Ayılar yatmır, "meditasiya" edir: Heyvanlar qışda necə sağ qalır?

Ayılar yatmır, "meditasiya" edir: Heyvanlar qışda necə sağ qalır?Heyvanlar qışdan sağ çıxmaq üçün müxtəlif üsullar inkişaf etdirib. Bəziləri isti ölkələrə köçür, digərləri isə qalın xəzlə uyğunlaşır. Ayılar isə nağıllardan da məlum olduğu kimi qışda "yatır". Lakin mütəxəssislər bunun tam olaraq yuxu olmadığını bildirirlər.

Qaynarinfo xəbər verir ki, "National Forests" ekspertlərinin izahına görə, qış yuxusu orqanizmin enerji sərfini azaltmaq üçün yaranan xüsusi vəziyyətdir. Bu zaman bədən temperaturu enir, nəfəs və ürək döyüntüsü yavaşlayır.

Məsələn, bəzi gəmiricilərdə ürək döyüntüsü dəfələrlə azalır, lakin onlar vaxtaşırı oyanaraq qida ehtiyatlarından istifadə edirlər. Ayılarda isə vəziyyət bir qədər fərqlidir.

Ayılarda "qış yuxusu" əslində nədir?

Alimlər bildirirlər ki, ayılar klassik qış yuxusuna getmir, əksinə "torpor" adlanan daha yüngül bir vəziyyətə düşürlər. Bu, sanki "meditasiya"ya bənzəyir.

Bu halda bədən temperaturu çox aşağı düşmür, amma heyvanlar 100 gündən çox yemək və su olmadan yaşaya bilirlər. Orqanizm isə maddələr mübadiləsi məhsullarını yenidən emal edərək enerji əldə edir.

Ayılar niyə qışda "yatır"?

Qışda qida tapmaq çətinləşir və enerji sərfi çox olur. Buna görə də torpor ayılar üçün sağ qalma mexanizmidir.

Əsas fərq ondadır ki, ayı təhlükə hiss edərsə, tez oyana bilir. Məsələn, dişi ayılar bala doğmaq üçün bu vəziyyətdən müvəqqəti çıxırlar.

Ayılar yayda yatırmı?

Torpor yalnız qışa aid deyil. Qida çatışmazlığı və ya kəskin şərait dəyişməsi zamanı ayılar ilin digər fəsillərində də bu vəziyyətə düşə bilirlər.

Kiçik heyvanlar daha çox "həqiqi qış yuxusu"na gedir, iri heyvanlar isə əsasən torpor istifadə edir. Ayılar, yenotlar və skunkslar bu tipə aiddir.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 715   Tarix: 11 may 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Quru meyvələrin gizli təhlükəsi: Həkim normadan artıq yeməməyi tövsiyə edir

"Quru meyvələrin şirniyyat və konfetlərə sağlam alternativ olması barədə düşüncələr heç də həmişə özünü doğrultmur". xəbər verir ki, bunu -ya rusiyalı həkim-qastroenteroloq Yekaterina Kaşux deyib. O bu cür qidalardan həddindən artıq istifadənin yolverilməz olduğunu vurğulayıb. Mütəxəssisi

15 sentyabr
.

Televizorun qarşısında yatanlara BƏD XƏBƏR - Ürəyiniz təhlükədədir

Televizoru açıq saxlayaraq yatmaq yuxunun keyfiyyətini poza və ürək-damar sisteminə əlavə yük yarada bilər. xarici mediaya istinadən xəbər verir ki, kardioloqlar gecə televizor qarşısında yatmaq vərdişindən imtina etməyi məsləhət görürlər. Mütəxəssislərin sözlərinə görə, yuxu zamanı orqanizm, o cümlədə

14 sentyabr
.

Mətbəx çanağına sirkə püskürtsəniz nə baş verər? - SADƏ ÜSUL

Mətbəx çanağı hər gün yağ, qida qalıqları və su ilə təmasda olur. Buna görə də mütəmadi yuyulmasına baxmayaraq, onun üzərində ləkələr, ərp və xoşagəlməz qoxu yarana bilər. Məlum olub ki, hərtərəfli təmizlik üçün həmişə məişət kimyəvi vasitələrinə ehtiyac yoxdur. Adi sirkə də bu işdə kömək edə bilər

13 sentyabr
.

İtaliyalı qadın hakim sosial şəbəkədə gündəm oldu

İtaliya A Seriyasında keçirilən "Genoa" - "Frosinone" matçında köməkçi hakim kimi vəzifə alan Giuliana Vigile qarşılaşmadan sonra sosial şəbəkələrdə diqqət mərkəzinə düşüb. xarici mediaya istinadla xəbər verir ki, Vigile-nin matç zamanı hakim forması ilə çəkilmiş görüntüləri ilə yanaşı

14 sentyabr
.

Pis yuxu insan beynini qocaldır?

"Yuxu beynin təmizlənmə vaxtıdır. Heyvan modellərində göstərildiyi kimi, dərin yuxu zamanı beyin hüceyrələri arasındakı məsafə genişlənir və qlimfatik sistem adlanan axın gün ərzində yığılan metabolik tullantıları, o cümlədən beta-amiloidi yuyub aparır". Bu fikirləri Səhiyyə Nazirliyinin rəsm

13 sentyabr
.

Ayla bağlı yeni kəşf: Alimləri təəccübləndirən an

ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi 2024-cü ildə yaranan və diametri 22 metr olan yeni krater kəşf edib. xəbər verir ki, bu bu barədə ABŞ aerokosmik agentliyi məlumat yayıb. Bildirilib ki, "Science Advances" elmi jurnalının mütəxəssisləri bu tapıntını Günəş sistemində indiyədə

17 sentyabr
.

Ən sakit itlər hansılardır? Demək olar ki, hürmürlər

Bu cinslərə aid itlər adətən digərləri ilə müqayisədə daha az və daha sakit hürürlər. Hürmək itlərin təbii ünsiyyət formasıdır. Lakin bəzi cinslər digərlərindən daha "danışqan" olur. Elə it cinsləri də var ki, demək olar, hürmür. bu 6 it cinsini təqdim edir:. Bununla belə, müəyyən bir it cinsini

15 sentyabr
.

Alimdən qorxunc proqnoz: Süni intellekt supervulkanlardan daha təhlükəlidir

"Süni intellekt bütöv şəhərləri məhv edə biləcək supervulkan püskürmələri ilə müqayisədə insanlıq üçün daha ciddi təhlükə mənbəyidir". -ın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bunu ABŞ-nin Vayominq Universitetinin geologiya və geofizika professoru Kennet Sims deyib. "Mə

17 sentyabr
.

Bir ev puluna bütün kəndi satın aldı

ABŞ-li sahibkar Jason Lee Beckwith İspaniyanın Zamora əyalətində 37 ildir heç kimin yaşamadığı Salto de Castro kəndini 310 min avroya satın alıb. xarici mediaya istinadla xəbər verir ki, satış nəticəsində sahibkar yalnız kəndin torpaqlarına deyil, ərazidə yerləşən çoxsaylı tikililərə də sahib olub. Kəndd

14 sentyabr