Saçlarınız niyə tez yağlanır? - 5 gizli səhv

Saçlarınız niyə tez yağlanır? - 5 gizli səhvSaçlarınızı hər gün yumağınıza baxmayaraq tez yağlanır və solğun görünürsə, diqqətli olun. Problem istifadə etdiyiniz şampunda deyil, hamamda fərqinə varmadan etdiyiniz gündəlik səhvlərdə ola bilər.

Lent.az bu 5 səhvi təqdim edir:

Bir çox insan parlaq, dolğun və sağlam saçlara sahib olmaq üçün bahalı saç baxım məhsullarına üz tutur. Lakin mütəxəssislərin fikrincə, saçın keyfiyyətini müəyyən edən əsas amil məhsullardan çox, duş zamanı tətbiq edilən yuma və qurutma vərdişləridir. Əgər saçlarınız gün bitmədən sönür və ya sürətlə yağlanırsa, fərqində olmadan etdiyiniz kiçik səhvlər saç sağlamlığınızı təhlükə altına sala bilər. Hamam vərdişlərinizi tamamilə dəyişəcək əsas qaydalar bunlardır:

İsti su tələsinə düşməyin

Xüsusilə soyuq havalarda isti duş rahatlaşdırıcı görünsə də, saç telləri və baş dərisi üçün bu, ciddi zərər yarada bilər. Həddindən artıq isti su baş dərisinin təbii yağ balansını pozur və quruluğa səbəb olur.

Quruyan baş dərisi özünü qorumaq üçün daha çox yağ ifraz etməyə başlayır. Bu isə saçların daha tez yağlı görünməsinə səbəb olur. Bundan əlavə, isti su saç tellərinin xarici qatını açaraq nəmin tez itməsinə və saçların mat görünməsinə yol açır.

Sağlam görünüş üçün duşu ilıq su ilə almaq, sonda isə saçları sərin su ilə yaxalamaq tövsiyə olunur. Bu, saç tellərinin səthini bağlayaraq əlavə parlaqlıq verir.

Şampunu yanlış nahiyəyə tətbiq etməyin

Ən çox edilən səhvlərdən biri şampunu saçın hər yerinə, xüsusilə də uclara çox çəkməkdir. Halbuki əsas təmizlənməli hissə yağ və çirkin toplandığı baş dərisidir.

Şampun birbaşa saç diblərinə çəkilməli və barmaq ucları ilə yumşaq şəkildə masaj edilərək yayılmalıdır. Yuyulma zamanı saç diblərindən aşağı axan köpük saç uclarını təmizləmək üçün kifayət edir.

Saç kremini diblərə vurmayın

Saç kremi telləri yumşaltmaq və daranmanı asanlaşdırmaq üçün faydalıdır. Lakin yanlış istifadə edildikdə saçları ağırlaşdırır.

Krem heç vaxt saç diblərinə çəkilməməlidir. Saç diblərinə dəyən krem məsamələri bağlayaraq saçların sönük və yağlı görünməsinə səbəb olur. Ən düzgün üsul kremi qulaq səviyyəsindən başlayaraq yalnız saç uclarına tətbiq etməkdir. Həmçinin kremi saçda uzun müddət saxlamaq əvəzinə, tövsiyə olunan vaxtdan sonra yaxşıca yumaq həcmli saç görünüşü üçün vacibdir.

Durulama mərhələsi tam təmizlənənə qədər davam etməlidir

Saç baxımında ən vacib, amma ən çox diqqətdən kənarda qalan mərhələ durulamadır. Saçda qalan ən kiçik şampun və ya krem qalığı quruduqdan sonra saçların matlaşmasına və tellərin bir-birinə yapışaraq ağır görünməsinə səbəb olur.

Saçınızın tam təmizləndiyinə əmin olana qədər bol su ilə yaxalamağa davam edin. Barmaq uclarınızla baş dərisini yüngül şəkildə masaj edərək qalıqları təmizləyin.

Saçın həqiqətən təmiz olduğunu əl ilə toxunduqda yaranan "xışıltılı" hissdən anlamaq mümkündür.

Dəsmalla sərt davranmaq saç qırılmasının əsas səbəbidir

Saçın ən həssas olduğu an islanmış vəziyyətdə olduğu vaxtdır. Bir çox insan duşdan çıxdıqdan sonra saçlarını dəsmalla sərt şəkildə ovuşduraraq qurutmağa çalışır. Bu hərəkət saç tellərinin bir-birinə sürtünərək zədələnməsinə və ciddi qırılmalara səbəb olur.

