Bir teleqramın tarixçəsi: Sabir Rüstəmxanlının Heydər Əliyevlə bağlı unudulmaz xatirəsi
"Ümummilli lider Heydər Əliyev Azərbaycan tarixinin ən parlaq simalarındandır".
Bunu Oxu.Az-a sabiq deputat, xalq şairi Sabir Rüstəmxanlı deyib.
O bildirib ki, Heydər Əliyev barəsində saatlarla danışmaq olar:
"O bizim tariximizin ən parlaq şəxsiyyətlərindən biridir. Ən çətin günlərdə Azərbaycan dövlətçiliyini mühafizə edən, qoruyan bir şəxs olub. Azərbaycanda - bir əyalət şəhərində böyüyüb keçmiş SSRİ-nin Siyasi Büro üzvü, baş nazirin birinci müavini olmaq, Nazirlər Kabinetində ən yüksək vəzifə tutmaq, dünyada hörmətli siyasətçi olmaq və tanınmaq hər adama qismət olan bir məsələ deyil. Heydər Əliyev, şübhəsiz öz bacarığı və fitri istedadı ilə buna nail olub. O, ömrünün sonuna qədər "Mən fəxr edirəm ki, azərbaycanlıyam" deyərək yaşadı".
Sabir Rüstəmxanlı vurğulayıb ki, ümummilli lider ədəbiyyata da yüksək dəyər verib:
"Azərbaycan yazıçısı və onu şəxsən tanıyan bir adam kimi, onun ədəbiyyat və mədəniyyətə nə qədər yüksək dəyər verdiyinin şahidi olmuşam. İlk dəfə yazıçıların qurultaylarında Azərbaycan dilində danışıb. Qurultay öncəsi yazıçıları qəbul edirdi, onların bütün fikirlərini dinləyirdi. Azərbaycanda yazıçıların əsərlərinin dərc olunması, onların əsərləri əsasında filmlərin çəkilməsi, dünyada tanıdılması istiqamətində görülmüş işlər son dərəcə əhəmiyyətlidir və onun mədəniyyətə verdiyi yüksək dəyəri göstərir. Bunların hər biri onun dövlətçiliyə və millətin tarixinə dərin bağlılığını göstərir".
O, Heydər Əliyevlə bağlı yaddaşından heç vaxt silinməyən xatirəsindən bəhs edib:
"Heydər Əliyevlə bağlı xatirələrim çoxdur. Mən bu xatirələrimi ayrıca yazmışam.
Mənim 27-28 yaşım var idi. O vaxt "mən yazıçıyam, qəzetdə işləyirəm, jurnalistəm. Amma gecələr bu boyda Bakıya baxıram ki, mənim burada bir evim də yoxdur. Onda nə yazım, vətəndən necə yaza bilərəm?" - deyə bir teleqram vurmuşdum. 10-15 gün keçməmiş məni Yazıçılar İttifaqına çağırdılar ki, Heydər Əliyevə nə teleqram vurmusunuz? Dedim ki, evim yoxdur. Qısa müddətdə mənə ev verdilər. Yəni bu, mənim həyatımda onunla bağlı yadda qalan bir hadisədir. O yaşda mənim evim olmuşdu. 50 yaşımda özü gəlmişdi və təxminən üç saatlıq yubiley tədbirində iştirak etmişdi. 50 yaşımda Opera və Balet Teatrında keçirilən yubiley tədbirimə özü gəldi və axıra qədər iştirak etdi. Bunlar hamısı unudulmaz xatirələrdir".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 391 Tarix: 10 may 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşSəməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini
18 sentyabr 2021Bakıda binalarda liftlərin ehtiyyat hissələri belə oğurlanıb - VİDEO
Bakının Xətai rayonunda binalarda liftlərin ehtiyyat hissələrini və zirzəmilərdən keçən elektrik xəttlərini oğurlayan şəxs saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən -a verilən məlumata görə, Xətai Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı qeyd edilən hadisələr
17 sentyabr 2021TƏBİB-ə yeni səlahiyyət verildi
Doğumun qeydə alınması qaydası dəyişib. Bu haqda məlumat Baş nazir Əli Əsədovun imzaladığı "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"da öz əksini tapıb. Dəyişikliyə əsasən, doğum haqqında məlumat (uşağın doğum tarixi və cinsi, ananın soyadı, adı, atasının adı, yaşayış yeri
17 sentyabr 2021Prezident Xalq artistinə mənzil verdi
Prezident İlham Əliyev Azərbaycan Respublikasının Xalq artisti, görkəmli tarzən Vamiq Məmmədəliyevə mənzil verib. Bu barədə Xalq artisti özü sosial şəbəkə hesabında məlumat verib. O qeyd edib ki, 75 illik yubileyi münasibəti ilə bağlı mənzil şəraitinin yaxşıllaşdırılaması üçün İlham Əliyev tərəfində
17 sentyabr 2021Azərbaycanda xarici diplomların tanınması qaydası dəyişir
"Xarici kvalifikasiyaların (diplomların) tanınması qaydalarına dəyişiklik edilməsi ilə bağlı hökumətə yeni layihə təqdim edilib. Yaxın bir ayda diplomların tanınması başqa formata keçəcək". xəbər verir ki, bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) İdarə Heyətinin sədri Eldar Oruco
17 sentyabr 2021Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ
2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu
18 sentyabr 2021Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO
Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət
18 sentyabr 2021