

16 noyabr