Telefonlar yuxu keyfiyyətini necə pozur?

Telefonlar yuxu keyfiyyətini necə pozur?"Yuxu beynin və orqanizmin bərpası üçün həyati əhəmiyyət daşıyır. Lakin telefon və sosial şəbəkələrin gecə istifadəsi yuxu keyfiyyətini pozur. Smartfon ekranlarından yayılan qısa dalğalı mavi işıq retinal reseptorlar vasitəsilə epifiz vəzində melatonin hormonunun sintezini azaldır. Melatonin yuxu-oyanıqlıq ritminin tənzimlənməsində əsas rol oynayır. Onun azalması yuxuya keçidi gecikdirir və dərin yuxu fazalarının strukturunu dəyişdirir. Bu isə səhər yuxudan oyandıqda yorğunluq, diqqət dağınıqlığı və emosional gərginlik kimi simptomlarla müşayiət olunur".

Milli.Az xəbər verir ki, bu fikirləri "Sağlam radio"nun (93 FM) "Sağlam səhər" efirində nevropatoloq Kəmalə İsmayılova açıqlayıb.

Onun sözlərinə görə, sosial şəbəkələrdə davamlı məlumat əldə etmək və davamlı mesaj yazmaq beyində dopamin sintezini artırır:

"Dopamin beyində və bədəndə çox vacib rol oynayan neyrotransmitterdir və insanın müsbət stimullara yönəlməsini təmin edir. Davamlı stimullaşma tolerantlıq yaradır. İstifadəçi daha çox stimula ehtiyac hiss edir və nəticədə telefon qarşısında keçirdiyi vaxt artır. Bu isə yuxu müddətinin azalmasına, yuxunun keyfiyyətinin pozulmasına və gündüz yorğunluğuna səbəb olur.

Bundan əlavə, sosial şəbəkələrdəki xəbər axını və informasiya çoxluğu emosional gərginliyi artırır. Stres, təşviş və narahatlıq yuxu strukturunu pozur, xüsusilə dərin yuxu fazasını zəiflədir. Belə hallarda yuxusuzluq, yuxuya getməkdə çətinlik və tez-tez yuxudan oyanma halları daha çox müşahidə olunur. İnsan beyni gündəlik informasiya axınına öyrəşdiyi üçün yuxu zamanı da bu məlumatları emal etməyə çalışır. Nəticədə yuxu dərinliyini qorumaq çətinləşir və bərpaedici proseslər tam baş vermir".

Kəmalə İsmayılova bildirib ki, yuxu keyfiyyətinin pozulması yalnız fiziki yorğunluğa səbəb olmur, həm də koqnitiv funksiyalara təsir edir:

"Diqqətin dağılması, yaddaşın zəifləməsi, emosional sabitliyin pozulması və qərar qəbul etmə bacarığının zəifləməsi müşahidə olunur. Gecə telefon istifadəsi həmçinin gündüz saatlarında əhval-ruhiyyə dəyişikliklərinə, əsəbilik və təşviş hallarının artmasına səbəb ola bilər. Buna görə də gecə saatlarında ekran qarşısında çox vaxt keçirmək uzunmüddətli olaraq yuxu strukturunu pozur və sağlam həyat tərzinə ciddi təsir göstərir.

Yuxunun bərpaedici funksiyası pozulduqda orqanizm daha tez yorulur, immun sistemi zəifləyir və gündəlik fəaliyyət üçün enerji səviyyəsi azalır. İnsan özünü daim yorğun, diqqəti dağılmış və emosional olaraq gərgin hiss edə bilər. Belə hallarda yuxu rejiminin pozulması ilə yanaşı, sosial fəaliyyətlərdə iştirak da azalır. Diqqət tələb edən tapşırıqlar çətinləşir və uzunmüddətli dövrdə həyat keyfiyyəti əhəmiyyətli dərəcədə təsirlənir".


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 474   Tarix: 10 may 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Qadının cansız bədəni sahilə vurdu, ətrafdakı insanlar heç nə olmamış kimi davam etdilər - VİDEO

Türkiyənin Muğla vilayətinin Milas rayonunda sərinləmək üçün dənizə girən qadın boğularaq həyatını itirib. xarici mediaya istinadla xəbər verir ki, bir müddət sonra qadının cansız bədəni dalğaların təsiri ilə sahilə çıxıb. Hadisə zamanı sahildə olan insanların baş verənlərə laqeyd qalaraq skamyalard

14 sentyabr
.

