"Aysberqin görünən tərəfi" - "İdeal həyat" paylaşımları yeniyetmələri tələyə salır - VİDEO

"Aysberqin görünən tərəfi" - "İdeal həyat" paylaşımları yeniyetmələri tələyə salır - VİDEOMüasir dövrdə sosial şəbəkələr böyüklərlə yanaşı, uşaq və yeniyetmələrin də gündəlik həyatının ayrılmaz hissəsinə çevrilib. Onlar bu platformalar vasitəsilə dostları ilə ünsiyyət qurur, məlumat əldə edir və asudə vaxtlarını keçirirlər. Ancaq sosial şəbəkələrin təqdim etdiyi imkanlarla bərabər, azyaşlılar üçün müxtəlif ciddi təhlükələr də mövcuddur. Bu təhlükələrin vaxtında müəyyən edilməsi və qarşısının alınmasında isə həm valideynlər, həm də cəmiyyət məsuliyyət daşıyırlar.

Oxu.Az xəbər verir ki, mövzu ilə bağlı "Azad Azərbaycan" (ATV) telekanalı videomaterial hazırlayıb.

İnformasiya texnologiyaları üzrə mütəxəssis Əmrah Mövsümzadə bildirib ki, uşaqlar oyun zamanı tanımadıqları insanlarla ünsiyyət quraraq şəxsi məlumatlarını, fotoşəkillərini paylaşır və ya yaşadıqları yer barədə məlumat verirlər:

"Bu məlumatlar sonradan kibertəqib, şantaj, sosial mühəndislik hücumları və digər təhlükəli məqsədlər üçün istifadə oluna bilər".

Mütəxəssislər artıq həyəcan təbili çalırlar. Sosial şəbəkələrdə nifrət məzmunlu və aqressiv oyunlar uşaqların davranışına, psixologiyasına çox mənfi təsir göstərir.

Sosial məsələlər üzrə ekspert Üzeyir Şəfiyev isə internet resursları vasitəsilə yayılan yad təsirlərin və xarici ölkələrə məxsus bəzi mənfi "trend"lərin (bullinqlərin) sosial şəbəkələr üzərindən Azərbaycan məktəblilərinə də sirayət etdiyini diqqətə çatdırıb:

"Azərbaycanda uşaq və yeniyetmələr arasında baş verən cinayət hadisələrini təhlil edərkən görürük ki, cinayətlərin etiologiyasında və xarakterində dəyişiklik var. Azərbaycan cəmiyyətinə xarakterik olmayan, məhz Avropadan, Qərbdən gələn bəzi cinayət əməlləri bizim uşaq və yeniyetmələrə mənfi təsir göstərir.

Digər tərəfdən, sosial şəbəkələrdə nümayiş etdirilən "ideal həyat" görüntüləri yeniyetmələrdə özünü başqaları ilə müqayisə etmə hallarına səbəb olur. Onlar bu paylaşımlara baxıb öz həyatlarını o şəkildə dizayn etmək istəyirlər. Ancaq unudurlar ki, orada olan paylaşımlar aysberqin sadəcə görünən tərəfidir; görünməyən tərəfdə isə bəlkə də acınacaqlı həyatlar var. Bu mövzu da birbaşa valideynlərin üzərinə böyük məsuliyyət qoyur".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 481   Tarix: 31 may 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Daha bir vəkil həbs edildi

Azərbaycanda daha bir vəkil həbs edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, vəkil Elçin Əmirov polis tərəfindən tutulub. 9 saylı vəkil bürosunda fəaliyyət göstərən vəkil polisə daxil olan vətəndaş şikayəti əsasında cinayət məsuliyyətinə cəlb edilib. Ona qarşı Cinayət Məcəlləsinin 178.2.2-c

16 noyabr
.

