Smartfonun uzunömürlülüyünün sirri: Batareyanı qorumağın yolları
Smartfonlarda istifadə olunan litium-ion batareyalar zamanla öz xüsusiyyətlərini itirir. Çünki təxminən 500 enerji yığma dövründən sonra onların tutumu sürətlə azalır.
Qaynarinfo xəbər verir ki, "Blikk" nəşrinin yazdığına görə, hətta bahalı cihaz sahibləri də fərqinə varmadan batareyanın ömrünü qısaldırlar. Lakin ekspertlər bildirirlər ki, bir neçə sadə qaydaya əməl etməklə batareyanın köhnəlməsini yavaşlatmaq mümkündür.
Mütəxəssislərin sözlərinə görə, telefon intensiv istifadə olunduqda enerji ehtiyatı təxminən ilyarım ərzində kritik həddə çatır və bundan sonra cihaz daha sürətlə enerji itirməyə başlayır.
Nəşr izah edir ki, telefon, planşet və noutbuklarda litium-ion batareyaların istifadə müddəti enerji yığma dövrləri ilə ölçülür. Tam dövr cihazın 0 faizdən 100 faizə qədər enerji ilə doldurulması deməkdir. Dövrlərin sayı artdıqca batareyanın tutumu azalır.
Batareya daxilində baş verən kimyəvi reaksiyalar hər enerji yığma prosesində mikroskopik çöküntülər yaradır. Təxminən 500 tam dövrdən sonra bu çöküntülər kritik həddə çatır və batareyanın strukturuna ciddi zərər vuraraq tutumun kəskin azalmasına səbəb olur.
100 faizi unudun
Ekspertlər smartfonun uzunömürlü olması üçün əsas qaydanı açıqlayıblar: enerji səviyyəsini mümkün qədər 25-85 faiz arasında saxlamaq lazımdır.
Onların sözlərinə görə, litium-ion batareyalar üçün ən böyük yük tam boşalma və tam dolma vəziyyətləridir. Bundan əlavə, telefonu gecə boyu enerji yığmada saxlamaq da batareyanın daha tez köhnəlməsinə səbəb olur.
Batareyanı qorumağın digər yolları
Ekspertlər "kritik faizlər"ə daha az yaxınlaşmaq üçün gündəlik istifadə zamanı bir neçə sadə qaydaya əməl etməyi tövsiyə edirlər:
* ekran parlaqlığını azaltmaq və ya avtomatik tənzimləmədən istifadə etmək;
* arxa fonda işləyən GPS və lazımsız tətbiqlərin bildirişlərini söndürmək;
* günün uzun olacağını bilirsinizsə, batareya tam boşalmadan enerji qənaət rejimini aktivləşdirmək.
Mütəxəssislər hesab edirlər ki, bu dəyişikliklər telefon batareyasının xidmət müddətini əhəmiyyətli dərəcədə uzada və yeni batareya və ya yeni cihaz almaq ehtiyacını gecikdirə bilər.
Texnologiya ilə bağlı digər xəbərlər
Bundan əvvəl smartfonun işini gizli şəkildə yavaşladan dörd tətbiqin adı açıqlanmışdı. Bildirilirdi ki, cihazın sürətini bərpa etmək üçün həmin tətbiqləri silmək vacib deyil - onların arxa fon fəaliyyətini məhdudlaşdırmaq və lazımsız icazələri söndürmək kifayətdir.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 439 Tarix: 29 may 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşDaha bir vəkil həbs edildi
Azərbaycanda daha bir vəkil həbs edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, vəkil Elçin Əmirov polis tərəfindən tutulub. 9 saylı vəkil bürosunda fəaliyyət göstərən vəkil polisə daxil olan vətəndaş şikayəti əsasında cinayət məsuliyyətinə cəlb edilib. Ona qarşı Cinayət Məcəlləsinin 178.2.2-c
16 noyabrNovxanıda sərnişinlər avtobusda ekstrim yaşadı - Video
Paytaxtın Zabrat qəsəbəsi ilə Novxanı qəsəbələrini birləşdirən 537 saylı müntəzəm marşrut xəttində maraqlı anlar yaşanıb. "Qafqazinfo" xəbər verir ki, Novxanı qəsəbəsi istiqamətində əsas yolun bağlı olması səbəbindən nəqliyyat vasitələri çimərliklərin ərazisi ilə hərəkət etməli olub. Bu zama
16 noyabrŞəmkirdə meyiti tapılanlarla bağlı - Yeni detallar
Ötən gün Şəmkirdə evdə iki nəfərin meyitinin tapılması ilə bağlı bəzi təfərrüatlar üzə çıxıb. "Qafqazinfo" xəbər verir ki, ilkin araşdırmalar zamanı rayonun Varlı Həyat kəndində 1968-ci il təvəllüdlü Rəfi Mustafayevin özünə məxsus evdə qeyri-rəsmi münasibətdə yaşadığı qadını qətlə yetirməsin
17 noyabrUşaqları nəzarətsiz qoymayın! - Nazirlikdən müraciət
Fövqəladə Hallar Nazirliyi (FHN) uşaqların təhlükəsizliyi ilə bağlı əhaliyə müraciət edib. xəbər verir ki, müraciətdə deyilir:. "Fövqəladə Hallar Nazirliyi tərəfindən əhali arasında aparılan kütləvi maarifləndirmə işlərinə baxmayaraq, bir sıra hallarda azyaşlıların nəzarətsiz qalması nəticəsind
17 noyabrMediaya ayrılan pul çox azdır - Deputat
Mediaya ayrılan pul çox azdır. xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında 2027-ci ilin dövlət büdcəsi zərfinin müzakirəsində deputat Hikmət Babaoğlu deyib. Deputat bildirib ki, düşüncəni, milli düşüncə platformasının keyfiyyətini təyin edən mediadır, televiziyalardır, televiziy
16 noyabrDin xadimləri ilə bağlı iddiaya - Rəsmi reaksiya
"Son günlər bəzi media subyektlərində və sosial şəbəkələrdə Azərbaycan Respublikasının Dövlət Qulluğu Məcəlləsində din xadimləri ilə bağlı guya əvvəllər mövcud olmayan yeni məhdudiyyətin tətbiq edildiyi barədə həqiqətə uyğun olmayan məlumatlar yayılıb. Mövcud qanunvericilik aktları nəzərə alınmada
17 noyabrAzərbaycanlı aktyorlar məşhur Yaponiya serialında - Fotolar
Azərbaycan aktyorları məşhur Yaponiya serialında rol alıblar. "Qafqazinfo" xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Kino Agentliyi (ARKA) məlumat yayıb. Bildirilib ki, Yaponiyanın TBS telekanalının məşhur "VIVANT" serialının ikinci mövsümünün genişmiqyaslı çəkilişlər
18 noyabrBakıda külək hasarı aşırdı - Qadın daşların altında qalıb öldü
Güclü külək Bakıda bədbəxt hadisəyə səbəb olub. "Qafqazinfo" xəbər verir ki, dünən saat 18:30 radələrində güclü külək Binəqədi rayonu Xocəsən qəsəbəsi Şollar küçəsi 100 ünvanındakı həyətin hasarını uçurub. Nəticədə, orada piyada hərəkət edən 1978-ci il təvəllüdlü Nuriyeva Samirə Nəsir qız
16 noyabr