Mumiyalanmış insan qalıqları internetdə satılır: Həyəcan təbili

Bioarxeoloqlar sosial şəbəkələrdə, onlayn marketpleyslərdə və hərraclarda mumiyalanmış insan qalıqlarının satışının artması ilə bağlı sağlamlıq üçün real təhlükə barədə xəbərdarlıq ediblər. Alimlər bu qənaətə mumiyaların fraqmentlərinin satışı ilə bağlı 128 elan və paylaşımı araşdırdıqdan sonra gəliblər

17 sentyabr
.

65 və 82 faizli yağlar eyni deyil - Hansını harada istifadə etmək lazımdır?

Kərə yağında yağlılıq faizinin cəmi bir neçə faiz fərqlənməsi belə onun dadına, teksturasına və xüsusilə də bişirmə nəticəsinə ciddi təsir edə bilər. xəbər verir ki, kərə yağlarının əsas fərqi onların tərkibindəki suyun miqdarıdır. Məhsulda su nə qədər az olarsa, yağlılıq və dad bir o qədər yüksək olur

13 sentyabr
.

Ayla bağlı yeni kəşf: Alimləri təəccübləndirən an

ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi 2024-cü ildə yaranan və diametri 22 metr olan yeni krater kəşf edib. xəbər verir ki, bu bu barədə ABŞ aerokosmik agentliyi məlumat yayıb. Bildirilib ki, "Science Advances" elmi jurnalının mütəxəssisləri bu tapıntını Günəş sistemində indiyədə

17 sentyabr
.

Qorxulu yuxuların səbəbi - Açıqlandı

İnsanlarda yuxu pozuntusuna səbəb olan amillər və gecə kabuslarının əsas yaranma səbəbləri açıqlanıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə həkim Karema Maqomedova danışıb. Onun sözlərinə görə, gecə kabusları müxtəlif nevroloji pozuntular, o cümlədən yuxu zamanı tənəffüs pozuntuları səbəbində

18 sentyabr
.

Ən sakit itlər hansılardır? Demək olar ki, hürmürlər

Bu cinslərə aid itlər adətən digərləri ilə müqayisədə daha az və daha sakit hürürlər. Hürmək itlərin təbii ünsiyyət formasıdır. Lakin bəzi cinslər digərlərindən daha "danışqan" olur. Elə it cinsləri də var ki, demək olar, hürmür. bu 6 it cinsini təqdim edir:. Bununla belə, müəyyən bir it cinsini

15 sentyabr
.

Düyünü bişirəndə bunu əlavə edin: Dənə-dənə və ətirli alınacaq

Düyünü bahalı inqrediyentlərdən istifadə etmədən dənə-dənə, ətirli və dadlı bişirmək mümkündür. Peşəkar aşpazların istifadə etdiyi sadə üsullardan biri bişirmə zamanı düyüyə az miqdarda bitki yağı əlavə etməkdir. xarici mediaya istinadən xəbər verir ki, bir stəkan quru düyüyə təxminən bir xörək qaşığ

17 sentyabr
.

Dizlərdə xırtıltı nə vaxt təhlükə siqnalıdır? - Mütəxəssisdən AÇIQLAMA

"Gəzinti və ya əyilmə zamanı dizlərdə yaranan səs və xırtıltılar əksər hallarda sağlamlıq üçün heç bir təhlükə yaratmır". "The Mirror" nəşrinə istinadən xəbər verir ki, bunu osteopat (xəstəliklərin diaqnostikası və müalicəsini dərmansız, yalnız əllərin toxunması və xüsusi hərəkətlərl

17 sentyabr
.

İnsanlar səhvlərini etiraf etməkdən niyə çəkinirlər? - Psixoloq

Son vaxtlar cəmiyyətdə insanların bir-birini anlamaqda çətinlik çəkdiyi müşahidə olunur. Bu tendensiyanı sosial şəbəkələrdə də aydın şəkildə görmək mümkündür. Empatiya çatışmazlığı, başqalarını ittiham etmək, mühakimə etmək və onların səhvlərini axtarmaq getdikcə daha geniş yayılır. Bəs bu vəziyyət cəmiyyət

17 sentyabr