Novxanıda sərnişinlər avtobusda ekstrim yaşadı - Video

Paytaxtın Zabrat qəsəbəsi ilə Novxanı qəsəbələrini birləşdirən 537 saylı müntəzəm marşrut xəttində maraqlı anlar yaşanıb. "Qafqazinfo" xəbər verir ki, Novxanı qəsəbəsi istiqamətində əsas yolun bağlı olması səbəbindən nəqliyyat vasitələri çimərliklərin ərazisi ilə hərəkət etməli olub. Bu zama

16 noyabr
.

Şəmkirdə meyiti tapılanlarla bağlı - Yeni detallar

Ötən gün Şəmkirdə evdə iki nəfərin meyitinin tapılması ilə bağlı bəzi təfərrüatlar üzə çıxıb. "Qafqazinfo" xəbər verir ki, ilkin araşdırmalar zamanı rayonun Varlı Həyat kəndində 1968-ci il təvəllüdlü Rəfi Mustafayevin özünə məxsus evdə qeyri-rəsmi münasibətdə yaşadığı qadını qətlə yetirməsin

17 noyabr
.

Uşaqları nəzarətsiz qoymayın! - Nazirlikdən müraciət

Fövqəladə Hallar Nazirliyi (FHN) uşaqların təhlükəsizliyi ilə bağlı əhaliyə müraciət edib. xəbər verir ki, müraciətdə deyilir:. "Fövqəladə Hallar Nazirliyi tərəfindən əhali arasında aparılan kütləvi maarifləndirmə işlərinə baxmayaraq, bir sıra hallarda azyaşlıların nəzarətsiz qalması nəticəsind

17 noyabr
.

Mediaya ayrılan pul çox azdır - Deputat

Mediaya ayrılan pul çox azdır. xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında 2027-ci ilin dövlət büdcəsi zərfinin müzakirəsində deputat Hikmət Babaoğlu deyib. Deputat bildirib ki, düşüncəni, milli düşüncə platformasının keyfiyyətini təyin edən mediadır, televiziyalardır, televiziy

16 noyabr
.

Deputat Ağalar Vəliyevin oğluna məxsus "Kristal Bakı" vətəndaşları aldadır?

Ölkənin aparıcı tikinti şirkətlərindən biri olan "Kristal Bakı" ASC (VÖEN - 3103396091) satışa çıxardığı mənzilləri alıcılara fərqli qiymətlərlə təqdim edir. "Real Azərbaycan" xəbər verir ki, şirkətin rəsmi saytı - " vasitəsilə satışa çıxarılan mənzillərin aylıq ödəniş məbləğlər

16 noyabr
.

Din xadimləri ilə bağlı iddiaya - Rəsmi reaksiya

"Son günlər bəzi media subyektlərində və sosial şəbəkələrdə Azərbaycan Respublikasının Dövlət Qulluğu Məcəlləsində din xadimləri ilə bağlı guya əvvəllər mövcud olmayan yeni məhdudiyyətin tətbiq edildiyi barədə həqiqətə uyğun olmayan məlumatlar yayılıb. Mövcud qanunvericilik aktları nəzərə alınmada

17 noyabr
.

Azərbaycanlı aktyorlar məşhur Yaponiya serialında - Fotolar

Azərbaycan aktyorları məşhur Yaponiya serialında rol alıblar. "Qafqazinfo" xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Kino Agentliyi (ARKA) məlumat yayıb. Bildirilib ki, Yaponiyanın TBS telekanalının məşhur "VIVANT" serialının ikinci mövsümünün genişmiqyaslı çəkilişlər

18 noyabr
.

Bakıda külək hasarı aşırdı - Qadın daşların altında qalıb öldü

Güclü külək Bakıda bədbəxt hadisəyə səbəb olub. "Qafqazinfo" xəbər verir ki, dünən saat 18:30 radələrində güclü külək Binəqədi rayonu Xocəsən qəsəbəsi Şollar küçəsi 100 ünvanındakı həyətin hasarını uçurub. Nəticədə, orada piyada hərəkət edən 1978-ci il təvəllüdlü Nuriyeva Samirə Nəsir qız

16 noyabr