Müəllimlərlə bağlı şok qərar VERİLDİ

Müəllimlərlə bağlı şok qərar VERİLDİBakı şəhərindəki bütün ümumtəhsil məktəblərinin saytlarından müəllimlərin şəkilləri çıxarılıb.

Modern.az saytının əldə etdiyi məlumata görə, bununla bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məktəblərə göstəriş verilib.

Məlum olub ki, müəllimlərin şəkillərinin məktəb saytlarından çıxarılmasına təhsil işçilərinin nüfuzunu aşağılamağa yönəlmiş addımlar səbəb olub.

Belə ki, bu yaxınlarda Bakıdakı 145, 86 və 17 nömrəli məktəblərin müəllimlərinin şəkillərini saytlardan götürən naməlum şəxslər onların üzərində qeyri-etik məzmunlu dəyişikliklər edərək sosial şəbəkələrdə paylaşıb və lağ obyektinə çeviriblər. Müəllim nüfuzuna ciddi zərbə vuran qanunsuz əməllərin kimlər tərəfindən edildiyi hazırda araşdırılır.

Beləliklə, son hadisələr məktəbləri öz müəllimlərinin şəkillərini gizlətməyə məcbur edib. Hazırda Bakıdakı heç bir məktəbin saytında nə direktor və müavinlərin, nə də pedaqoji heyət üzvü olan müəllimlərin şəkilləri qalır. Bəzi təhsil ocaqlarının saytında hətta müəllimlərin şəkillərilə yanaşı, onların ad-soyadlarını belə silməyə məcbur qalıblar.

Bəzi iddialara görə, sosial şəbəkələrdə müəllimlərin şəkilllərilə bağlı qarşı qeyri-etik hərəkətlər edənlər arasında yuxarı sinif şagirdləri də var.

Təhsil eksperti Elmin Nuri Modern.az-a bildirib ki, müəllimlərlə bağlı təhqiredici materialların sosial şəbəkələrdə yayılması bir neçə şəxsin məsuliyyətsiz davranışından daha böyük problemin göstəricisidir. Burada söhbət müəllim nüfuzuna, insan ləyaqətinə və cəmiyyətin mənəvi dəyərlərinə münasibətdən gedir.

"Müəllim cəmiyyətin ən həssas və ən vacib peşə sahiblərindən biridir. Həkim insanın bədənini müalicə edirsə, müəllim onun düşüncəsini formalaşdırır. Bir xalqın gələcəyi sinif otaqlarında qurulursa, həmin otaqların mərkəzində müəllim dayanır. Belə bir peşə sahibini məsxərəyə çevirmək, onun şəxsiyyətini alçaltmaq və bunu əyləncə kimi təqdim etmək sadəcə tərbiyəsizlik deyil, bu, mənəvi iflasın göstəricisidir".

Təhsil müətəxəssisləri deyirlər ki, müəllimini sosial şəbəkələrdə alçaltmağa cəhd edən bir yeniyetmə sabah iş yerində rəhbərinə, küçədə yaşlı insana, ailədə valideyninə də eyni münasibəti göstərə bilər. Hörmətsizlik yoluxucu xəstəlik kimidir; qarşısı vaxtında alınmasa, bütün cəmiyyətə yayılır.

Bu, cəmiyyət üçün təhlükəli siqnaldır.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 833   Tarix: 31 may 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Alla Axundova vəfat etdi

Azərbaycan SSR Dövlət Mükafatı laureatı, Azərbaycan SSR Əməkdar incəsənət xadimi, ssenarist, şair, tərcüməçi Alla Axundova vəfat edib. xəbər verir ki, bu barədə APA-ya Azərbaycan Yazıçılar Birliyinin Moskva bölməsinin sədri Abuzər Bağırov məlumat verib. Qeyd edək ki, Alla Axundova 1939-cu ildə Moskvad

17 sentyabr
.

Metro istifadəçilərinə ŞAD XƏBƏR - Tarix açıqlandı

"AZCON Holding" şirkətlərindən olan "Bakı Metropoliteni" QSC-nin "qırmızı xətti"nin "Həzi Aslanov" stansiyasının dalanında əsaslı təmir və yenidənqurma işlərində son mərhələ başlanıb. xəbər verir ki, yenidənqurma işləri təxminən 280 metrlik sahədə üç mərhələ üzr

17 sentyabr
.

Qarabağın yeni reallıqları beynəlxalq diplomatik korpusun gözü ilə

Sentyabrın 11-12-də Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfəri regionda postmünaqişə reallıqlarının beynəlxalq diplomatik dairələr tərəfindən yerində müşahidə olunması baxımından diqqət çəkən hadisəyə çevrildi. İki gün davam edən səfərdə 58 ölkən

17 sentyabr
.

AZAL Bakıdan Aktöbəyə ilk reysini həyata keçirib (FOTO)

"Azərbaycan Hava Yolları" (AZAL) QSC Qazaxıstanın Aktobe şəhərini marşrut şəbəkəsinə əlavə edərək bu istiqamət üzrə ilk uçuşunu həyata keçirib. Bu barədə -a səhmdar cəmiyyətindən bildirilib. Yeni marşrutun açılması ilə aviaşirkətin Qazaxıstanda uçuş həyata keçirdiyi şəhərlərin sayı altıya çatıb

17 sentyabr
.

Azərbaycanda zəlzələ oldu

Yardımlı stansiyasından 23 km cənub-şərqdə Lerik rayonunda zəlzələ qeydə alınıb. xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb. Bildirilib ki, zəlzələ yerli vaxtla 16:03-də baş verib. Yeraltı təkanın maqnitudası 3.1, dərinliy

17 sentyabr
.

Sabahın hava proqnozu: Bakıda 29 dərəcə isti olacaq

Bakıda və Abşeron yarımadasında sentyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 20-23 isti, gündüz 25-2

18 sentyabr
.

Bakıda 13 yaşlı qız hamilə qaldı, əməldə zorakılıq olmaması müəyyən edildi

Bakıda yetkinlik yaşına çatmayan şəxslə münasibətdə olan 18 yaşlı oğlan cinayət məsuliyyətinə cəlb edilib. "Qafqazinfo"ya istinadla xəbər verir ki, bir müddət əvvəl Binəqədi rayonu Xocasən qəsəbə sakini, 14 yaşı hələ tamam olmamış Z.Abdulovanın (ad və soyad şərtidir) hamilə olması müəyyənləşib

18 sentyabr
.

Tələbələri təhdid edən oğlan universitetdən qovuldu - Açıqlama

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) birinci kurs tələbələri ilə bağlı sosial mediada paylaşılan videoya münasibət bildirib. "Qafqazinfo"nun məlumatına görə, açıqlamada qeyd olunub ki, sosial şəbəkədə yayılan video ADMİU rəhbərliyi tərəfindən araşdırılıb. Sözügedə

16 sentyabr
.

Bakıda TDT-nin təhlükəsizlik gündəliyi: yeni strateji arxitekturanın konturları

[b]Sentyabrın 17-də Bakıda keçirilən yüksək səviyyəli görüş Türk Dövlətləri Təşkilatının inkişafında diqqətçəkən mərhələlərdən birini ortaya qoydu. Azərbaycan Prezidenti İlham Əliyevin TDT-nin Baş katibi Kubanıçbek Ömüralıyevi, Türkiyənin Milli Təhlükəsizlik Şurasının baş katibi Okay Memişi, Özbəkista

18 sentyabr