Bir kliklə başlayan kabus: Uşaqlar internetdə hədəfə çevrilirlər - VİDEO

Bir kliklə başlayan kabus: Uşaqlar internetdə hədəfə çevrilirlər - VİDEOMüasir dövrdə sosial şəbəkələr təkcə böyüklərin deyil, uşaq və yeniyetmələrin də həyatının ayrılmaz hissəsinə çevrilib.

Belə ki, uşaqlar sosial şəbəkələr vasitəsilə asudə vaxtlarını keçirir, dostları ilə ünsiyyət qurur və müxtəlif məlumatlar əldə edirlər.

Lakin bütün bunlarla yanaşı, sosial şəbəkələr uşaqlar üçün müxtəlif təhlükələr də yaradır.

Bəs sosial şəbəkələrin təhlükəli tərəflərindən uşaqları necə qorumalıyıq?

Qeyd edək ki, bir çox sosial şəbəkələrdə istifadəçilər üçün yaş məhdudiyyəti tətbiq olunur.

Oxu.Az xəbər verir ki, kibertəhlükəsizlik üzrə ekspert Əmrah Mövsümzadənin Azad Azərbaycan Televiziyasına (ATV) dediyinə görə, uşaqlar sosial şəbəkələrdəki oyunlar və müxtəlif platformalar vasitəsilə tanış olduqları şəxslərlə bəzən şəxsi məlumatlarını paylaşır, hətta onlara şəkillərini göndərirlər.

"Bu məlumatlar sonradan şantaj və təhdid vasitəsi kimi istifadə oluna bilər", - deyə ekspert vurğulayıb.

Sosioloq Üzeyir Şəfiyev isə qeyd edib ki, internet resurslarında aqressiv məzmunlu oyunlar geniş yayılıb və bunlar uşaqların davranışına mənfi təsir göstərir.

"Yeniyetmələr arasında baş verən cinayət hadisələrinin səbəblərini araşdırarkən onların bir qisminin aqressiv və zərərli məzmunun təsiri altında olduğu üzə çıxır", - deyə sosioloq bildirib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 367   Tarix: 31 may 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bakıda 13 yaşlı qız hamilə qaldı, əməldə zorakılıq olmaması müəyyən edildi

Bakıda yetkinlik yaşına çatmayan şəxslə münasibətdə olan 18 yaşlı oğlan cinayət məsuliyyətinə cəlb edilib. "Qafqazinfo"ya istinadla xəbər verir ki, bir müddət əvvəl Binəqədi rayonu Xocasən qəsəbə sakini, 14 yaşı hələ tamam olmamış Z.Abdulovanın (ad və soyad şərtidir) hamilə olması müəyyənləşib

18 sentyabr
.

DSX-nin tarixinə düşən general vəfat etdi

Azərbaycan Respublikasının Sərhəd Qoşunlarının ilk komandanı və ilk sərhədçi generalı İsgəndər İmanverdi oğlu Allahverdiyev vəfat edib. -ə istinadla xəbər verir ki, İsgəndər Allahverdiyev 11 fevral 1947-ci ildə Bakı şəhərində anadan olub. O, Azərbaycan dövlət sərhədinin mühafizəsi sisteminin formalaşmasınd

18 sentyabr
.

"SAB"ın kəsmiyi xarab çıxdı - VİDEO

Sosial şəbəkələrdə yerli qida istehsalçılarından birinin məhsulu ilə bağlı növbəti narazılıq işıqlandırılıb. "Yeni Sabah" xəbər verir ki, "Müştəriyəm, şikayətim var" qrupunda Əminə Abdullayeva adlı vətəndaş "Sab" markasına aid kəsmik məhsulunun qablaşdırması ilə tərkibini

16 sentyabr
.

Bakıda 29 dərəcə isti olacaq, rayonlarda leysan yağacaq

Sabah - sentyabrın 18-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 20-23 isti, gündü

17 sentyabr
.

Bakıda türk dünyasının təhlükəsizlik gündəliyi: TDT yeni strateji mərhələyə keçir

Bakı son illərdə yalnız Azərbaycanın deyil, bütövlükdə türk dünyasının siyasi və strateji gündəliyinin formalaşdığı mühüm mərkəzlərdən birinə çevrilməkdədir. Sentyabrın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türk Dövlətləri Təşkilatının təhlükəsizlik üzrə yüksək səviyyəli nümayənd

18 sentyabr
.

Tələbələr bu kartla nəqliyyatda 10% bonus qazanacaq

"TələbəPlus" vasitəsilə tələbələrə yeni üstünlük təqdim olunub. "Qafqazinfo" xəbər verir ki, belə ki, artıq tələbələr "BakıKart" üzrə gediş haqqını "TələbəPlus" kartı ilə ödədikdə 10% bonus əldə edə biləcəklər. Bonus həm fiziki "TələbəPlus" kartı, hə

16 sentyabr
.

Azərbaycanda zəlzələ oldu

Yardımlı stansiyasından 23 km cənub-şərqdə Lerik rayonunda zəlzələ qeydə alınıb. xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb. Bildirilib ki, zəlzələ yerli vaxtla 16:03-də baş verib. Yeraltı təkanın maqnitudası 3.1, dərinliy

17 sentyabr
.

Qarabağa diplomatik səfər niyə erməni dairələrində narahatlıq yaratdı? Yeni reallıqla köhnə siyasi ritorikanın toqquşması

Sentyabrın 11-12-də Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfəri regionda yaranmış yeni siyasi reallıqların beynəlxalq diplomatik dairələr tərəfindən yerində müşahidə edilməsi baxımından diqqət çəkən hadisəyə çevrildi. İki günlük səfərdə 58 ölkən

17 sentyabr
.

Adil Əmrahlı Allahı və peyğəmbəri təhqir etdi - VİDEO

Sosial şəbəkədə "Adil Black" ləqəbi ilə tanınan Adil Əmrahlı bu dəfə başından bir az da yuxarı "tullanaraq" Allahı və onun rəsulu Məhəmməd peyğəmbəri (s.ə.s.) təhqir edib. xəbər verir ki, A.Əmrahlı ABŞ-də yaşayan "Kolyaka" ləqəbli rusdilli strimerin "TikTok"d

17 sentyabr