Bunun əvəzinə saçınızı dəsmala bükərək yumşaq şəkildə sıxmaqla artıq suyu alın. İmkan varsa, adi dəsmal əvəzinə mikrofiber dəsmal və ya yumşaq pambıq köynək istifadə etmək saçdakı elektriklənməni minimuma endirərək daha hamar quruma təmin edir.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 4874   Tarix: 12 may 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Kartof qaynadarkən 1 stəkan əlavə edin - dağılmır, qabığı öz-özünə soyulur

Mətbəxdə kartof qaynadarkən dağılmasının və ya isti qabığını soyarkən barmaqlarınızı yandırmağın qarşısını alan sadə bir üsul mövcuddur. Qaynama suyuna əlavə edilən 1 stəkan sirkə kartofun dağılmasının qarşısını alır və qabığının tək toxunuşla soyulmasını təmin edir. xəbər verir ki, kartofun tərkibindək

15 noyabr
.

Düyü bişirərkən bu səhvi etməyin

Düyü bişirərkən onun dibinin yapışqan, üst hissəsinin isə quru qalması bir çox insanın qarşılaşdığı problemdir. Bunun səbəbi hər zaman suyun miqdarı və ya bişirmə müddəti olmaya bilər. İstifadə edilən qazanın forması da yeməyin keyfiyyətinə təsir göstərir. Ölkə.az yerli mediaya istinadən xəbər veri

12 noyabr
.

Kərə yağını kimlər yeməməlidir? - Sağlamlıq problemi olanlar üçün vacib xəbərdarlıq

Kərə yağı gündəlik qidalanmada geniş istifadə olunsa da, hər kəs üçün eyni dərəcədə uyğun deyil. Süd zülalına allergiyası, yüksək xolesterini və ürək-damar xəstəlikləri olan şəxslər bu məhsulun istifadəsinə xüsusi diqqət yetirməlidirlər. Kərə yağında doymuş yağların miqdarı yüksəkdir. Onların həddində

14 noyabr
.

Unitaza buz kubları atmağa başladılar - səbəb

Sosial şəbəkələrdə klozete buz kubları ataraq sifonu çəkməkdən ibarət qeyri-adi təmizlik üsulu sürətlə yayılır. bu üsulun detallarını təqdim edir:. Tətbiqi necə həyata keçirilir? Bir-iki stəkan buz kubunu birbaşa klozete atıb bir neçə dəqiqə gözlədikdən sonra sifonu çəkmək kifayətdir. Su ilə hərəkə

7 noyabr
.

Arıqlamaq üçün 18:00-dan sonra yemək yeməyənlərə - Xəbərdarlıq

Endokrinoloq Qriqori Dolquşin arıqlamaq istəyən şəxslərin saat 18:00-dan sonra qidadan tamamilə imtina etməsinin sağlamlıq üçün zərərli olduğunu bildirib. "Qafqazinfo" xəbər verir ki, həkim bu barədə məlumat paylaşıb. Mütəxəssis izah edib ki, insan acqarına yatdıqda ya gecə yarısı oyanıb yemə

17 noyabr
.

24 saat fasiləsiz uçaraq Rekordlar Kitabına düşdü

"Airbus A350-100ULR" sərnişin təyyarəsi Avstraliyadan Fransaya 24 saat 24 dəqiqə fasiləsiz uçaraq Ginnesin Rekordlar Kitabına düşüb. "Qafqazinfo" xəbər verir ki, şirkətin sınaq uçuşu çərçivəsində Melburn və Tuluza şəhərləri arasında 23 min 155 kilometr məsafə qət edilib. Bu, kommersiy

10 noyabr
.

Əvvəl ağ idi: təkər şinləri niyə qara rəngdə istehsal olunur?

Bu gün yollarda gördüyümüz avtomobillərin demək olar ki, hamısının təkərləri qara rəngdədir. Lakin maraqlıdır ki, ilk avtomobil şinləri qara deyil, ağ rəngdə istehsal olunurdu. Bəs zamanla onların rəngi niyə dəyişdi?. xarici mediaya istinadən xəbər verir ki, avtomobil şinlərinin qara rəngdə olmasını

15 noyabr
.

Telefonları folqaya bükməyə başladılar - SƏBƏBİ...

Ağıllı telefon istifadəçiləri rəqəmsal gizlilik üçün maraqlı bir üsula müraciət edirlər. Cihazı kənar siqnallardan təcrid etmək məqsədilə alüminium folqadan istifadə olunması geniş müzakirə olunur. xəbər verir ki, telefonu alüminium folqaya bürümək cihazın xarici aləmlə qurduğu naqilsiz əlaqələri kəsmə

14 noyabr
.

Yarpaq dolmasının dağılmaması üçün bu üsuldan istifadə edin

Yarpaq dolması hazırlayarkən bir çox insanın qarşılaşdığı problemlərdən biri yeməyin bişmə zamanı dağılması, üst hissədəki dolmaların isə qurumasıdır. Lakin sadə bir mətbəx üsulu ilə bu problemin qarşısını almaq mümkündür. -a istinadən xəbər verir ki, yarpaq dolmasının bişərkən formasını qoruması üçü

16 noyabr