Saxta xamanı necə tanımaq olar?
Mağazadan xama alan istehlakçılar bəzən keyfiyyətsiz və ya saxta məhsulla qarşılaşa bilirlər. İstehsalçılar süd yağının çatışmazlığını müxtəlif kimyəvi əlavələr və aromatizatorlarla gizlətməyi bacarırlar.
Milli.Az xəbər verir ki, bu barədə qida eksperti danışıb.
Mütəxəssisin sözlərinə görə, məhsulun həqiqi dadını və keyfiyyətini anlamaq üçün onu soyuducudan çıxarıb otaq temperaturuna qədər gözləmək lazımdır. Soyuq halda xama öz real xüsusiyyətlərini gizlədə bilər.
"Xamanın dadını düzgün qiymətləndirmək üçün onu otaq temperaturuna qədər isinməyə qoymağı tövsiyə edirəm. İsidikcə məhsulun dadı daha aydın hiss olunur və reseptorlarımız buna daha həssas reaksiya verir", - deyə ekspert bildirib.
Onun sözlərinə görə, məhsulun keyfiyyətini müəyyən etməyin ən sadə yollarından biri qoxudur. Xüsusilə qeyri-süd yağlarının istifadəsini qoxu vasitəsilə anlamaq mümkündür.
"Əgər xamanın qoxusu qənnadı məhsullarını xatırladırsa, bu, aromatizatorlardan istifadə olunduğunu göstərə bilər", - deyə mütəxəssis vurğulayıb.
Ekspert qeyd edib ki, həqiqi mağaza xaması ev xaması kimi kəskin və şirin qoxu verməməlidir. Əks halda, istehsalçı süd yağının azlığını və ya olmamasını gizlətmək üçün əlavə ətirləndiricilərdən istifadə etmiş ola bilər.
"Əgər xamadan tort və ya şirniyyat qoxusuna bənzər qoxu gəlirsə, bu artıq məhsulun saxtalaşdırılması ilə bağlı şübhə yaratmaq üçün əsasdır", - deyə o, əlavə edib.
Bundan başqa, istehsalçılar məhsulun görünüşünü yaxşılaşdırmaq üçün müxtəlif qatılaşdırıcılardan da istifadə edə bilirlər. Bunlara quar və ksantan qatqıları, keçibuynuzu qatranı, dəniz yosunlarından əldə edilən əlavələr, eləcə də nişasta daxildir.
Mütəxəssis bildirib ki, əvvəllər geniş yayılmış yod testi artıq saxta məhsulları müəyyən etmək üçün etibarlı üsul hesab edilmir. Çünki müasir texnologiyalar məhsulların saxtalaşdırılmasını daha mürəkkəb edib.
Sonda ekspertlər xatırladıblar ki, qatıq gündəlik istifadə üçün xamadan daha faydalı hesab olunur. Bunun əsas səbəbi qatığın bağırsaq mikroflorasını dəstəkləyən probiotiklərlə zəngin olmasıdır.
Xama da faydalı vitamin və yağlar ehtiva etsə də, mütəxəssislər onu daha çox yeməklərə əlavə kimi və ölçülü şəkildə istifadə etməyi məsləhət görürlər.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 664 Tarix: 27 may 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşDaha bir vəkil həbs edildi
Azərbaycanda daha bir vəkil həbs edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, vəkil Elçin Əmirov polis tərəfindən tutulub. 9 saylı vəkil bürosunda fəaliyyət göstərən vəkil polisə daxil olan vətəndaş şikayəti əsasında cinayət məsuliyyətinə cəlb edilib. Ona qarşı Cinayət Məcəlləsinin 178.2.2-c
16 noyabrNovxanıda sərnişinlər avtobusda ekstrim yaşadı - Video
Paytaxtın Zabrat qəsəbəsi ilə Novxanı qəsəbələrini birləşdirən 537 saylı müntəzəm marşrut xəttində maraqlı anlar yaşanıb. "Qafqazinfo" xəbər verir ki, Novxanı qəsəbəsi istiqamətində əsas yolun bağlı olması səbəbindən nəqliyyat vasitələri çimərliklərin ərazisi ilə hərəkət etməli olub. Bu zama
16 noyabrŞəmkirdə meyiti tapılanlarla bağlı - Yeni detallar
Ötən gün Şəmkirdə evdə iki nəfərin meyitinin tapılması ilə bağlı bəzi təfərrüatlar üzə çıxıb. "Qafqazinfo" xəbər verir ki, ilkin araşdırmalar zamanı rayonun Varlı Həyat kəndində 1968-ci il təvəllüdlü Rəfi Mustafayevin özünə məxsus evdə qeyri-rəsmi münasibətdə yaşadığı qadını qətlə yetirməsin
17 noyabrUşaqları nəzarətsiz qoymayın! - Nazirlikdən müraciət
Fövqəladə Hallar Nazirliyi (FHN) uşaqların təhlükəsizliyi ilə bağlı əhaliyə müraciət edib. xəbər verir ki, müraciətdə deyilir:. "Fövqəladə Hallar Nazirliyi tərəfindən əhali arasında aparılan kütləvi maarifləndirmə işlərinə baxmayaraq, bir sıra hallarda azyaşlıların nəzarətsiz qalması nəticəsind
17 noyabrMediaya ayrılan pul çox azdır - Deputat
Mediaya ayrılan pul çox azdır. xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında 2027-ci ilin dövlət büdcəsi zərfinin müzakirəsində deputat Hikmət Babaoğlu deyib. Deputat bildirib ki, düşüncəni, milli düşüncə platformasının keyfiyyətini təyin edən mediadır, televiziyalardır, televiziy
16 noyabrDin xadimləri ilə bağlı iddiaya - Rəsmi reaksiya
"Son günlər bəzi media subyektlərində və sosial şəbəkələrdə Azərbaycan Respublikasının Dövlət Qulluğu Məcəlləsində din xadimləri ilə bağlı guya əvvəllər mövcud olmayan yeni məhdudiyyətin tətbiq edildiyi barədə həqiqətə uyğun olmayan məlumatlar yayılıb. Mövcud qanunvericilik aktları nəzərə alınmada
17 noyabrAzərbaycanlı aktyorlar məşhur Yaponiya serialında - Fotolar
Azərbaycan aktyorları məşhur Yaponiya serialında rol alıblar. "Qafqazinfo" xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Kino Agentliyi (ARKA) məlumat yayıb. Bildirilib ki, Yaponiyanın TBS telekanalının məşhur "VIVANT" serialının ikinci mövsümünün genişmiqyaslı çəkilişlər
18 noyabrBakıda külək hasarı aşırdı - Qadın daşların altında qalıb öldü
Güclü külək Bakıda bədbəxt hadisəyə səbəb olub. "Qafqazinfo" xəbər verir ki, dünən saat 18:30 radələrində güclü külək Binəqədi rayonu Xocəsən qəsəbəsi Şollar küçəsi 100 ünvanındakı həyətin hasarını uçurub. Nəticədə, orada piyada hərəkət edən 1978-ci il təvəllüdlü Nuriyeva Samirə Nəsir qız
16 noyabr