Həkim xəstəni dinləyir, yoxsa analizləri? - Müasir tibbin dəyişən MƏNZƏRƏSİ
Əvvəllər xəstələrin müraciət edəndə həkim onları dinləyir, söhbətləşir, çoxlu sallar verirdi. Bədənin müxtəlif nayihələrinə toxunmaqla qərar verirdi.
Amma indi xəstə həkimin otağına girən kimi ona uzun bir siyahı verilir ki, "get bunlardan analiz ver, müayinələrdən keç, sonra gəl".
Beləcə həkim xəstəyə yox, analiz və müayinələrinin cavabına daha çox inanaraq müalicə yazır.
Bu cür vəziyyətin yaranmasına səbəb nədir: tibbi texnologiyaların inkişafı, yoxsa həkimlərin dəyişən yanaşması?
Mövzu ilə bağlı Bizim.Media-ya danışan tibb üzrə fəlsəfə doktoru Abbas Bağırov deyir ki, müasir tibbdə tibbi cihazlara, tibbi avadanlıqlara, tibbi vasitələrə ehtiyac get-gedə artmaqdadır:
"Bu da texnologiyanın rolunun vacib amilə çevrildiyini göstərir. Yəni "həkim artıq xəstəni yox, cihazı dinləyir" kimi düşüncələr yaradır. Amma məsələnin kökündə bir neçə mühüm səbəb dayanır.
Əvvəllər bir çox xəstəlik yalnız klinik əlamətlərə əsasən tanınırdı. İndi isə yüzlərlə yeni xəstəlik, sindrom və gizli gedən patologiyalar məlumdur. Bunların bir qismini yalnız analiz, KT, MRT, USM və digər texnologiyalar aşkar edə bilir. Ürək ritminin pozğunluğu, damar tıxanıqlığı, erkən mərhələdə şişlər, daxili qanaxmalar kimi ciddi patologiyalarda cihazlar gözlə görünməyən, anamnez sorğusu zamanı diqqətdən yayınan dəyişiklikləri dəqiq ölçür.
İnsan təcrübəsi çox vacibdir, amma bəzən insan yanılır və yaxud diqqətindən nəyisə qaçıra bilir. Bu hallarda texniki vasitələrlə diaqnostika həyati əhəmiyyət daşıyır".
Diaqnoz necə qoyulur?
Müsahibimiz qeyd edib ki, çox vaxt pasiyentlər "nəyə əsasən bu diaqnozu qoydunuz?" sualı verir və sübut tələb edir:
"Analiz və görüntüləmə nəticələri həm xəstəni əmin edən, həm də həkimi qoruyan obyektiv sənəd sayılır. O səbəbdən də texnoloji vasitələrin köməkliyi ilə aparılan müayinələrin cavabına ciddi ehtiyac duyulur. İndi bir çox pasiyentlər "analizsiz diaqnoza" tam güvənmir. İnsanlar konkret nəticə, şəkil və rəqəm görmək istəyirlər.
Texnologiyaya həddindən artıq bağlılıq yaranması reallıqdır. Təcrübəli həkimin klinik düşüncəsi zəifləyəndə və ya vaxt az olanda bəzi hallarda artıq analiz istənilir. Halbuki yaxşı həkim əvvəl xəstəni dinləyir, müayinə edir, sonra lazım olan müayinələri seçir. Əslində ideal yanaşma "ya bilik, ya cihaz" deyil. Ən güclü həkim klinik təcrübəni, müşahidəni, xəstə ilə ünsiyyəti və müasir texnologiyanı birlikdə istifadə edən həkimdir. Çünki cihaz diaqnostikaya kömək edir, amma qərarı yenə insan verir".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bu şəxslər ali təhsili olsa belə 18 aylıq hərbi xidmət keçməlidir - AÇIQLAMA
Nigar Fərhad haqda qərar verildi - Şikayətçilər artır
"Leobank" kütləvi şikayət atəşinə tutuldu
1,5 metrlik nəhəng balıq bazarda satışa çıxarıldı - görənlər təəccübləndi - VİDEO
Müğənni Könül Kərimovanın 245 min manatı necə əldən çıxdı
Prezident açılışdan sonra sükan arxasına keçdi - Video
Badamdarda PARTLAYIŞ: Xəsarət alan var - FOTO
"Bank of Baku"dan ŞİKAYƏT VAR
Tələbələri təhdid edən oğlan universitetdən qovuldu - Açıqlama
Şamaxıda "Pirqulu Park" hotelinin açılışı olub - FOTO
Adil Əmrahlı Allahı və peyğəmbəri təhqir etdi - VİDEO
Mobil nömrə istifadədən çıxarılıb başqa şəxslərə satıldıqda təhlükəsizlik necə qorunur? - AÇIQLAMA
13 yaşlı qızla görüşmək üçün 14 saat yol getdi, evə çatanda polislə qarşılaşdı - VİDEO
El-Nino bu qış hava şəraitinə təsir göstərə bilər - Qar az olacaq
Prezident Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub - FOTO